Azərbaycanca

“Nemezis”terror hərəkatı

02.02.2013 | 11:48

 1360223086_nemezis“Nemezis” əməliyyatı “Daşnaksütyun” partiyasının keçirdiyi terror aksiyasıdır. Əməliyyatın adı qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülmüşdür. Erməni ictimai-siyasi xadimi Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda bu terror hərəkatına başlamaq haqqında qərar vermişdir.Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər “əsas günahkarlar” elan edilir. Əməliyyatın ardıcıl icrası üçün Şaan Satçaklyanın rəhbərliyi ilə xüsusi fond yaradılır. Bütün informasiyanın toplanması özünü türk tələbə kimi qələmə verən Qraç Papazyana tapşırıldı.Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Əməliyyatın iki əsas təşkilati mərkəzi var idi: “Çakatamart” (İstanbul) və “Droşak” (Boston) qəzetlərinin redaksiyaları.

Hələ “Nemezis” terror hərəkatına qədər də ermənilər türklərə qarşı kütləvi basqın və hücumlar həyata keçirmiş, qarət və qətllər törətmişdilər. Lakin  “Nemezis” adlı bu mənfur əməliyyat tam qəddarlığı və ardıcıllığı ilə özünü daha kəskin göstərir. Erməni faşistlərinin törətdiyi terrorun miqyasına və bu qəddar aktlar nəticəsində həlak olanların siyahısına nəzər saldıqda bunları aydın görürük:

Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev. 1920-ci ildə Tiflis şəhərində qətlə yetirilir.

19 iyun 1920-ci il. Tiflis şəhəri. Azərbaycan Xalq Cumhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkalyan törətmişdir,onunla birgə digər erməni Misak Kirakosyanda olmuşdur.Aksiya nəticəsində Kirakosyan yaralanmışdır.

15 mart 1921-ci il. Berlin şəhəri. Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt paşa qətlə yetirilir. Tələt paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt paşanın qatili Soqomon Teyleryan yaxalansa da, sonradan Berlin məhkəməsi tərəfindən bəraət almışdır.

5 dekabr 1921-ci il. Roma şəhəri. Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi paşa qətlə yetirilmişdir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və o, İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər olur.

17 aprel 1922-ci il. Berlin şəhəri. Keçmiş Trabzon valisi Cəmal Əzmi və      “ Təşkilati-Məxsusə”nin yaradıcısı tibb professoru Bahəddin Şakir ailəvi gəzinti zamanı qətlə yetirilir.Həmçinin Şakirin cangüdəni də öldürülür. Qətli Arşavir Şirakyan və Aram Yerakyan törədirlər.

19 iyul 1921-ci il. İstanbul şəhəri. Azərbaycan Xalq Cumhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşir şəhərin “Pera Palas” mehmanxanasının yaxınlığında qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir,lakin əlavə edir ki, Torlakyan qətli törədərkən “affekt” vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Onu Yunanıstana ektradisiya edirlər. Qətlin digər iştirakçıları Edvard Fundukyan və Arutun Arutunyans idi.

25 iyul 1922-ci il. Tiflis şəhəri. “Daşnaksütyun” erməni terror təşkilatının yaratdığı ixtisaslaşdırılmış “Qisas” birləşməsindən olan erməni terrorçular Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal paşanı və köməkçisini qətlə yetirirlər. Qətli Petros Ter-Poqosyan və Artaşes Gevorqyan törədir. Qətlin hazırlanmasında həmçinin Zare Melik Şaxnazaryan və Stepan Tsaqikyan iştirak edirlər.

4 avqust 1922-ci il. Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Orsudunu göndərən və xalqımızı məhv olmaqdan xilas etmiş Ənvər paşa Əfqanıstan yaxınlığında bolşeviklərin tərkibində vuruşan “daşnakçı” Saruxanyan adlı erməni tərəfindən qətlə yetirilmişdir.

Bütün bunlar yalnız bir məqsəd üçün “Böyük Ermənistan” xülyasının həyata keçirilməsi uğrunda icra edilmişdir. Şübhəsiz ki, Azərbaycan və Türkiyə dövlət və hökumət xadimləri ermənilərin bu məkirli niyyətlərinin qarşısında durduğu üçün qətlə yetirilmişlər. Erməni terrorunun əsas qurbanları həmişə dinc sakinlərlə yanaşı, hər iki qardaş dövlətin nüfuzlu ziyalıları və məmurları olmuşdur. Ermənilər yaxşı anlayırdılar ki, haqlarında xaincəsinə ölüm hökmü çıxartdıqları insanlar öz torpaqlarına və xalqlarına bağlıdırlar və onları bu yoldan ölümdən başqa heç nə döndərə bilməz.Məhz buna görə də xalqımızın aparıcı ziyalılarını aradan götürmək terrorçuların başlıca məqsədi idi.

“Nemezis” terror hərəkatı özünü daha kəskin şəkildə XX əsrin ortalarında yenidən göstərməyə başladı. Bu dəfə əsasən xaricdəki Türkiyə səfirlikləri, şirkətləri və hətta müxtəlif dövlətlərin vətəndaşları hədəf götürülür. Erməni terrorizmi öz çirkin üsullarını türklərə qarşı həyata keçirmişdi, lakin dünyanın əksər xalqları bu terrordan xəbərsiz idi. Lakin 1970-90-cı illərdə dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarında ermənilərin əməlləri sübuta yetiriləndən sonra onların “ Böyük Ermənistan” xülyasından ötrü yeri gələrsə bütün bəşəriyyəti hədəfə alacaqları üzə çıxdı.

5 sentyabr 1972-ci il. Almaniyanın Münhen şəhəri. ASALA-nın banisi Akop  Akopyanın təşkil etdiyi “Qara sentyabr” terror qruplaşması Münhendə keçirilən Olimpiya oyunlarında İsrail idmançılarını qətlə yetirmişdir. “Armenian Reporter” qəzeti 1985-ci il 7 fevral tarixli nömrəsində Akop Akopyanın 1982-ci ildə həlak olması barədə verilmiş xəbərləri təkzib edərək, yazmışdı ki, o, gah Dəməşqdə, gah da Afinada yaşayır, burada ona hər cür şərait yaradılmışdır. Elə həmin mənbə Parisdə dərc olunan “ Le Matin” qəzetində istinadla qeyd edir ki, Akop Akopyan Münhendə idmançıların öldürülməsinin fəal iştirakçısı olmuşdur.

27 yanvar 1973-cü il. Santa-Barbara. Kaliforniya. ABŞ. Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir erməni terrorçu Qurgen Yanikyan tərəfindən qətlə yetirilmişdir. Cinayətlər Santa-Barbara şəhərinin “Biltmor” mehmanxanasında törədilmişdir.Təhlükə gözləməyən türk diplomatları buraya dostları ilə görüşməyə gəlmişdilər. Məhkəmənin ömürlük həbs cəzası haqqında qərarına baxmayaraq, Qurgen Yanikyan “səhhətinə görə” bir müddətdən sonra azadlığıa buraxılmışdır. Erməni millətinin facisəi ondadır ki, terrorda onların “ziyalıları” da iştirak etmişdir. Məsələn Qurgen Yanikyan özü yazıçı olmuş və romanlar nəşr etdirmişdir. Məhkəməsi zamanı Yanikyan öz cinayəti barədə bunları demişdi: “Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər”. Bu da adını erməni ziyalısı qoymuş birisinin etirafı. Demək bu millətin ziyalısı belə düşünürsə, qoca vaxtında bu cür addım atırsa həmin toplumun mütləq əksəriyyətinin terrorçu ola biləcəyi heç kəsdə şübhə doğurmamalıdır.

4 aprel. 1973-cü il Paris. Fransa. Erməni terror qruplaşması Türkiyə konsulluğunun və Türkiyə avianəqliyyat şirkətinin binası qarşısında bombalar partlatmışdır.

1 yanvar.1975-ci id.Beyrut.Livan.Erməni terrorçular bir sıra mülki obyektlərə basqın etmişlər.

24 oktyabr 1975-ci il. Paris. Fransa. Səfir İsmail Ərəz və sürücüsü Talıb Yenər öldürülmüşdür. ASALA və CSAQ erməni terror təşkilatları bu məsuliyyəti öz üzərilərinə götürmək üçün bir-biri ilə mübahisə aparırlar.Erməni terror təşkilatları arasında rəqabət rüsvayçı hal alır. İmic uğrunda mübarizədə konket adamın həyatı və tökülmüş qan unudulur.

28 oktyabr.1975-ci il.Beyrut.Livan. Türkiyənin Beyrutdakı səfirliyinin bnasının raketlə bombardman edilməsi xeyli dağıntıya səbəb olur.Cinayətə görə ASALA bu aksiyanı öz üzərinə götürür.

9 iyun 1977-ci il. Vatikan. Türkiyənin Vatikandakı səfiri Taha Kərim öz iqamətgahı qarşısında iki erməni terrorçu tərəfindən öldürülmüşdür.CSAQ erməni terror təşkilatı Beyruta informasiya agentliklərinə zəng vuraraq qətlə görə məsuliyyəti öz üzərinə götürür.

8 yanvar 1978-ci il. Moskva. SSRİ. Moskva metrosunda partlayış baş verir. Terror aktını S. Zatikyan, Z. Baqdasaryan və A. Stepanyandan ibarət qrup törədir.Məsuliyyəti Milli Birlik partiyası üzərinə götürür.

12 oktyabr 1979-cu il. Haaqa. Hollandiya. Türkiyə səfiri Özdəmir Benlərin 27 yaşlı oğlu Əhməd Benlər öz maşınında erməni terrorçu tərəfindən öldürülür. Delft Texniki Universiteninin doktorantı 10 şahidin gözü qarşısında qətlə yetirilir. Cani aradan çıxır. Qətlə görə məsuliyyəti ASALA və CSAQ öz üzərinə götürür.

22 dekabr 1979-cu il. Paris. Fransa. Türkiyə səfirliyinin turizm üzrə attaşesi Yılmaz Şolpan Yelisey meydanında erməni terrorçu tərəfindən öldürülür.Məsuliyyəti bir neçə erməni təşkilatı öz üzərinə götürür.

31 iyul 1980-ci il.Afina. Yunanıstan. Türkiyənin Afinadakı səfirliyinin attaşesi Qalib Ozman və ailəsi maşında olarkən erməni terrorçular tərəfindən atəşə tutulur.Qalib Ozman və 14 yaşlı qızı Nəslixan həlak olur. Xanımı Sevil və 16 yaşlı oğlu Kənan yaralanır.Məsuliyyəti ASALA terror təşkilatı üzərinə götürür.

         5 avqust 1980-ci il. Lion. Fransa. İki terrorçu Türkiyə konsulluğunun binasına soxularaq atəş açır. Nəticədə iki şahid həlak olur və bir neçə nəfər yaralanır.Məsuliyyəti ASALA öz üzərinə götürür.

         26 sentyabr 1980-ci il. Paris. Fransa. Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Səlcuq Bakalbaşı mənzilinə girərkən ona iki dəfə atəş açılır. Bakalbaşı ağır yaralanır və iflic olur. Məsuliyyəti ASALA və “Erməni gizli azadlıq ordusu” (ASOA) adlanan qrup öz üzrərinə götürür.

         3 oktyabr 1980-ci il. Madrid. İspaniya. Partlayış nəticəsində İtaliyanın “Al İtaliya” aviakompaniyasının binası dağıdılır, 12 nəfər yaralanır. ASALA məsuliyyəti öz üzərinə götürür.

         Göründüyü kimi, “Nemezis” cinayətləri qarşısı alınmadıqca daha geniş coğrafiyanı əhatə etməyə başlayır və milliyyətindən asılı olmayaraq insanlar günahsız yerə bu çirkin terror xəttinin qurbanı olurdular…

Ardı var…

Anar Turan,

jurnalist-tədqiqatçı

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun

 təsisçisi və İdarə Heyətinin üzvü

“KarabakhİNFO.com”

                                                       

02.02.2013 11:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*