Azərbaycanca

“Nemezis”terror hərəkatı

16.02.2013 | 14:20

1361009418_nemezisMəqalənin əvvəli aşağıdakı eyniadlı linklərdə 

   20 iyun 1984-cü il. Vyana. Avstriya. Türkiyənin Avstriyadakı səfirliyinin sosial məsələlər üzrə müşaviri Ərdoğan Özənə məxsus avtomobil partladılır. Hadisə nəticəsində Özən həlak olur və digər beş nəfər, eyni zamanda Avstriyanın iki polis əməkdaşı ağır yaralanır.Cinayətə görə EİO erməni terror qrupu məsuliyyəti öz üzərinə götürür.

 25 iyun 1984-cü il.Paris.Fransa. Parisdə informasiya agentliyinə ASALA erməni terror təşkilatı tərəfindən imzalanmış məktub daxil olur. Məktubda Türkiyənin Los-Ancelesdə Olimpiya oyunlarında iştirakına hər hansı yolla kömək göstərən hökumət təşkilatlarına və şirkətlərinə qarşı terror aktı törətmək barədə hədə-qorxu vardı.

 13 avqust.1984-cü il.Lion.Fransa. Dəmir yolu vağzalında partlayış baş verir. ASALA məsuliyyəti öz üzərinə götürür.

3 sentyabr 1984-cü il.İstanbul.Türkiyə. Topqapı sarayının önündə  saxlanılmış maşına bomba qoyarkən partlayıcı vaxtından əvvəl işə düşmüş və iki erməni terrorçu ölmüşdür.EİO məsuliyyyəti öz üzərinə götürür.

 19 noyabr 1984-cü il. Vyana. Avstriya. BMT-nin sosial və humanitar məsələlər mərkəzinin Vyanadakı şöbəsində işləyən və milliyyətçə türk olan Ənvər Ərgün avtomobili qırmızı işıqda saxlayarkən qətlə yetirilir. Avtomobildə EİO erməni terror təşkilatına aid maddi sübutlar götürülür.

 29 dekabr 1984-cü il. Beyrut.Livan. Şərqi Beyrutda iki fransız müəssisəsinin ofisləri partladılır. ASALA məsuliyyəti üzərinə götürür.

 3 mart 1985-ci il. Paris. Fransa. ASALA  erməni terror təşkilatından telefonla dövlət qurumlarına zəng edilərək bütün dünyada Fransanın maraqlarına zərbə vurulacağı bildirilir. Onlar “Orli” hava limanında törədilmiş aktda günahkar bilinərək həbs edilmiş üç erməni terrorçunun azadlığa buraxılmasını tələb edirlər.

 12 mart 1985-ci il. Ottava. Kanada. Üç erməni terrorçu Türkiyənin Kanadadakı səfirliyini atəşə tutur. Atışma zamanı “Pinkerton” federal təhlükəsizlik xidmətinin əməkdaşları öldürülür. Bu, azmış kimi, terrorçular əsas qapını partladaraq səfirliyin binasına soxulur və girov götürürlər. Səfir Cosqun Kirsə özünü ikinci mərtəbənin pəncərəsindən ata bilir.EİO-ya mənsub olan terrorçular polis tərəfindən yaxalanır və məhkəməyə verilir.

  12 dekabr 1985-ci il.Paris.Fransa. Ən iri supermarketlərdə iki bomba partladılır. Nəticədə 41 adam xəsarət alır.ASALA məsuliyyəti üzərinə götürür.

20 mart 1986-cı il. Paris.Fransa. Ticarət mərkəzinin binasına qoyulmuş partlayıcı qurğu işə düşür, 2 nəfər həlak olur, 30-a yaxın adam yaralanır.Bu aktı “Orli” hadisəsində təqsirli bilinərək həbs edilmiş V.Qarabedyanın (Karapetyan da deyilir) azad olunmasını yenidən tələb edən KSAMEPP terror təşkilatı öz üzərinə götürür.Onu da qeyd edək ki, KSAMEPP-in tərkibi ermənilərdən, ərəb əsilli vətəndaşlardan və ASALA üzvləri tərəfindən təşkil edilmişdir.

9 sentyabr 1986-cı il.Paris.Fransa. “Paris City Nall”ın binasında partlayış nəticəsində teleqraf xidmətinin işçisi həlak olur,18 nəfər yaralanır.Cinayəti KSAMEPP üzərinə götürür.

10-15 sentyabr 1986-cı il. Paris.Fransa. Silsilə bomba partlayışları iki nəfərin həlak olması və 100-dən artıq parislinin yaralanması ilə nəticələnir.

ASALA ilə birgə fəaliyyət göstərən KSAMEPP terror təşkilatı bu cinayətlərə görə məsuliyyəti öz üzərinə götürür.

16 sentyabr 1986-cı il. Paris. Fransa. Fransa paytaxtının Montrarnass məhəlləsində KSAMEPP terrorçuları tərəfindən qoyulmuş bombanın partlaması nəticəsində 5 fransız həlak olur və 52 nəfər yaralanır. Bir neçə nəfər aldığı yaralardan xəstəxanada ölür.Yenə də cinayətkarlar V. Qarabedyanın azadlığa buraxılmasını tələb edirlər.

15 oktyabr 1986-cı il. Beyrut. Livan. ASALA-nın nümayəndəsi Miqran Miqranyan başda olmaqla bu təşkilatın üç terrorçusu Livanın paytaxtında fransız jurnalistləri ilə görüşür və qətllərə,terror aktlarına görə həbs olunmuş həmkarları V. Qarabedyanın azad olunmayacağı təqdirdə Fransaya qarşı cinayətləri davam etdirəcəkləri barədə hədə-qorxu gəlirlər.M.Miqranyan ultimatum verərək deyir:       “… ASALA  artıq bütün dünyada fransızları hərbi düşmənlər elan etmişdir. Siyasi məhbusları azad etmək barədə verdikləri vədə əməl etməsələr biz Şiraka xəbərdarlıq edir, Miterana isə ölüm vəd edirik.”

23 noyabr 1986-cı il. Melburn. Avstraliya. Türkiyə konsulluğunun yanında maşın partladılır. Nəticədə bir nəfər həlak olur, beşmərtəbəli binaya böyük ziyan dəyir. İstintaq nəticəsində iki erməni terrorçu—Xaqop Levonyan və Levon Dəmiryanın şəxsiyyəti müəyyənləşdirilir. Partlayışa görə “Yunan-Bolqar-Erməni Cəbhəsi”(YBEC) öz üzərinə götürür.Erməni terror təşkilatı ilk dəfə idi ki, bu cür adla təqdim olunurdu.

19 noyabr 1987-ci il.Brisben. Avstriya.Poçt çeşidləmə şöbəsində bomba partlayışı nəticəsində Avstraliyanın altı vətəndaşı zərər çəkir.Bu cinayətə görə məsuliyyəti “Yunan-Bolqar Erməni Cəbhəsi”  öz üzərinə götürür.

1987-ci il.SSRİ.Xankəndi. Azərbaycan.Erməni lobbisinin maliyyə dəstəyi və iştirakı ilə “Dağlıq Qarabağın İnqilabi İdarə Olunması Komitəsi” (“KRUNK”) yaradılır. “KRUNK”-un sıralarında Yaxın Şərqdən olan xarici muzdlular da döyüşürlər.Təşkilatın ideoloji işlərinə Ermənistanın sabiq prezidenti Robert Koçaryan rəhbərlik edirdi.Hazırda təşkilat dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və qondarma “erməni soyqırımı”na materialların yayılması ilə məşğul olan “Erməni mədəniyyət mərkəzi” kimi fəaliyyət göstərir.

“Nemezis”terror hərəkatı1988-ci il. Moskva. SSRİ. “Daşnaksütyun”un hərbiləşdirilmiş bölmələri ilə sıx əlaqədə olan “Ermənilər İttifaqı” (Eİ) terror təşkilatı yaradılır. Məqsəd ASALA terror təşkilatı üzvlərinin SSRİ ərazisində maneəsiz yerdəyişməsi üçün onları saxta sənədlər və pulla təmin etmək olur.

1991-ci il. “Azadlıq pələngləri” (“Freedom Tigers”) 1991-ci ildə yaradılır. Təşkilatın üzvləri Qarabağda gedən döyüşlərdə iştirak edir,dinc əhaliyə qarşı cinayətlər törədirlər.

1997-ci il.Paris.Fransa. “Erməni Müqavimət Təşkilatı” (“ Armenian Resistance Organization”) 1997-ci ildə Parisdə təsis olunur. Təşkilat öz fəaliyyətində sosialıst ideologiyasını rəhbər tutur.

3 fevral 1993-cü il.Riqa.Latviya. Erməni terrorçuları “Latviyas Layks” qəzetinin redaktoru,tanınmış jurnalist Tatyana Çaladzeyə sui-qəsd edir. T.Çaladze 90-cı illərin əvvəllərində Rusiyada Latviya Xalq Cəbhəsi qəzetinin  və  “Azad Avropa” radiosunun xüsusi müxbiri işləmişdir.T.Çaladze erməni terror təşkilatlarının cinayətlərini ilk olaraq işıqlandıran jurnalistlərdən biridir.

28 fevral 1993-cü il.Qudermes.Rusiya. Erməni terrorçuları Qudermes stansiyası yaxınlığında Kislovodsk Bakı sərnişin qatarını partladırlar. 11 adam həlak olur, 18 nəfər yaralanır.

11 dekabr 1993-cü il. Bağdad.İraq. Quldur erməni silahlıları Türkiyə səfirliyinin attaşesi Çağdar Yucelini qətlə yetirirlər.

4 iyun. 1994-cü il. Afina.Yunanıstan. Erməni terrorçuları Türkiyə səfirliyinin diplomatı Xaliq Sipahoğlunu qətlə yetirirlər.

11 may 2001-ci il. İsrail. Təl-Əvivdən onlarca kilometr şimalda İsrail hava hücumundan müdafiə qüvvələri Livanın “Sessna” təyyarəsini vurub salır. Təyyarəni milliyyətçə erməni olan Stefan Ohanes Nikolyan adlı bir nəfər idarə edirdi. “Hizbullah” mətbuat üçün yaydığı məlumatında bu fakı əsas diqqətə çatdırır. Terrorçu kamikadze Nikolyan İsrailin yaşayış məntəqələrindən birini məhv etməyə cəhd göstərsə də məqsədi baş tutmur.

Dekabr 2001-ci il. Los-Anceles. ABŞ. Erməni cinayətkar mafiyanın üzvləri Aşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilir.Bir müddətdən sonra həmin quldur dəstəsinin başqa bir üzvü Suzanna Onosyan da yaxalanır və 45 il azadlıqdan məhrum edilir.Jurnalist N. Əliyev yazır ki, “Federal ittihamçılar sübut  edirlər ki, bu adamlar Ermənistandan olan miqrantları öz sıralarına cəlb edərək, onları hiylə ilə saxta çekləri pula dəyişməyə məcbur edən cinayətkar dəstənin bir hissəsi idi”. Erməni quldur dəstəsi insanları oğurlamaqla və biznesmenləri şantaj etməklə məşğul olurdu. FTB-nin  Los-Ancelesdəki bürosunun rəhbəri Ronald İden bu barədə deyir: “ Ola bilsin ki, bu cür cinayətlər Ermənistandakı erməni cinayətkar qruplarının üzvləri arasında adi bir işdir, lakin bu hərəkətlər Birləşmiş Ştatlarda məqbul sayılmır.

Göründüyü kimi, erməni terrorunun iç üzü bütün çılpaqlığı ilə qarşımızdadır. Bu gün dünya ictimaiyyəti laqeydlik göstərərək ermənilərin ümumbəşəri bəla sayılan terrorçu xislətini görmək istəmir. Lakin dünya bilməlidir ki, ermənilər bu məsələdə təkcə türklərə qarşı deyil,bütün bəşəriyyətə qarşı amansız cinayətlər törədirlər. Öz məqsədlərinə çatmaq üçün onlar hətta müttəfiqləri olan Rusiya və Fransa vətəndaşlarına qarşı da terror etməkdən çəkinmir, çoxlu sayda günahsız insanın ölümünə səbəb olurlar. Təəssüflər olsun ki, bu gün Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüzünü bilərək, Türkiyəyə ərazi iddialarından, saysız-hesabsız terror aktları keçirməklə yüzminlərlə türk, kürd, gürcü, rus, yəhudi, və digər millətlərin nümayəndələrini qətlə yetirdiyindən məlumatlı olaraq bəzi dünya dövlətləri ermənilərin “məzlum” görüntüsünə və erməni lobbilərinin maliyyə və təşviqat təzyiqlərinə tab gətirməyərək onları himayə etməkdə davam edirlər. Bu himayə BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə çıxartdığı qətnamələrin kağız üzərində qalmasına səbəb olur. Bu da öz növbəsində dünyada sülhün və sabitliyin qorunmasına ciddi təhlükə törədir və ümumbəşəri bəla sayılan erməni terrorunun beynəlxalq səviyyədə daha da inkişafına zəmin yaradır.

 

 

Anar  TURAN

   jurnalist-tədqiqatçı

   “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və idarə heyətinin üzvü 

 

   “KarabakhİNFO.com”

 

16.02.2013 14:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*