KarabakhINFO.com beynəlxalq elektron jurnalı İTAR-TASS agentliyinə istinadən bildirir ki, rusiyalı rejissor Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında çoxseriyalı televiziya filmi çəkməyə hazırlaşır.
O, bu barədə “Kustendorf” beynəlxalq kinofestivalı çərçivəsində verdiyi müsahibəsində deyib.
Onun dediyinə görə, artıq sübuta yetirilib ki, Qriboyedov “müsəlman qaragüruhçular”ın deyil, ingilislərin soyuqqanlı hazırladığı qəsd nəticəsində öldürülüb. Rejissor qeyd edib ki, filmi o zaman Dağlıq Qarabağda cərəyan edən hadisələrə görə çəkə bilməyib: “Biz filmi Qarabağa görə çəkə bilmədik. O vaxt müharibə başladı, bu isə mümkün deyildi”. Bunları deyərkən, Mixalkov “Qriboyedov erməniləri Dağlıq Qarabağda məskunlaşdırdı: Persiyadan əsir düşmüş 40 min ermənini çıxardı”, – deyə qeyd edib.
“KarabakhİNFO.com”