Azərbaycanca

Nikol Paşinyan: “Ermənistan əhalisinin yaşayış şəraiti 2018-ci ildə 2017-ci illə müqayisədə 10 faizdən çox pisləşəcək”

15.11.2017 | 17:24

“Ermənistan əhalisinin yaşayış şəraiti 2018-ci ildə 2017-ci illə müqayisədə 10 faizdən çox pisləşəcək”.

Ermənistan KİV-inə istinadən bunu ölkə parlamentindəki “Çıxış” blokunun sədri, deputat Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, 2018-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təqaüd, müavinət və minimum əmək haqqı artırılmayacaq: “Əvəzində səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram (yüz milyon dollara yaxın), sosial xidmətə 300 milyon dram, təhsilə ayrılan xərclər isə 700 milyon dram (1 dollar 488,03 dramdır) ixtisar ediləcək. Ölkənin xarici borcları artıb, qiymətlər bahalaşıb. Bütün bunlar isə Ermənistan əhalisinin həyat şəraitinin gələn il daha 10 faiz ağırlaşacağını deməyə əsas verir”.

Report.az

15.11.2017 17:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*