Azərbaycanca

Njde, “Tsexakronizm” təlimi və faşizm (I hissə)

03.03.2013 | 10:08

1363337539_njdehMən Yer Kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm,  opdüm, təzim etdim – Tsexakrona çevrildim”.  Bu fikir Qaregin  Njdeyə məxsusdur, o adama ki, bütün ömrü boyu türklərə qarşı vuruşub. Həm savaş meydanında ,  həm də ideoloji cəbhədə.  Bütün həyatını Türkə və Türklüyə zərbə vurmağa xərcləyib. Bir hərəkat və bir də təlim yaradıb ki, bu iıi davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Njde və onun təlimi erməni ideologiyasının Türklüyə mübarizə qaynağıdır. Qaregin Njde 1866-cı ildə İrəvan quberniyasında anadan olub 1955-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanada ölən  bu adamı ermənilər milli qəhrəman, “Sünikin (Zəngəzurun) xilaskarı” sayırlar.

Tsexakron –ermənicə  iki sözün –“ցեղ”( irq) ve “կրոն”(din) kəlmələrinin birləşməsidir. Qaregin Njde (Qaregin Ter- Harutyunyan) tərəfindən  ortaya atılan bu   hərakata  Tsexakron,  onun ideoloji təliminə isə Tsexakronutyun (tsexakronizm)  adı verilmişdir. Ermənistan Respublikası bu təlimi əsas alaraq  çz dövlət siysətini müəyyənləşdirir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu  Ermənistan Respublikaçılar partiyası  Njdeni özlərinin lideri, ideoloji öndəri  sayır.   O həm də  ermənilərin ən məşhur tarixi şəxsiyyətlərindən biri hesab olunur.  Erməni milli şovinizmini əsrin ilk onilliklərində davam etdirdiyi siyasəti ayaqda tutmaq və onu bütün ermənilər yaşayan yerlərə çatdırmaq üçün  belə bir təlimə ehtiyac var idi-qənaətindədi Ermənistan toplumu.   Burada  əsas məqsəd, Tsexakron ideologiyası çərçivəsidə  guya  erməni millətini, ana köklərindən uzaqlaşmaq təhlükəsi qarşısında qalan  Erməni diasporasını və xüsusilə gəncləri  yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Garegin Njde çnce savaı meydanında Türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur. İstədiyinə nail ola bilməyən (əslində ermənilər nə istəmişdilər onu artıqlaması ilə almışdılar) Nyde bu təlimi yaratmağanə zaman başalamışdır? 1922-ci ildə Təbrizdən dönərək Sofyaya yerləşmiş olan  Njde Türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlamışdı. Məsələn, “Lernhayastanın ( Dağlıq Ermənistan ) Qəhrəman Müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən səhifələr (Qahirə, 1924)”, “Övladlar atalarına qarşı mübarizəsi (Selanik, 1927)” və s.  Kitablarında bu təlimin konturlarını müəyyən etmişdi.  Həmin dövrdə və daha sonrakı illərdə Njde, daşnaklar tərəfindən  buraxilan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris)  kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə  dağılmış ermənilərdə türklərə və Türkiyəyə qarşı genetik bir nifrət meydana gətirmək idi. Sonra Bolqarıstandan ABŞ-a gedərək bu təlimi yaymaqla məşğul olmuşdur. Bu “nəzəriyyə” ilə  ermənilər irqçi  Tsexakronunu faşizmə yaxınlaşdırırdı.

Tsexakron əslində erməni faşizmidir. Tsekkron bir Nasyonal Sosialist təlimdir və dünya ermənilərinin də türklərə və Türkiyəyə qarşı davranışlarının təməlində Garegin Nıjdenin düşüncələri yer alır. Erməni araşdırmaçı Smbat Hovhannisyan özünün  “Tsexakronutyun və faşizm”( “Սմբատ Հովհաննիսյան  Ց  Ե  Ղ  Ա  Կ  Ր  Ո  Ն  ՈՒ  Թ  Յ  ՈՒ  Ն     ԵՎ    Ֆ  Ա  Շ  Ի  Զ  Մ (Ի ր ա կ ա ն ու թ յ ու ն   և   կ ե ղ ծ ի ք) adlı məqaləsində bu təlimin faşizmlə mqayisə edərkən bu təlimin daha irqçi olduğunu önə sürür. Bu təlimi irqçi təlim olarq qiymətləndirənlər çoxdur. Ermənistandan kənarda  bu məsələyə münasibət bildirilməmiş və təəssüf ki,  bu mövzuya indiyəcən olan yanaşmalar ibtidai  yanaşma səviyyəsində olmuş və erməni irqçiliyinin kökündə məhz bu təlimin durduğu açıq- söylənməmişdir.

Ermənistanda bu təlim yalnız ictimai təsirə sahib deyil, dövlət rəhbərliyinin  də  siyasi xəttini müəyyən edir. Məsələn Ermənistan Respublikaçılar Partiyasının proqramında belə deyilməkdədir: “…partiyamıza əsas düşüncə tərzi Garegin Njdenin təlimi üzərində  qurulur”.  Bununla da Serj Sarkisyanın partiyasının hansı təməl uzərində qurulduğu  bəlli olur.

Njdenin faşizmə simpatiyası bilinən bir gerçəkdir. O faşist Almaniyası ilə əməlli- başlı ilişki içərisində olmuş və ordu quraraq Sovet hökumətinə qarşı vuruşmuşdur. Bununla  və digər məsələlərlə bağlı verəcəyimiz  şərhlərdə bu açıqca görünəcəkdir ki, Njdenin təlimi irqçidir, insanlıq əleyhinə yönəldilmişdir.  Öncə Njdeni tanımağa ehtiyac var. Kim idi bu təlimi yaradan şəxs? Onda türklərə bu qədər nifrət haradandi? 

Qaregin Njde 20 yanvar 1866-cı ildə İrəvan quberniyasının  Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olmuş, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulmuşdur. Sonra  İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktədbə təhsil alır, daha sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastatsinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə girir. Eyni vaxtda Qareqin Daşnaksütyuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədi ilə qəlir. Njde burada həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır.  Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştrak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir. Birinci Dünya müharibəsi başlayanda Rusiya imperiyasının Sofiyadakı səfirliyinə qələn  Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın (Dro) başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georqi xaçı ilə təltif olunur.Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhpərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.

Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştrak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında qedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Meğri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, qırmızı ordunu əsas güvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qareqin Njde özünü yaratdığı oyuncaq respublikanın “ali baş komandan”ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.

Qafqazdan qaçandan sonra Njde Bolqarıstana qəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana, türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ–da Njde “Tseqakron” hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlagələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro  (Draztamat Kanayan) ilə birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı “Erməni milli şurası”nın 7 üzvündən biri və “Azad Ermənistan” qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana qirəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əkskəşviyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde Yerevana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir.

2004-ci ildə Ermənistanda,  indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Garegin Njdenin Təlimi” kitabı hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. ( “Garegin Njde i eqo uçeniya” İzdatel, Respublikanskaya Partiya Armenii , Yerevan-2004)

Bu gün kasıb Ermənistanın  müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları),  filmi “milli qəhrəman” Garegin Njde haqqında çəkilən film olmuşdur (2013-də nümayiş olunmağa başlamışdır).        Burada ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə “Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır və Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxsin film qəhrəmanı kimi nələr etdəyə maraq mövzusudur. . Bu faktlar filmdə  heç  göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı “ təmizə çıxarılır.

Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə vermişlər. Njdenin və onun cəfəng “ideologiyasının” ölkəni idarə edən Respublikaçılar Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi  erməni toplumunun nə gündə olduğunun sübutudur.

Erməni irqçi yaddaşı, Tsaxakron özü də  heç bir əsası olmayan bir qorxu üzərində qurulub – sanki 20-ci əsrin sonunda  azərbaycanlılara qarşı törədilən vəhşiliklərin etiraf edilməsi hər hansı bir şəkildə 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən erməni soyqırımının tarixi həqiqətini və mənəvi iyrəncliyini sarsıdacaq- fikri hamının başı üstündə asılmış Domokl qılıncıdır.  Bu qılınc bu gün xəyali  Njdenin  əllərindədir. Ermənilər bu filmə  hələ çox baxacaqlar ve onun bu fikrini hər zaman özlərinə hələ çox yolgösteren hesab edəcəklər: “Bizim bəlamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, Türksevər Ermenilər vardır.” Gerçəkdən Ermənilər arasında türkseverler varmı?   Demək çox çətindir. Türkiyədə orhan pamuklar çoxdur. Bizdə Əkrəm Əylisli adında birisi  erməni heyranı olaraq peyda oldu.  Amma Ermənistanda Türkə simpatiya bəsləyən  bircə nəfər olsa, o,  bu ölkədə yaşaya bilməz- həqiqətinə sığınaraq söyləmək mümkün ki, bu ölkədə türk yaşamırsa , demək xalqın söykəndiyi təlim faşist təlimdir. Çünki Njdenin ideologiyası bu gün bu ölkədə türkün yaşamasını  mümkün etmir .

Dediyimiz kimi,  Njde 1920-cu illərdən başlayaraq, 30-cu llərdə isə adıçəkilən təlimi önə sürməyə başlamışdı.1932 Bolqarıstanda  nəşr etdirdiyi “Soy Ruhunun Hərəkatı” adlı kitabı və daha sonra “Xrofk” jurnalında  çıxan “Tsegakronutyun  bir zəfər gücüdür” adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya qoymuşdur.

1933 -cü ildə Parisdə Daşnakların 12-ci   Konqresi olmalıydı.  Konqresə Njde tərəfindən təqdim edilən Erməni Diasporunun  antitürk ruhunda olan sənədlər, bildirilər, təlimatları üç əsas prinsipi ehtiva edirdi :

 

      1. Erməniliyin xaricdə funksional  fəaliyyətini genişləndirərək onu  Ermənistanı müdafiə etmək qabilyyəti durumuna gətirmək.

      2. Erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək.

      3. Bütün gücləri Türkiyəyə karşı bir cəbhəyə sövq etmək.

 

Bu tezisləri həyata geçirmək üçün 1933-ci ildə  Njde partiya tərəfindən ABŞ-a göndərilmişdi. Artıq Njdeye iki vəzifə verilmişdi, qısa müddət içərisində  o Amerika Birləşmiş Ştatlarında  Tsexakron hərəkatını yaratmalı idi. Bundan başqa ona başqa bir tapşırıq da verilmişdi. Erməni terrorçu  Kopernik Tandırçyanla  birlikdə Türkiyənin  ABŞ-dakı  səfiri Muxtar bəyə  sui-qəsd etməli idi…

 

Ardı var…
Qafar Çaxmaqlı

 

“KarabakhİNFO.com”

 

 

03.03.2013 10:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*