Azərbaycanca

Njde, “Tsexakronizm” təlimi və faşizm (II hissə)

05.03.2013 | 13:00

1363337539_njdehNə idi  Tsexakronutyunda onun  aşılayacağı ideyalar?

Tsexakron təlimi aşağıdakı kimi inşa edilir:

   “Mən öz Soyumu  (tsex) bilirəm, mən öz  nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır , ali irqdir , mən  cismimdə Tsexarakonu daşıyıram”

Bu cəhətdən Tsexakron faşizmlə eyniləşir. Maraqlıdır ki,  eyni illərdə İtaliyada faşizm, Almaniyada isə milli sosializm düşüncələri ictimai kütlələrə sirayət etməyə başlamışdı. Başqa bir deyişlə, Ermənistan o dövrdə müstəqil bir  dövlət qalsaydı, bir erməni  faşist quruluşundan bəhs edəcəkdik ,Əslində XXI əsrin diqtə etdyi meyarlara bugünkü erməni dövləti əməl etmək, ona uyğunlaşmaq istəmir. Bir çox məsələlərə münasibətdə yenə də faşist yanaşma açıqca görmək mümkündür. Dövlət  bu gün də Njdenin məlum təlimi ilə yönləndirilirsə demək  nasional sosializmdən hələ uzaqlaşa bilməmişdir.  Ermənistan Respublikaçılar Partiyasının ermənicə və rusca çap etdirdiyi “Garegin Njde və onun təlimi” (Yerevan-2004)  kitabında  qeyd olunur ki, II  Dünya müharibəsi başlanarkən Njde   bilirdi ki, Avropa ölkələrində antierməni ovqat güclənmişdi və almanlarda belə bir fikir vardı ki, ermənilər Almaniyanın düşmənlərinə yardım edərlər.erməniləri də yəhudilərin taleyini yaşayacaqlarından ehtiyatlanan Njde hərəkətə keçərək almanlarla əlaqəyə girir . Bolqarıstan və Rumıniyada ermənilərin bu ölkələrdən qovulub çıxarılmasının qarşısını alır. Rumıniya baş naziri Antoneskunun erməniləri toplu halında yaşadıqları yerlərdən çıxarılması əmri verdı. 1942- ci ildə o Berlinə gedərək ermənilərin almanlara sədaqətli olacaqlarını sübut edən materiallar aparmışdı. Bu materiallar sonradan onun həbs olunaraq 25 il cəza almasına səbəb oldu. O Berlində Dro ilə də görüşmüşdü.  Dro da almanların yanında olan erməni liderlərdən idi.  Həbsdən sonra baxın nə edir bu ideoloq. Sovet hökümətinin Türkiyəyə heç də yaxşı olmayan münasibətlərindən istifadə edərək 1947- ci ildə təklif edir ki, “Xaricdə yaşayan ermənilərin hərbi- siyasi təşkilatı” yaradılsın və o Türkiyənin Şərqindəki vilayətləri SSRİ-yə (Sovet Ermənistanına) birləşdirməyi təklif edir.  Amma bu qəbul olunmur. Sovet höküməti bu cinayətkarla əməkdaşlıq etmir. “Qaregin Njde və KGB” adlı kitabında yazar Ustyan qeyd edir ki, Njdenin məramı Sovetlərin məqsədləri ilə üst-üstə düşmür. (Aydın İbrahimov  “Tsegakron Öğretisi yahut Biz Kimlerle Masaya Oturuyoruz” məqaləsi…)

Njdenin Tsexakron təliminə görə,   hər bir erməni bütün həyatı boyunca   Batı Ermənistanın türklərin əlindən alınmasına çalışmalıdır. Onun qurduğu “Tsexakron Uxter”(1933)  adlı qurumu da  bu ideyanın həyata keçməsinə çalışacaqdı. Bu “Tsexakron Uxter”  erməni gənclər təşkilatının nüvəsi olacaqdı. Onun özünün nizamnaməsi və proqramı da hazırlanmışdı. . “Tsexakron Uxter”in  devizi belə idi: “Ermənistan ermənilərə”. Bu deviz daha sonralar da həyata keçirilərək Ermənistanı monoetnik dövlətə çevirdi. Bu ölkədə bir nəfər də olsa digər xalqa mənsub adamın yaşamaması dediyimizin sübutudur. Ermənistan deyincə burada yalnız indiki  Ermənistan nəzərdə tutulmurdu. “Batı Ermənistan” dedikləri Türkiyənin 6 Şərqi Anadolu  vilayətləri də buraya aid edilirdi.

 “Mən  Yer Kürəsindəki ilahi izləri öz soyumda  oxudum, gördüm,  öpdüm, təzim etdim – və Tsexakrona çevrildim” deyərkən  Njde  ermənilərin ilahi soydan gəldiyini iddia edir və iddia edir ki,  “Soy Allah kimi birincidir.  Erməni soyu da Allah kimi əsrlərin şahididir,  o əbədi  olaraq ermənidir, Allahın  ortağıdr”.  Ona görə, soy Ruhun və Qanın sintezidir, psixoloji anbardır və eyni zamanda bioloji quruluşdur, insan etnosuna  bir birindən fərqlilik , özünəxaslıq xarakteri verir. Onun fikrincə, Tsexakronutyun bu  cəhdləri qoruyub saxlamaq üçün soyun əlində bir əbədi varlıqdır. Bu  erməni varlığını Əbədi etmək və erməni kimi Yaşamağı  təlqin  və özündə ehtiva edir. Erməninin özünüdərki üçün  bu təlimə inam da aşılanmalıdır.  Kronçular bunu etməlidirlər.

 Tsexakron  Müqəddəs  Soyu tanıyır və elan edir: “Erməni olmağa o adam layiq deyildir ki, onun üçün  bizim planetdə  “ erməni” kəlməsindən  daha   üstün şeylər vardır “

Və yaxud,  “Erməni olmaqdan əvvəl də  sən Erməni olmalısan!”,  “ Erməni öz tarixində Ermənidən daha öncə  adam  olmuşdur, bu xüsusiyyətinə görə də onun faciələri qaçılmaz olmuşdur”.

Njdeyə görə , erməni xalqı aşağıdakı  Kultlarla (türkcə-püt) həyatını davam etməlidir. Bunlardır:

 Vətən kultu, Qan kultu, Dil kultu, Vətən uğrunda öz həyatını qurban etmə kultu, Ulular kultu, Güc kultu,  Öndər kultu.

 Erməni üçün dəyişməyən prinsiplər də bunlardan ibarətdir:

Vətən  kultu: Erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci, bütün səyini Ermənistanın ərazisini genişləndirməyə sərf etməli və  onun bundan  böyük xoşbəxtliyi olmamalıdır.

Qan kultu: Tsexakronatyun qan təmizliyini əsas qanun olaraq qəbul edir və digər xalqlarla evlikləri qəbul etməməkdədir.

Dil kultu: Tsexakronutyun hər bir erməninin bir-biriylə danışarkən yalnız erməni dilini istifadə etməsini önərir. Erməni dilini bilməyən Soyun nümayəndəsi olaraq qəbul edilə bilməz. Yəni erməni düşüncəsi böyük ölçüdə dilə bağlıdır,  əgər dil olmasa və xaricə dağılmış Erməni birliyini təmin etmək mümkün olmaz .(Ndje bolşevik zülmü altında yaşayan erməniləri  özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diasporaya bağlayırdı).

Öz həyatını qurban etmə kultu: Soyunu  qorumaq üçün bu yolda ölmək bir şərəfdir və  “… Aslan kimi mübarizə etməliyik.”

 Ulular kultu: Tsexakronutyun nəsillər arasında əlaqələrin davam etməməsini ən böyük çatışmazlıq  olaraq qəbul edir. Xüsusilə Ana Vətən torpaqları üzərində fəaliyyətin davamı  yeni nəsil üçün qida qaynağı olmalıdır.

Güc kultu: Tsexakronutyun gücə xüsusi  yer verir. Njdeyə görə, güclü qazanan olar, haqlı olmaz; dünya, güclü olanın qarşısında boyun əyər.

Öndər kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. Tsexakronutyun, soy üzvlərinin öndərinin iradəsinə tabe olmasını tələb edir.   O yazırdı: “Ermənilik nə vaxtsa  Türkləri bağışlayacaq , amma onun qarşısında diz çökmədən, onu diz çökdürərək…”

Ermənilik (armenizm), Njdeyə görə, hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeyin fövqündədir. “

Buna görə də  Tsexakronutyun ermənilərin maraqlarını hər hansı xalqın mənfəətlərindən daha üstün tutar. Məsələn,  Tsexakron hərəkatının  ilk  nizmnaməsinin ana səhifəsi bu şüarla başlayır:“Lozanna? Xeyr, heç bir zaman qəbul edilə bilməz. “Və fikir  belə davam edir:” Bir xalqın ana torpağı digər  xalqın daimi vətəni ola bilməz. “

Tsexakronutyun, yalnız ermənilərin torpaq üçün  vuruşmağa  hazır olmasını  tələb etməz,  bu təlim daha irəli gedərək, ermənilərdən türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansı üsulla olursa olsun yox etməliyik.” Bunun artıq faşizm olduğunu Njde özü də danmır. Təlimin bu nöqtələrini  şərhlər edərkən deyir: “İtalyanların Faşizmi var, almanların Nasizmi, yəhudilərin ise Sionizmi…Ermənilərinsə Tsexakronu var … Biz 1919-cu ildə  bu fikirləri meydana gətirərkən, Mussolini öz düşüncələrini daha yeni – yeni kəşf edirdi .. . Hitler ərazilərin genişlənməsinin təzahürünü  hələ   təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun Ana torpağı olan Erməni Dağlıq bölgəsini (Şərqi Anadolu, Kilikiya və Qafqazın böyük bir ərazini əhatə etməkdədir) geri vermək istəyirik … Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə Türklərdir, onlar erməniləri yer üzündən  silirdilər və məmləkətimizin  torpaqlarını böyük hissəsini ələ geçirmişdilər və b.

 Bax bunlardır Njdenin irqçi təliminin bəzi məqamları. Bunlarla tanış olandan sonra ermənilərin ərazi iddialarının mənbəyinin hardan gəldiyi  məlum olur. Ona görə də erməni xalqı üçün bu şəxs çox qiymətli birisi olaraq  təbliğ olunur.  Bu gün Ermənistanın  müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları),  filmi “milli qəhrəman” Garegin Njde haqqında çəkilən film olmuşdur.  İlk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə“Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratmış və Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin ermeni legionunun qurulmasında aktiv iştirak etmişdir. Bu faktlar filmdə heç  göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı “ təmizə çıxarılır.  Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə vermişlər. Njdenin və onun cəfəng “ideologiyasının” ölkəni idarə edən Respublika Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi  erməni toplumunun nə gündə olduğunun sübutudur.

 Erməni irqçi yaddaşı heç bir əsası olmayan bir qorxu üzərində qurulub – sanki Azərbaycanlılara qarşı törədilən vəhşiliklərin etiraf edilməsi hər hansı bir şəkildə 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən erməni soyqırımının tarixi həqiqətini və mənəvi iyrəncliyini sarsıdacaq- fikri hamının başı üstündə asılmış Domokl qılıncıdır.  Bu qılınc bu gün xeyali  Njdenin  əllərindedir. Ermənilər bu filmə çox baxacaqlar və onun bu fikrini hər zaman özlərinə hələ çox yolgöstərən hesab edəcəklər: “Bizim belamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, Türksevər Ermnilər vardır.” Gerçəkdən Ermənilər arasında türksevərlər varmı? Demək çox çətindir. Türkə simpatiya bəsləyən olsa belə  uzun zaman  bu ölkədə yaşaya bilməz. Çünki Njdenin ideologiyası bunu mümkün etmir . Bu şəxsin cinayətkar keçmişi erməni toplumu üçün əhəmiyyətsiz bir məsələdir. 

Aşağıdakı mətn  Qaregin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı, erməni millətindən olan  mayor Melkumyan hazırlayıb. Bu sənəddə, Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanış olmaq faydalıdır. Njdenin nə qədər qəddar və faşist görüşlü cinayətkar  olduğunu ortaya qoyur.

“…Bolqarıstanda yaşayarkən Ter – Harutyunyan Daşnaksütunyun rəhbəri kimi, SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941- ci ildə alman kəşviyyatı ilə əlagə yaradıb, və almanların göstərişi ilə, Balkan yarımadasında millətçilərin arasında, aqentura yaradılması ilə məşğul olub. Njde, yəni Ter – Harutyunyan almanların Berlində yaratdığı “Erməni Milli Şurasnın” üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlar və bir sıra digər sənədlərəsasən  2 noyabr 1944 cü ildə Qaregin Ter – Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter – Harutyunyan 1908- ci ildən 1937 -ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918 ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı güvvələırin komandanı, 1921- ci ildən isə baş naziri olaraq, sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir.Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə NN 251-253, 257-259, 263-266, 355-359, 360, 364-369) 1933 cü ildə müttəhim Ter – Harutyunyan ABŞ – a yollanıb və orada daşnak gənclər təşkilatı olan “Tsexakron” təşkilatını yaradıb, təşkilat irqçiliyi təbliğ etməklə, mahiyyət etibarı ilə faşist təşkilatıdır. Müttəhim Q. Ter – Harutunyan Sovet İttifaqının barışmaz düşməni kimi, 1941 ci ildə özünün yaxın tanışı olan alman aqenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşviyyat və əkskəşviyyat orqanlarının Balkanlardakı rəhbəri “Doktor Delius” təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub, və burada SSRİ – yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olub.(Cild I səhifə NN 22-29, 31-33, 37-44, 45-48, 66, 68-88, 93, 157, 208-302, II cild səhifə NN 192-195, 311, 318, 320, 327, 332, 352). Bundan sonra Harutyunyan alman kəşviyyatçısı mayor Drumyun göstərişi ilə, 1942 ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk (“Smerş” tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə qöndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşviyat-təxribat məktəbində təlim keçərək Krıma qöndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşviyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər. (Cild I səhifə NN 1574, 155, 158-165; Cild II səhifə NN 49-51, 59-62). 1943 cü ilin avqustunda Qaregin Ter – Harutyunyan Krıma qələrək, yuxarıda qöstərilmiş kəşviyyatçı-təxribatçıların qarşısında çıxış edərək, onları almanların bütün göstərişlərini yerinə yetirməyə çağırmışdır. (Cild II səhifə NN 309, 310). Müttəhim Ter – Harutyunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı “Erməni milli şurasının” tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ – yə qarşı mübarizədə yardım etmək və Ermənistanda Almaniyanın protektaratı ilə millətçi-burjua hokumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-71 Cild I səhifə NN 245-248, 352). Özünü qismən günahkar hesab edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter – Harutyunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatı bitməsi, və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR in C.P.M. 200 – cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR in D.İ.N. qoşunlarının hərbi prokuroru vasitəsilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin nəznində, xüsusi məşvərətin dinləmələrinə qöndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi, 25 illik həbs cəzasını təklif etmək. İttiham aktı 10 mart 1948 ci ildə tərtib olunmuşdur.

Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin birinci idarəsinin üçüncü bölməsinin rəsisi mayor Melkumyan

 Naxçıvan və Zəngəzurda saysız-hesansız cinayətlər törətmiş bu şəxs ermənistanı milli lideridir, qəhrəmanıdır. Ermənistanda o adamlar qəhrəman sayılır ki, onlar çoxlu türk qırıblar,  Njde də onlardan biridir. Buradakı cinayətlərinin üstünün açılacağından qorxaraq 1920-ci ildən sonra Bolqarıstana qaçan Njde  oranın vətəndaşlığını qəbul edib. 1933-cü ildə Türkiyənin ABŞ-dakı səfiri Muxtar Bəyə qarşı planlaşdırılan terror dəstəsinə qoşulub. Sonra nasist Almaniyasına gedərək faşistlərə qoşulub və general rütbəsinə yüksəldilib. 1942-ci ildə faşist ordusunun tərkibində erməni dəstələri yaradıb.Sofiya Sovet Ordusu tərəfindən tutulduqdan sonra o, həbs edilərək SSRİ-yə gətirilib. 1955-ci ilə kimi Moskva, İrəvan, Vladimir və Daşkənd türmələrində saxlanılıb. 1955-ci ildə Vladimir türməsində ölüb. Meyiti 1983-cü ildə gətirilərək Qafandakı Spitakvor kilsəsinin həyətində basdırılıb. Njde qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən türklərin yaşadığı Süniki, yəni indiki Zəngəzuru işğal edərək Ermənistana birləşdirməsi ilə həmişə fəxr edib.  Bu günə qədər Zəngəzur da erməni işğalı altındadır. Njde hardan keçmişsə orad qan izi buraxmışdır. 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə ilə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı əzabla, vəhşiliklə qətlə yetirməsindən və bu “şücaət”inə görə Bolqarıstanla Yunanıstanın hərbi ordenlərini almasından sonra Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı məktubunda yazırdı: “… Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu “sevmələrini” tələb edib, özü qadın paltarı geyib və səhərədək “təcavüzə” məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq”.

 “Tsexakron” adlı ifrat millətçi təşkilatı yaradanda məşhur daşnak Manuçar Sukiasyan demişdi: “Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişi  Njde bizə cəsarət və kişilik dərsi keçir”

  Baxın,  bu şəxsi ermənilər öz millətlərinin öndəri sayırlar.

Qafar Çaxmaqlı 

“KarabakhİNFO.com”

05.03.2013 13:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*