Azərbaycanca

“Növbəti ildə 23 ildir deməyək”

05.05.2014 | 08:25

1399297678_1964917_779647502045943_657603473752656227_nMüsahibimiz qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfovdur. Sənan Nəcəfovla informasiya müharibəsi və “Şuşaya Azadlıq” videoçarxı haqda danışdıq:

-İlk olaraq “Şuşaya Azadlıq” videoçarxının ideyası ilə bağlı danışaq.

 

Bu ideyanın yaranma tarixçəsi dörd ay öncəyə aiddi. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev iki il bundan öncə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla birgə mətbuat konfransında bu kampaniya haqda danışıb. O vaxtdan etibarən “Şuşaya Azadlıq”la bağlı konkret aksiyalar keçirildi. Məsələn, ötən il Londonda təhsil aldığım vaxtda tələbələrə müraciət edərək dedim ki, Şuşanı bir dəqiqəlik sükutla yad edək. Belə bir şüar universitetin qaydalarına zidd idi. Hətta məni universitetdən qova da bilərdilər. Şuşanı bir dəqiqəlik sükutla yad etdim. Təxminən səksənə yaxın xarici tələbədən xahiş etdim ki,sosial şəbəkədə ”Şuşaya bir dəqiqəlik sükut” (“One silence minute for Shusha”) yazılsın və mən taq olunum. Bu çox geniş kampaniya oldu. Rumuniyada da bu kampaniyanı gerçəkləşdirdik. Budəfəki aksiya üçün müxtəlif variantları müzakirə etdik. Düşündük ki, 22 dildə hər bir xalqın nümayəndəsi “Şuşaya Azadlıq” şüarını öz dilində səsləndirsin. 48 video çarx əldə etdik və bunlar arasından ən uğurlusunu nümayiş etdirdik. Əziyyətimiz çox olsa da bu bizim üçün önəmli deyil. Şuşa və işğal altında olan digər rayonlar bizimdi. Şuşa üçün şəhid olmağa da hazırıq. Həmişə düşünürəm ki, qoy bu aksiya kimi son olsun. Növbəti dəfə bu aksiyanı keçirmək qismətimiz olmasın. Növbəti ildə 23 ildir deməyək.

 

-Videoçarxın hansı ölkələrdə təqdimatı nəzərdə tutulur?

 

Videoçarxın üç ölkədə təqdimatını keçirtmək planımız var. Hələ ki, bu ölkələrin adını açıqlamırıq. Ümid edirik ki, planımız baş tutacaq.

 

-Qarabağ həqiqətlərini yaymaq üçün düşünürəm ki, müxtəlif yollar var. Məsələn, beynəlxalq görüşlərə, yarışmalara ev sahibliyi etdiyimiz müddətdə də biz bu siyasəti həyata keçirə bilərik. Ola bilər ki, reklam çarxlarının əvəzinə həmin tablolara Qarabağ həqiqətləri ilə bağlı məlumatlar yerləşdirək. Sizcə necə?

 

Bu bizdən asılı olarsa ölkəmizdə qonaq olan hər kəsə vizitka da təqdim edərik. Amma müəyyən tablolar var. İdman oyunlarına siyasəti qarışdırmaq olmaz. Çexiyada olduğumuz vaxtda Ermənistanla Azərbaycan arasında futzal oyunu keçirilirdi. Rəsmi olaraq bəyan etdik ki, Xocalını bir dəqiqəlik sükutla yad edək. Çexiyaya səfərimiz 27 fevral tarixinə təsadüf edirdi. Təşkilat Komitəsi istəyimizi qəbul etmədi. Qalatasaray futbol klubu da eyni mövqe sərgilədi. Əlbətdə ki, çox gözəl olardı ki, bütün reklam çarxlarının əvəzinə Qarabağla bağlı məlumatlar yerləşdirilsin.

 

-İnformasiya müharibəsində vəziyyət necədi?

 

İnformasiya müharibəsində atəşkəs olmamalıdı. Bu müharibə davamlı olmalıdı. 2001-ci ildən etibarən sosial şəbəkədə ermənilərlə açıq-aşkar informasiya müharibəsi aparıram. Həssas olmaq lazımdı. Facebook-da haştaqlar yaydıqda deyirlər ki, bu nə kampaniyadı təşkil etmisiniz. Nəsə etsək də, etməsək də qınayırlar. Məşhur bir hind məsəli var. Biri rəssamın yanına gəlir. Rəssam deyir ki, sənə qiymət yazacağam bir halda ki, bu diplom işini müdafiə edəsən. Rəssam tapşırıq verir ki, rəsm əsəri çək və onu şəhərin ən məşhur yerlərinin birində nümayiş etdirərək altında yaz ki, kim burda səhv görürsə qeyd etsin. Tələbə bu cür də edir. Axşam qayıdanda görür ki, tablo qeydlərlə dolub. Daha sonra olanları rəssama danışır. Müəllim bu dəfə tapşırıq verir ki, həmin fotonu yenidən çəksin və altında yazsın ki, kim burda səhv görürsə düzəliş etsin. Səhəri gün şəkli olduğu kimi görür. İrad tutmaq asandı, amma nələrisə düzəltmək çətindi.

 

Nigar

“KarabakhİNFO.com” 

05.05.2014 08:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*