Azərbaycanca

Novruz Məmmədov: “Erməni diasporu Azərbaycanın imicinə zərbə vurmağa çalışır”

21.11.2014 | 11:41

novruz-memmedovAzərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərb və Avropanın erməni diasporunun təbliğatının təsiri altında olduğunu bildirib.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, Novruz Məmmədov öz “Twitter” hesabında bildirib ki, erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır: “Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Qərbdə və Avropada isə bəziləri asanlıqla onların təsiri altına düşərək mövqe bildirirlər. Təəssüf ki, həmsədrlərin mövqelərində də bu özünü vaxtaşırı büruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir”.

 

“KarabakhİNFO.com”

 

 

21.11.2014 11:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*