Azərbaycanca

Novruz Məmmədov: Ermənilərin Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məkrli prosesin davamıdır

03.06.2015 | 12:44

trend_novruz-mammadov_270515_3

“Ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi 2 əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır”.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki mikrobloqunda yazıb.

N.Məmmədov bildirib ki, uzun sürən geosiyasi proseslər davam etməkdədir: “Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər”.

N.Məmmədov qeyd edib ki, yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiasını irəli sürəcək.

 

Trend.az

03.06.2015 12:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*