Azərbaycanca

Novruz Məmmədov: “Ermənistan rəhbərliyi yenə də məkrli niyyətini həyata keçirmək üçün təbliğat maşınını işə salıb”

04.08.2014 | 15:07

novruz memmedov“Ermənistan rəhbərliyi yenə də məkrli niyyətini həyata keçirmək üçün təbliğat maşınını işə salıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan ərazilərindəki təmas xəttində baş verən hadisələrlə bağlı Ermənistan rəhbərlərinin bəyanatlarını qiymətləndirərkən deyib.

N. Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi yenə də yalan məlumatlarla həm özlərini inandırmağa, həm də beynəlxalq birliyi çaşdırmağa çalışır: “Artıq belə üsullara alışıblar. Özü də utanmadan beynəlxalq birliyin dəyərlər sistemini meyar kimi təkrar-təkrar nümunə göstərirlər. Sanki Azərbaycan torpaqlarını 25 ildir ki, işğal altında saxlayan bunlar deyil. Amma ağıllarını o dərəcədə itiriblər ki, nə etdiklərini dərk edə bilmirlər”.

PA rəsmisi qeyd edib ki, erməni silahlı qüvvələri bir neçə gün ərzində Azərbaycan qoşunları ilə təmas xəttində diversiya aktları törətməyə cəhdlər göstərib və cavabını alıb: “Bununla belə, onlar yenə Azərbaycan tərəfini ittiham etməkdən çəkinmir, yalan məlumatlar yaymaqdan, böhtan dolu bəyanatlar verməkdən yorulmurlar. Amma Ermənistan rəhbərləri bir məsələni unudub və nəzərə almayıblar. Belə ki, bu günlərdə Azərbaycan prezidenti və müdafiə naziri ölkədə olmayıblar. Ali Baş Komandanın və müdafiə nazirinin ölkədə olmadığı zaman heç bir hərbi hissənin komandiri özbaşına addım ata bilməz”.

“KarabakhİNFO.com”

04.08.2014 15:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*