Azərbaycanca

Novruz Məmmədov: Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub

02.06.2015 | 12:21

trend_novruz-mammadov_270515_3

Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki mikrobloqunda yazıb.

N.Məmmədov qeyd edib ki, son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar: “Beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır. Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ-a viza verilməsi qadağandır. Amma separatçı B.Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”.

Trend.az

02.06.2015 12:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*