Azərbaycanca

“O, elə zənn etdi ki, biz onu arxadan vuracağıq”

02.08.2013 | 12:49

1375433595_bakir-2 Qarabağ müharibəsi veteranı Bakir Behbudov 1965-ci ildə Ağdam şəhərində anadan olub. Orta məktəbi də orada bitirib. Hərbi xidmətə gedib. 1988-ci ildə ermənilər Qarabağ söhbətin başlatdığı gündən əlinə silah alıb, Ağdamın qeyrətli oğulları ilə birlikdə öz doğma vətənini qorumaq üçün bütün döyüşlərdə iştirak edib. Əvvəllər könüllü olaraq silahli dəstələrlə Qarabağın qorunması üçün döyüşüb. Sonradan  Eldar Bağırovun rəhbərlik etdiyi könüllülər dəstəsinə qoşulub. Ağdam, Xocavənd, Ağdərə istiqamətlərində gedən bütün döyüşlərdə iştirak edib. B.Behbudov e-jurnalımıza müsahibəsində dedi ki, ömrümün ən gözəl, ən dəyərli illərini Ağdamda yaşayıb.

 

– Ermənilər müharibə zamanı əsgərlərmizə  və dinc sakinlərə qarşı əsasən hansı vəhşiliklər ediblər?

 

– Mən Xocalı hadislərinin birbaşa şahidiyəm. Ermənilərin etdiyi bu soyqırımın dünyada müqayisəsi yoxdur.  Ermənilər burada bütün müharibə qanunlarını pozaraq insanlara ən dəhşətli işgəncələr veriblər. Onlar dinc əhaliyə divan tutaraq uşaqları, qadınları, qocaları vəhşicəsinə qətlə yetirmişdir. Onlar hətta təcili yardım maşınlarına da atəş açırdılar. Ən böyük vəhşiliklərin körpələrin öldürülməsi, qocaların zalımcasına başlarından vurulması, baş və qulaqlarının kəsilməsi, yandırılması və s. ilə qarşılaşmışam. Bizim ən qəddar insanımız belə qocaya, qadına, uşağa isgəncə verməz.Amma ermənilərsə bunun əksinə olaraq qarşılarına kim çıxırdısa işgəncə verirdilər. Biz bütün bunları dünyaya bildiməliyik.

  Döyüş zamanı Siz erməni tərəfdən olan dinc əhalini atəşə tuturdunuz?

 

1375433195_bakir-1–  Xeyr. Xocavənddəki döyüş zamanı evə girən erməni qadınla, qucağındakı körpəni öldürmədən, bir zərər belə vermədən evdən çıxardıb buraxmışıq. Mən o qadına dedim ki, biz azərbaycanlılar kişilərlə vuruşuruq, qadınlara, körpələrə, qocalara, güllə atmaz, isgəncə vermərik. Mən onu evdən buraxanda, o elə zənn etdi ki, biz onu arxadan vuracağıq, ancaq biz onu qoruyaraq küçənin sonunadək getməsinə nail olduq.

– Bir çox şahidlərdən eştmişik ki, ermənilər Qarbağ döyüşlərində xüsusi “nayomnik”lərən istifadə ediblər.Sizin qarşınıza da belələri çıxıbmı?

 

-1992-ci ilin əvvəllərində Qarakənd ətrafında gedən döyüşlərdə 2 nəfər “nayomnik” öldürmüşük. Sonralar Manikli kəndi ətrafindakı döyüşlərdə daha bir neçə “nayomnik”lərlə qarşılaşmışıq və hamısını öldürmüşük.

– Öz torpaqlarınıza geri qayıdacağınıza inanırsınızmı?

 

– İndiki zamanda mən elə düşünürəm ki, Dağlıq Qarabağ məsələsində sanki bir süstlük var. Biz Qarabağı unutmamalıyıq. Vaxt itirirməməliyik, daimi maariflənmə aparılmalıdır. Xüsusən orta nəsil gənclər arasında  təbliğat işini aktiv olmalıdır. Biz ümidlə yaşamalıyıq. Bu məsələ tez həll olunmalıdır ki, gələcək nəsil gedib öz torpağında yaşasın.

– Bəs, Qarabağa qayıtmağın yolunu nədə görürsünüz?

 

– Hazırda Dağlıq Qarabağ münaqişəsinin sülüh yolu ilə həlli üçün danışıqlar aparılır. Azərbycan dövləti həmişə sülhün tərəfdarı  olub. Ona görə dövlətimiz , eləcə də beynəlxalq təşkilatlar çalışır ki, bu münaqişə sülhlə yoluna qoyulsun. Lakin bu variant alınmyan təqdirdə yeganə yolu var ki, torpaqlarımızı müharibə yolu ilə geri qaytarib, gələcək nəsillərə ötürə bilək.Bunun ikinci yolu yoxdur. Dağlıq Qarabağa dair son 6 ildə aparılan danışıqlar prosesi ötən il tam uğursuzluqla nəticələndi və münaqişənin dinc yolla nizamlanmasına ümidlər demək olar ki, tükəndi. Nəticədə yerli və beynəlxalq ekspertlər müharibə təhlükəsinin kəskin artdığı barədə xəbərdarlıqlar etməyə başladılar.Cənab Prezident İlham Əliyev çıxışlarında  bəyan edib ki, Azərbaycan işğal edilmiş ərazilərin geri qaytarılması üçün bütün üsullardan, o cümlədən hərbi yoldan istifadədə qərarlıdır. Azərbaycan böyük, qüdrətli dövlətdir. Son göstəricilərə görə, Azərbaycan ordusu istər havada, istərsə də quruda düşmən üzərində əzici üstünlüyə malikdir. Ordumuz malik olduğu döyüş təyyarələrinin sayına və imkanlarına görə Ermənistanı bir neçə qat artıq qabaqlayır, həmçinin quru qoşunları son illərdə alınan güclü silah və texnika sayəsində erməni ordusundan qat-qat üstünlüyə malikdir. Azərbaycan ordusu hədəfi uzaq məsafədən və dəqiq vura bilən artilleriya-raket sistemlərinə, habelə düşmənin canlı qüvvə və texnikasına sarsıdıcı zərbə endirməyə qadir olan digər silahlara malikdir. Bizim istədiyimiz qədər gücümüz var. Yəni erməni əvvəlki kimi bizimlə müharibə etməyə qadir deyil. Mənim 48 yaşım olmağına baxmayaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə getməyə hazıram. Bu mənim doğma vətənimə olan borcumdur.

Fuad Hüseynzadə


“Karabakhinfo.com”

 

02.08.2013 12:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*