Azərbaycanca

O, minaya düşüb neytral ərazidə qaldı

30.08.2013 | 16:49

1377866293_sahlar-mhrrmov1 (1)Səbr tənha göz yaşıdı, Qəm ürəyin naxışıdı. Dünya özü başdaşıdı, Kəfənsiz dəfn olanlara.   Bu misralar  Balayar Sadiqin şəhidlərə həsr etdiyi şeirindəndir. Doğrudan da, bu misralar neçə-neçə vətən oğlunun kəfənsiz dəfn olunmasının şair ürəyindəki ağrısıdı. Onlardan biri də, artıq 20 ildən çoxdur ki, yaxınlarının yolunu gözlədiyi Ramiz Əyyub oğlu Məhərrəmovdu. KarabakhİNFO.com beynəlxalq  elektron jurnalının əməkdaşı olaraq, onları  ziyarət etdik. 

Bizi Ramizin anası Adilə xanım və qardaşı Şahlar müəllim qarşıladı. Çox sevindilər. Şahlar müəllim dedi ki, üstündən 20 il ötməsinə baxmayaraq, Ramizlə bağlı hələ heç kim bizim qapımızı açmayıb. Adilə xanım göz yaşlarına hakim ola bilmədi və səhhətində də problem olduğundan, biz Şahlar müəllimlə  söhbət etdik.   – Ramiz 1974-cü ildə Cəlilabad rayonunun Maşlıq  kəndində anadan olub.  1992-ci ilin yanvar ayı idi, Ramiz hərbi xidmətə yollandı. Birbaşa Ağdam rayonuna getdi. Həmin vaxtı Ağdam rayonu hələ işğal olunmamışdı. “Şahbulaq” deyilən ərazidə idilər. Ramiz hərbi xidmətə yollanana qədər sürücülük məktəbini birimişdi. Elə hərbi xidmətə gedəndə də sürücülük vəsiqəsini  özüylə apardı. Çox keçmədi ki, ona şəxsi heyəti daşımaq üçün avtomobil həvalə etdilər. Ramizi məzuniyyətə də buraxırdılar, hətta bir neçə dəfə də evə gəlmişdi. – Ağdam işğal olunduqdan sonra, Ramiz Tərtər rayonunda xidmətə başladı. 1377867051_ramiz-mhrrmov1Tərtər rayonunda döyüşdüyü vaxtlarda, bizə xəbər gəldi ki, Ramiz yoxdu. Onda mənim yaşım az olduğundan Ramizin arxasınca dayım və atam getdilər. Demişdilər ki, onlar iki əsgər,bir zabit döyüşə gediblər və  geri qayıtmayıblar. Bizə məlumat verdilər ki, Onlar  “koordinat” verməyə gediblər, yəni kəşfiyyata gediblər. “Həsənqaya” deyilən ərazidə döyüş olub və bunlar ordan çıxa bilməyiblər. Deyilənə görə Ramiz minaya düşür. Dostları onun minaya düşdüyü yerə keçə bilməyiblər. Ramiz yaralı halda neytral zonada qalıb və çıxarmaq da mümkün olmayıb.   – Ramizin axtarışı ilə bağlı “Qızıl Aypara” cəmiyyətinə müraciət etdik. Orda Rafiq adlı bir nəfərlə görüşdüm. Şəkillərini və sənədlərini apardım verdim. Evimizə kimi gəldilər və dedilər ki, narahat olmayın axtarışa vermişik. O, vaxtdan indiyə kimi xəbər yoxdu Ramizdən. Sonra ona şəhidlik statusu verdilər. Hal-hazırda kəndin şəhidlər xiyabanında Ramizin də şəklini vurublar. Amma  onun məzarı yoxdu. – Ramiz qorxaq  deyildi. Çoxlu dostları var idi. Vətənpərvər  gənc idi. Hara yollasan gedərdi. 1993-cü ilin avqust ayından bu günə kimi hardadı bilmirik. Allaha dua edirik, bəlkə qayıtdı.

Vasif  Əlihüseyn

 

“KarabakhİNFO.com” 

30.08.2013 16:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*