Azərbaycanca

“Oğlum Xocalı haqda əcnəbiləri məlumatlandırır”

05.05.2014 | 07:57

1399283568_samiraTorpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Ermənilər isə bu torpaqların onlara məxsus olduğu haqda yalanları dünya ölkələrinə yaymaqla məşğuldular. Bütün bu yalanları üzə çıxartmaq üçün informasiya savaşının da mühüm rolu var. Peşəsindən asılı olmayaraq xaricdə yaşayan, səfərdə olan hər bir vətəndaşımız xarici vətəndaşlara bu haqda ətraflı məlumat verərək gerçəkləri təqdim etməlidir. Əlbəttdə bu istiqamətdə tez-tez xarici ölkələrə səfər edən mədəniyyət xadimlərinin də rolu az deyil. Tanınmış müğənni Samirə Allahverdiyeva da onlardan biridir.

 

– Samirə xanım, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunmasını dünya ictimaiyyətinə necə təqdim edirsiniz?

 

Bir müğənni kimi ifa etdiyim mahnılarda Qarabağ həsrətini, yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərin ağrı-acısını dinləyicilərə çatdırıram. Elə xalqlar var ki, dilimizi başa düşmür, amma musiqidəki yanğı ilə nə demək istədiyimizi anlayır. Xarici səfərlərdə olarkən əcnəbilərə Azərbaycanın Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocalı və digər rayonların əsrarəngiz gözəlliyə malik olması haqda məlumat verirəm. Təəssüf hissilə onlara başa salıram ki, bu cür gözəl ərazilər işğal altındadır. Yadımdadır, bir dəfə xaricdə olarkən oğlum xarici qonaqlara Xocalı haqqında geniş məlumat verirdi. Oğlum xaricilərə milli qəhrəmanımız Çingiz Mustafayevin etdiyi şücaətlərdən, onun qəhrəmanlığından danışırdı. Hətta, əcnəbilərə internet vasitəsilə ermənilərin Xocalı soyqırımı zamanı xalqımızın başına gətirdiyi faciə haqqında məlumat yollayırdı. Xaricilər bu məlumatlardan dəhşətə gəldiyini bildirmişdilər. Mən nə Qarabağ problemi, nə də Xocalı faciəsi barədə övladıma məlumat verməmişəm. O özü kitablardan, virtual aləmdən xəbər tutub. İndi də xaricilərə məlumat verir.

 

– İfa etdiyiniz mahnılarda vətənpərvərlik, milli-mənəvi dəyərlər daha çox hiss olunur…

 

Milli ruhda mahnı ifa edarkən hisslərə qapanıram. Bəzən sevgi, bəzən xalqımızın çəkdiyi ağrı-acılar. Zənnimcə, vətənpərərlik istiqamətində mahnı oxuyarkən vətəni sevmək azdır. Vətən üçün çalışmaq lazımdır. Bacardığım qədər vətənə olan sevgimi göstərməyə çalışıram.

 

– Tez-tez hərbi hissələrdə olursunuz. Əsgərlərlə görüşərkən hansı hisslər keçirirsiniz?

 

Hərbi hissələrdə olanda həm kövrəlirəm, həm də qürur hissi keçirirəm. Çünki mən də bir anayam. Mənim də övladım vətəni qorumaq üçün hərbi xidmətə yollanacaq. Bu analar üçün qururvericidir. Əsgərlərlə görüşəndə çalışıram milli ruhda mahnılar ifa edim ki, onlar da bu musiqinin sədalarından ruhlanıb torpağımızı layiqincə qorusunlar.

 

Günel Cəlil

“KarabakhİNFO.com” 

05.05.2014 07:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*