Azərbaycanca

Oğurlanmış türk soyadları

21.05.2014 | 09:46

1400670360_ermeniitogluDəmirçiyan, Allahverdiyan, Balayan, Əlixanyan, Aslanyan, Qardaşyan, Qarabəyyan, Yüzbaşyan, Babacanyan və yaza biləcəyimiz yüzlərlə erməni familiyası. (Soy adları demək düzgün deyil, çünki, soy kökü olmayan bir icma barədə danışanda bu ifadə yerinə düşmür) Araşdırmalarımız zamanı məlum olur ki, ermənilərdə Allahverdi, Köçəri, Dəmirçi adlarının olması faktlarına o qədər də çox təsadüf olunmur. Ermənilərin dahja çox familiyalarının türk adlarından ibarət olmasının əsas səbəblərindən biri onların bir qisminin ulu babasının bu soydan olmasıdır. Məsələn, Məlikyanın ulu nənəsi o vaxtlar Məlik adlı Türkdən uşaq dünyaya gətirdiyi üçün həmin dığanın familiyası Məlikyan qalıb. Jurnalist İlqar Mingəçevir haqlı olaraq yazır ki, erməni familiyalarının bəlkə də 90 faizi türk sözləri və onların sonuna qoşulmuş “yan” sonluğundan ibarətdir. Nalbəndyan, Xarratyan, Dülgəryan, Dəmirçiyan, Qalayçıyan, Çilingəryan və s. Bu tip familyalar peşə adı ilə adlanıdırılır. Niyə? Ermənilər Qafqaza gələndən sonra əsasən ticarətlə məşğul olub. Bir qismi isə sənətkarların yanında işləyib. Məsələn, Çörək ermənicə hats, çörəkçi isə hatsaqordz deməkdir, lakin ermənilər arasında Hatsyan və Hatsaqordzyan deyil, Çörəkçyan familiyası var. Qeyd etmək lazımdır ki, bu familiyalar içərisində erməni mənşəli sözlər də olduqca azdır. Erməni alimi Avetisyan da bu fikri təsdiq edir. İrəvanda 1987-ci ildə çıxan, “Erməni soyadları” kitabının 112-114-cü səhifəsində yazır: “erməni soy adlarının yalnız 26,3 faizi orjinal erməni dilindən yaranmış, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü isə digər dillərdən götürülmüşdür”. Hazırda 434 türk mənşəli erməni familiyasının olması elmi yolla sübut edilib. Allahverdyan, Tarverdyan, Babacanyan kimi çoxlarımıza məlum olan populyar bir neçə familiya eşitsək də bunun tək-tük hal olduğunu zənn etmişik. Haradan biləsən ki, erməni Camal, Cəlal, Xanlar, Sərdar, Nəriman, Nəsib, İslam, Mirzə, Mədət, Mərdan, Murad, Osman, Qasım, Şahbaz, Şahin kimi saysız-hesabsız adlarımızı mənimsəyərək özününküləşdirəcəkdir?! Qeyd edək ki, bu familiyaların kökü birmənalı şəkildə türk mənşəlidir; bir qismində heç bir dəyişiklik edilmədən yalnız -yan artırılmaqla (bağban+yan, xarrat+yan, çoban+yan ozan+yan, saatsaz+yan), bir qismində isə erməni dilində müvafiq hərflər (məs.,-ə,ü) olmadığından bir hərf dəyişməsi ilə (dəllək – dallak+yan, dəmirçi – damirçi+yan, dərzi -darzi+yan, dülgər – dulqar+yan, burada həm də g – q əvəzlənməsi vardır, nalbənd – nalband+yan) düzəlmişdir. Amerikanın porno ulduzu Kim Kardaşyan müsahibəsində familiya türk kökənli olduğunu deyib: “Onsuz da bir çox erməni familiyaları türk kökənlidir. Türkiyədə yaşayan ermənilərin familiyaları hansısa türk sözündən əmələ gəlib. Mənə familiyamın türkcədə “qardaş” mənasını verdiyini uşaqlıqda öyrətmişdilər. Bizim evdə bütün meyvə və tərəvəzlərin adını türkcə deyirdilər”. Başqa bir erməni alimi Kapasyan yazır ki, “Əslində ermənilərin “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır və bu söz milli, etnik termin kimi deyil, siyasi termin kimi işlədilmişdir. O digər erməni alimi A.Xaçaturyanı tənqid edərək yazırdı: “A. Xaçaturyan özünün “Ərməniyə tarixi mixi yazıları dövründə” adlı kitabında Hayasa ölkəsinin ermənilərlə əlaqələri haqqında danışır. Lakin onun Hayasanı erməni Hayastan (Hayas+tun (“ev”), yəni “hayasalıların evi”) termini ilə müqayisəsi, tutuşdurması erməni qramatik normalarının əksinə olaraq açıq akkomodasiyadır, uydurma etimologiyadır”.

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com” 

21.05.2014 09:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*