Azərbaycanca

Ohanyan təcili sərhədə yollandı

23.01.2015 | 16:27

81932

 

Ermənistan müdafiə naziri Seyran Ohanyan və Ermənistan fövqəladə hallar naziri Armen Yeritsyan Azərbaycanın Gəncə – Qazax bölgəsi ilə sərhədə gəliblər

 

 

 

 

 

“KarabakhİNFO.com”  beynəlxalq elektron jurnalının  “ANS PRESS”-ə istinadən verdiyi məlumatına görə, Tavuş vilayətində, yəni keçmiş İcevan və Berd rayonlarında olan nazirlər döyüş mövqelərinə baş çəkəcəklər. Ermənistan Xilasetmə Xidmətinin rəis müavini Nikolay Qriqoryan da onların yanındadır.

 

 

Seyran Ohanyanın sərhəd bölgəsinə bü cür tələsik gəlməsi Ermənistan ordusunun bu səhər Berd istiqamətində iki əsgər itirməsi ilə bağlıdır.

 

 

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib, çox sayda yaralı var.

 

 

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

 

 

Qeyd edək ki, yanvarn 1-dən erməni tərəfdən 12 hərbi qulluqçu məhv edilib, 20-ə yaxın hərbi qulluqçu isə ağır yaralanıb.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

 

 

23.01.2015 16:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*