Azərbaycanca

Ölüm paylayan erməni həkimi

01.07.2014 | 10:09

1404194900_ermeni-hekimiABŞ-da 1970-80-ci illərdə intiharların sayı artmağa başlayanda  səhiyyə orqanları və federal təhlükəsizlik xidməti  bunun səbəbini arşadırmağa başladılar. Onların araşadırmalarına görə intiharlar bayram günlərində daha çox baş verirdi. Bunun qarşısını almaq üçün kilsələr həftəsonu moizələrində  insanların ölümü könüllü seçmələrinin günah olduğunu qeyd edirdilər. Onların moizələrində deyilirdi: “Xristianlığa görə, intihar müqəddəs olan insan həyatına xəyanətdir. II əsrdə Müqəddəs Avqustin intiharı günah kimi müəyyən etmişdir. 452-ci ildə Roma katolik kilsəsinin Ali Məclisində intihar iblis əməli olan cinayət elan edilib”.

Amerika cəmiyyətində intiharların qarşısının alınması üçün mübarizə başlanan zaman  1987-ci ildə Miçiqandakı bir məhəlli qəzetində elan dərc edilir: “Ölümcül xəstəliyi olub da qüruruyla ölümü seçənlərə məsləhətçilik edirik”.  Vizit kartında isə belə yazılmışdır: “Cak Kevorkian. Doktor, xüsusi ölüm elçisi. Yalnız görüş ilə”.

Qəbula yazılanlardan külli miqdarda pul götürən doktor Gevrokyan özü icad etdiyi Mercitron adını verdiyi ölüm maşını ilə  insanlara rahat ölüm xidməti təklif edirdi.  Ölmək istəyən adam maşının bir düyməsini basaraq, bədəninə kalium-xlorid vurur və bir neçə dəqiqə içində ağrı çəkmədən ölürdü. Maşının iş prinsipi sadədir: lidokain ilə şüur itkisini təmin edir, ardından verilən yüksək dozada potasyum sonrası ürək dayanır.

Kevorkian xəstələrin həkimləri ilə görüşmədən onların ölüm arzusunu həyata keçirirdi.

 

Elanın dəfələrlə mediada verilməsindən sonra 1990-cı ildə ona ilk “xəstə” müraciət edir. Xəstəliyinin müalicəsinin gecikməsindən narahat olan Janet Atkins adlı bir vətəndaş onunla görüşə gəlir. Gevrokyan ona intiharın vacibliyindən danışır və onu inandırır ki, çıxış yolu budur. Nəticədə ondan böyük miqdarda pul alandan sonra özünün Volksvagen markasında olan mikroavtobusunun arxa oturacağında xəstənin damarına zəhər yeridərək onu öldürür.

 

Bu xəbər mediada yayılandan sonra psxioloji problemləri olan insanların ölüm həkimi adını qazanmış Cek Gevrokyanın qəbuluna yazılmağa başlayırlar. Gevrokyanla müqavilədə isə cəmi bir neçə söz yazılmışdır:

 

“Pulunuz var? Onda ölümə hazır olun. Bizə sizin nə həkiminizin rəyi, nə də tibbi sənədlərinizdə yazılan rəylər maraqlı deyil. Psixiatrla da görüşə ehtiyac yoxdur. Yalnız pulunuzu ödəyin və ölümə hazır olun”

 

Onun köməkçiləri, bacısı Marqo, dostu Neil və Canet Good idi. Marqonun adına evtazniya klinikası açsa da, sonradan səhiyyə sisteminin tələbi ilə onu bağlayır.

Amerikanın ölüm həkimi adı qazanan Gevrokyan Amerikaya Türkiyədən köçən bir mühacir ailənin övladı idi. 1912-ci ildə atası Levon və anası Sataniq Miçiqan ştatının Pontiac qəsəbəsinə köçürlər. 1928-ci ildə Levon Gevrokyanın oğlu dünyaya gəlir və ailəsi onun adın Murad qoyurlar.  8 yaşa çatanda ailəsi qohumların təkidi ilə onun adını Cek ismi ilə dəyişdirirlər.

 

Özünün xatirələrində yazırdı: “Ailəm mənə uşaqlıqdan Anadoluda “qətl” edilən ermənilər haqqında danışırdılar. Mənim türklərə olan nifrətim o həddə çatmışdır ki, qarşıma çıxan bütün türk əsilli xəstələri öldürmək niyyətində idim. Türklərin erməniləri qılınclarla “parçalayan” anları haqqında ailəmin dedikləri yadıma düşdükcə əlimdəki həkim bıçağı ilə bütün türklərin axırına çıxmaq üçün alışıb yanırdım”.

 

Tibbdə oxuyan zaman rəssamlıqla məşğul olan Gevrokyanın iş otağında divar boyu “soyqırım” rəsmi dururdu və o, bu rəsmi öz qanı ilə çəkdiyini hər yerdə qürurla deyirdi.

1990-1998-ci illərdə ağır xəstəliklərdən əziyyət çəkən 130 xəstənin ölümünə səbəb olan Gevrokyan maddi cəhətdən imkanlı şəxslərdən birinə çevrildi. Məhkəmə sənədlərində yazılır ki, o, ölümü seçən hər bir şəxsə qarşı bir insanı hiss duymurdu. 1915-ci il hadisələri barədə ölümü seçən xəstələrə geniş danışan Gevrokyan o dünyada olan ermənilərə salam göndərirdi.

 

Daha sonra öldürdüyü insanların orqanların satmağa başlayan Gevrokyanın əlində qanlı böyrək halını görən onun vəkili Maykl Odetin 7 yaşlı oğlu dəhşətlər içərində atasına demişdir: “Ata, yalvarıram. Daha bu şəxsi müdafiə etmə. Qoy onu həbs etsinlər və alətlərini yandırsınlar”.

 

1998-ci ilin noyabr ayında məşhur CBS TV kanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Mik Vallasla görüşüb, canlı efirdə evtanaziyanın – yəni xəstənin sağalmasına ümid olmadıqda onun öz istəyi ilə çəkdiyi əzablara son qoymaq üçün süni yolla öldürülməsinin seansının keçirilməsini təklif edir. 52 yaşlı Tomas Yorkun ölüm anını 22 noyabr 1998-ci ildə 15 milyon izləyicinin gözü qarşısında həyata keçirdi. 1999-cu ildə intiharı əks etdirən videoyazı hüquq-mühafizə orqanlarının əlinə düşdükdən sonra erməni həkimə qarşı rəsmi ittiham irəli sürülüb. 8 il müddətinə azadlıqdan məhrum edilən C. Kevorkyan 2007-ci ildə azadlığa çıxıb və evtanaziya hüququna nail olmaq üçün siyasətə atılıb. “Doktor ölüm” 2008-ci ildə Konqresə keçirilən seçkilərdə müstəqil namizəd kimi iştirak etsə də, seçicilərin səsinin 1/3-dən də azını qazanıb. Bundan sonra erməni diasporuna qəzəblənən Gevorkyan hamıdan uzaqlaşır və 2011-ci ilin may ayında  ABŞ-ın Miçiqan ştatındakı Villiam Beaumont Xəstəxanasına gətirilir. Sətəlcəm və böyrək ağrısı ilə xəstəxanaya yerləşdirilən 83 yaşlı Cek Kevorkyan elə buradaca ölür və ölümünün səbəbi arteriyasında qan laxtalanması (tromboz) olub.

 

Zaur Əliyev

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”  

 

01.07.2014 10:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*