Azərbaycanca

Ombudsman: Ermənilər saxtalaşdırdıqları məlumatlarla dünya gündəmini məşğul etməyə vərdiş ediblər

05.11.2016 | 15:27
4-àÿ Áàêèíñêàÿ ìåæäóíàðîäíàÿ êîíôåðåíöèÿ îìáóäñìàíîâ
4-àÿ Áàêèíñêàÿ ìåæäóíàðîäíàÿ êîíôåðåíöèÿ îìáóäñìàíîâ

Ermənilər saxtalaşdırılmış məlumatlarla dünya gündəmini məşğul etməyi özlərinə vərdiş ediblər.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın qondarma “Dağlıq Qarabağ Respublikasının” “Ombudsmanı” Ruben Məlikyan tərəfindən erməni KİV-də 2016-cı ilin aprel döyüşləri zamanı guya Azərbaycan tərəfindən erməni mülki əhalisinə qarşı qırğınlar və erməni əsgərlərinin meyitləri üzərində işgəncələr törədilməsi haqqında hesabat verəcəyi barədə yayımlanan açıqlamasına cavab olaraq yaydığı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ermənilər tərəfindən bu səpkidə mütəmadi media vasitəsilə yalan məlumatların yayılması heç də təəccüblü deyil: “Onlar saxtalaşdırılmış məlumatları ilə dünya gündəmini məşğul etməyi özlərinə vərdiş edib, lakin dünya ictimaiyyəti bu cür məlumatların saxta olduğunu dərk etsə də, hələ də buna hüquqi qiymət verilməyib”.

 

Trend.az

05.11.2016 15:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*