Azərbaycanca

Ordumuz döyüşə belə hazırlaşır (VİDEO)

11.02.2015 | 18:09

asfddg   Müdafiə Nazirliyi təlimlərdən görüntülər yaydı

 

Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat taktiki təlimləri keçirilib.

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı ANS PRESS-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi təlimlər haqqında video görüntülər yayıb.

 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

 

 

Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

 

 

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.

 

 

11.02.2015 18:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*