Azərbaycanca

Ordumuzun dünyada yeri – SİYAHI

18.02.2015 | 16:44

47169

Dünya ölkələri ordularının yeni reytinq cədvəli açıqlanıb

 

 

 

 

 

 

 

Nüfuzlu “Global Firepower” təşkilatı dünya ölkələri ordularının yeni reytinq cədvəlini açıqlayıb.

 

 

 

“KarbakhİNFO.com”  beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən  məlumatına görə, siyahıya 126 ölkənin adı daxil edilib. Ölkələrin hərbi gücünü araşdıran təşkilat bunun üçün 50-dən çox amili nəzərə alıb.

 

 

Siyahıda Azərbaycan ordusu 63-cü pillədə qərarlaşıb. Ordumuz Ermənistan ordusunu 11 pillə qabaqlayır. Azərbayacanın qabaqladığı ölkələr arasında Qazaxıstan, Yunanıstan, Gürcüstan və Serbiya da var.

 

 

Reytinq siyahısında ilk üçlükdə isə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb. Onları Hindistan və Böyük Britaniya izləyib. Türkiyə isə siyahıda 10-cu sırada özünə yer tapıb.

 

 

Qeyd edək ki, “Global Firepower” təşkilatı orduların gücünə görə, reytinq müəyyən edilərkən nüvə potensialı, coğrafi amillər, təbii resurslardan asılılıq, hərbi dəniz qüvvələrinin olması kimi detallara diqqət yetirir.

 

 

Reytinq siyahısında sırf hərbi texnikanın sayı hesablanmır. Araşdırma aparılarkən, ordunun kopmleks göstəriciləri nəzərə alınır.

 

 

 

 

 

 

 

c50e8df17102

 

 

 

 

 

 

 

 

 

 

5e24adab401c

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarbakhİNFO.com”

 

 

 

18.02.2015 16:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*