Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının əldə etdiyi məlumata görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.
Azərbaycan Ordusunun giziri Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan hərbçi hospitala yerləşdirilib.
Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.
“KarabakhİNFO.com”