Azərbaycanca

Osmanlı dövlətində fəaliyyət göstərən erməni məktəbləri

11.04.2014 | 16:47

1397220391_I Dünya savaşı ərəfəsində müsəlmanları və yəhudiləri xristianlaşdırmaq məqsədilə Türkiyəyə gələn Amerikalı missionerlər yerli xristianlar arasına girərək türklüyə qarşı yarı gizli-yarı açıq fəaliyyətlərə başlamışdılar. Osmanlı dövlətinin “Erməni millətinin nizamnaməsi” ilə erməni protestant kilsəsini tanıması Amerika missionerlərinin öz məqsədlərinə çatmaq üçün rahat “işləyə”  bilmələrinə imkan yaratmışdı. İ
stanbuldakı Robert kolleci xristian keşişi Dr. Sirus Hamlin tərəfindən qurulmuşdu. Məqsəd türklüyü yox etmək, xristianlığı yaymaq idi! Kollec “Erməni keşiş məktəbi”nin bir bölümündə üsyançılar yetişdirməklə məşğul idi. Məktəbin bütün xərcini Fransız yəhudiləri çəkirdi. Maraqlıdır ki, bolqarı üsyanlarına təhrik edən bir çox erməni komitəçisi bu kollecin məzunları idi.   Amerikalı missionerlərin erməniləri türklərə qarşı təhrik etdiklərini anlamaq üçün Qaziantepdə göstərdikləri fəaliyyəti gözdən keçirmək kifayət edər.  1817-ci ilə qədər Qaziantepdə misioner olmamışdır. Türkiyə erməniləri ilə məşğul olan ilk amerikalı cəsus Bord idi. O, 1818-ci ildə bu şəhərə yerləşərək çirkin fəaliyyətlərə başlamışdır. Ali Nadi Ünler “Qaziantepin müdafiəsi” adlı əsərində amerikalı missionerlərin Qaziantepə gəlişlərindən əvvəl yerli ermənilərin Qaziantep şivəsi ilə türkcə danışdıqlarını və ermənicəni Amerika kollecində öyrəndiklərini qeyd edir.   Amerikalılar Qaziantepdə yaşayan erməniləri təhrik etmədən əvvəl onlar ibadətlərini belə, türkcə yerinə yetirirdilər. İstanbulda qurulan ilk kilsələr birliyindən sonra ikincisinin 1848-ci ildə məhz Qaziantepdə qurulması diqqət çəkicidir. Missionerlər Qaziantepdə bir tibb fakültəsi, bir də Amerika kolleci qurdular. Bu fakültədən məzun olanlar Amerikanın təqaüdü ilə Bəbəkdə ali təhsil görüb təkrar Qaziantepe dönürdülər. Qayacıq protestant məktəbinin 58 tələbəsindən 52-si Türkiyə əleyhdarı bir təşkilat olan “Kiliya itdihade”nin təqaüdü ilə oxuyurdular.   Erməni mənbələri 1860-cı ildə İstanbulda 42 erməni məktəbinin olduğunu yazır. 1871-ci ildə isə İstanbuldakı erməni məktəblərinin sayı artıq 51-ə çatmışdı. O zaman bütün erməni məktəblərinin idarəçiliyində əsas olan nizamnamədə deyilirdi:   “Maddə 3. Tələbə hər sabah dərslərə başlamadan əvvəl kilsəyə getməli və dini ayinlərdə iştirak etməlidir. Dərslərin sonunda isə kilsədə dua etmədən evinə dönməməlidir…  Maddə 7. Dini tədrisə son dərəcə yüksək əhəmiyyət verilməlidir.  Maddə 8. Tələbənin ermənicə dnışmasına və xarici kəlmələrdən istifadə etməməsinə ciddi əhəmiyyət verilməlidir.”   Osmanlı dövlətində “Maarifi-Umumiye Nezareti” (Təhsil Nazirliyi) 1847-ci ildə qurulmuşdur. Bundan 6 il sonra 22 oktyabr 1853-cü ildə də “Erməni maarif komissiyası” yaradıldı. İslahat fərmanında “Dövlətin müsəlmanların dövləti” olmadığı qəbul edilməsilə, Dr.Serviçen, Kaspar Sinapyan, Dr. Panarok Feruhan kimi erməni liderləri fəaliyyətə keçmiş və sözügedən komissiyanı təsis etmişdilər. “Erməni maarif komissiyası” tez bir zamanda milliyyətçi bir erməni təşkilatına çevrildi və milliyyətçilik fəaliyyətinə başladı. Beləcə, ermənilərin imperatorluq hüdudları içərisində ayrı məktəbləri, müəllimləri, maarif komissiyası yaradıldı və istedadlı erməni tələbələrinə dövlət tərəfindən yardım edilməsinə nail olundu.   Bu maarif komissiyasının milli erməni ideologiyası istiqamətində işləyən və qısa bir zamanda yüzlərcə məktəb açan bir quruluş olduğu məlumdur. Bu məktəblər erməni milliyyətindən olan araqarışdıranlarla sıx əməkdaşlıq edir, hətta xarici ölkələrdən gələn cəsuslara bu məktəblərdə dərslər verirdilər.   Beləcə, Birinci Dünya müharibəsi ərəfəsində erməni azlığın təşkilatlanması üçün geniş imkanlar açılmış oldu. Nəticədə ermənilərin haqq iddia etdikləri bölgələrdə açılan və müharibə zamanı erməni güclərinin döyüş sursatlarının anbarı kimi istifadə edilən məktəblərin sayı mini aşdı. Əldə olan məlumata görə, Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda 1.145 erməni Qriqoryan məktəbi vardı. Bu rəqəmə katolik və protestant erməni məktəblərinin, eləcə də xüsusi erməni məktəblərinin sayını əlavə etmək lazımdır.   Həmin məktəblərdə  erməni gənclərini coşdurmaq üçün xüsusi tablolar hazırlanır, erməni döyüşçülərini öyən və erməni uşaqlarını hələ beşikdə ikən türk düşmənçiliyi ilə tərbiyə edən laylalar, şeirlər yazan erməni şairləri, erməni rəssamları fəaliyyət göstərirdi.  1877-1878 türk – rus müharibəsində rus ordusuna qoşulan iki erməni generalı – Arşak Derqosyan ilə Loris Melikovun adları qürur mənbəyi kimi təbliğ edilirdi. Türkün qanını içmək üçün qurulan bu məktəblər silah anbarı kimi də istifadə olunurdu. Uzun illər müsəlman türkün diqqətindən qaçan bu həqiqət Ərzurum hadisələri ilə ortaya çıxacaqdı.    Türkiyə sərhədləri içərisində hər hansı bir problem çıxarmaq üçün bəhanə axtaran komitəçilər Rusiyadan gətirdikləri bol miqdarda silahları, bombaları Ərzurumda Sanasaryan məktəbinə və kilsələrə doldururdular. Ərzurum valisi Səmih paşa vəziyyətdən xəbər tutunca, buraların axtarışını əmr etdi. Lakin komitəçilər əmri əvvəlcədən öyrənmiş və ehtiyat tədbiri görmüşdülər. Axtarış üçün gələn zabitlərin üzərinə atəş açıldı. Üç türk əsgəri və bir türk polisi şəhid edildi. Buna baxmayaraq, silah üçün anbar halına gətirilən məktəb və kilsələr arandı, çox sayda tapança, mərmi, qılınc düzəltməyə yarayan mexanizmalar tapıldı.   Erməni komitəçilərinin zərərli fəaliyyətləri Osmanlının daxili vəkaləti tərəfindən təsbit edilmiş və hərbi mətbuatda nəşr edilmişdi. Erməni məsələsinin ən əhəmiyyətli mənbələrindən biri olan bu kitabda komitəçilərin məktəblərdəki fəaliyyətləri haqqında bu qeydlərə rast gəlirik:   “…Komitəçilər məktəblərə də girdilər. Müəllimlər, xüsusilə fanatik daşnak, hncak və ramqavar mənsublarından seçildi. Uşaqların fıkirlərini pozacaq üsyan, millət və istiqlal üzərinə kitablar yazılmağa, türklüyə və türklərə qarşı nifrət və kinləri artıracaq əsərlər hazırlanmağa başlandı.”    Ermənilərin 1-ci sinifdən başlayaraq orta məktəblərdə oxuduqları kitablar da buna xidmət edirdi. Bir neçə nümunəni gözdən keçirək. Məsələn, “Hamiyeti Yervant” başlıqlı yazı belə idi: “Yervant dostumuzdur. Onu çox istəyirəm, çünki vətənpərvər bir uşaqdır. Ermənicə çox gözəl danışır. Dilimizə, milli tariximizə aid dərsləri tam bir diqqətilə təqib edir. Ana dilini bilməyən, danışdıqda xarici kəlmələrdən istifadə edən və daima Avropa kitablarını oxuyan uşaqlara oxşamır. O, sizə erməni məsəllərini, erməni krallarının qəhrəmanlıqlarını və uğradıqları fəlakətləri izah edə bilər. Harda möhtərəm bir erməni yazıçının rəsmini görsə, tanıyar və sizə onun ismini söyləyə bilər.”   Eyni kitabda “Erməni uşağı” adlı bu şeirə rast gəlirik: “Mən erməni nəslindən bir erməni uşağıyam, Haykın, Aramın dilini danışıram, Tacım, qızılım, almazım yoxdur, Lakin könlüm zəngindir. Namusluyam. Millətimin həsrət və sevgisi ilə yanıram. İçimdə qəhrəmanların ruhu yaşayır. Əcdadımın ruhundakı müqəddəs atəşini xəzinələrə dəyişmərəm. Hər nə qədər bədbəxt olsa, zülm və işgəncəyə uğrasa, Erməni heç bir zaman heç kəsdən çörək dilənməz…” Eyni yazıçılar orta məktəblər üçün bir oxuma kitabı da yazmışlar. Bu kitabda “Erməni uşağı” adlı bir başqa şeirdə də belə deyilir: “Ey erməni uşağı, Qəhrəman uşaq. Sən qəhrəman Vartanın nəslindənsən. Namuslu ol, Millətin səninlə öyünsün, Böyük bir alim ol. Vətəninə rəhbərlik et, Böyük bir lider ol. Millətinin ruhunu ucalt. Hər erməni uşağı Qəhrəman əcdadının əsərini təqib etməyə Və Vətənə hörmətli olmağa Məcburdur.”  Eyni kitabdakı “İttihad” adlı bir şeirdə belə deyilir: “Ermənilər! Hansı məzhəbdə olursunuz olun, Daima yan-yana çalışın, Eyni tarixə, eyni dilə sahibsiniz, Bir-birinizə bağlı qalın. Ermənilər! Hansı komitəyə mənsub olursunuz olun, Daima əl-ələ yeriyin, Bir dilimiz, bir vətənimiz var. O halda bir qayəyə, bir ruha sahib olun. Ermənilər! Hansı mövqe və sinifdə olursunuzsa olun, Daima könül-könülə bağlı qalın, Həyatınızı daima eyni firtına dağıtdı. Ayrılmaz və axirətdə bir dostlar olun. Ermənilər! Hansı ulduz altında yaşayırsanız, yaşayın, Çalışırsanız, çalışın, Sizə qardaşlıq sevgisi lazımdır, Babalarınız Məzarlarından Sizə ittihad tövsiyə edirlər…”    Başqa bir dərs kitabında isə deyilirdi:   “Birinci dərs Ermənistandır. Atalarımızın yaşadıqları ölkəyə, millətimizin adına nisbətlə Ermənistan deyilir ki, indiki vəziyyətdə üç dövlət arasında bölüşülmüşdür. Ermənistan əvvəlcə çox izdihamlı məsud bir ölkə idi.   Ermənistan şimalda Pontus (Qara dəniz) və Rasdan (Gürcüstan), şərqdə Xəzər dənizi və İran, Cənubda Assuristan və Əlcəzair, Qərbdə Alus çayı (Qızılçay) ilə çevrəlidir.”   Eyni kitabda belə deyilir:   “Türkiyədə ermənilər. Ermənistanın böyük bir qismi türklərin əlinə keçdikdən sonra tatarların zülmü təkrar başladı. Ermənilər və digər millətlər konstitusiyanın elanına qədər uzun zaman iztirab çəkdilər, Rusiya hökuməti xristianları himayə məqsədilə Osmanlı hökumətinə müharibə elan etdi…”   Və erməni məsələsi belə anladılır:   “Ermənistanda meydana gələn zorakı ihtidalar, qəsb və qarətlər, qətliamlar və s. kimi xunqarlıqlar ermənilərin imhası üçün Sultan Həmid hökumətinin icraatı, ermənilərin vəziyyəti türkləri Avropaya şikayətə səbəb oldu. Beləcə, erməni məsələsi ortaya çıxmış oldu.   1878-ci ildə türk – rus müharibəsi bitdi, Ayestefonasda xarici səfirlərin hüzurunda anlaşma imzalanarkən, ermənilərin möhtərəm patriarxı Nerses Varjapetyan səfirlərə ermənilərin çəkdikləri ələm və iztirabları anladaraq, buna bir çarə tapmalarını xahiş etdi. Erməni məsələsi 16-cı maddə şəklində qəbul olundu. Lakin həmin ildə Berlində keçirilən konfrans bunu pozaraq, istəklərinizi 61-ci maddə ilə sağlamlaşdırdı…”   Eyni kitabda erməni komitələri və erməni qətliamları adı altında özlərini haqlı göstərən, körpə beyinləri zəhərləyən bir qisim yazılara yer verilmişdir.   Orta məktəbin coğrafiya kitablarında Vanın adı – Vasporaqan, Ərzurumun adı – Qarin, Diyarbəkirin adı Dikranagerd olaraq keçir. Coğrafiya kitablarında ən çox təfsilat şərq vilayətlərinə ayrılmışdır. Komitəçi müəllimlər Osmanlı dövlətindən bəhs etdikləri zaman türklərin Anadolu vilayətlərini ermənilərdən zəbt etdiklərini, hər bir erməni üçün atalarının məmləkətlərini türklərin boyunduruğundan qurtarmağa çalışmanın milli bir vəzifə olduğunu anladırlar. Komitəçilərin əməllərinə görə tərtib edilən və patriarxlıq tərəfindən seçilən kitabların məktəblərdə oxudulması məcburi idi. Ədəbiyyat kitablarına daxil edilən çox həyəcanlı, qədim və yeni şeirlərin tələbələr tərəfindən əzbərlənməsi məcburi idi. Tələbələrə verilən dəftərlərdə, ədəbiyyat, tarix, coğrafıya, riyaziyyat və başqa dərs kitablarında uydurulmuş Ermənistanın xəritəsi və gerbi var idi. Məktəb rəhbərliklərinə və müəllimliklərinə patriarxlıq tərəfindən komitə rəhbərləri və Rusiyadan gəlmə komitəçilər seçilir və təyin edilirdilər. Qalatadakı böyük erməni məktəbi (Getronaqan) bu adamların əlində bir fürsət ocağına çevrilmişdi. Komitəyə aid ən mühüm müzakirələr və münaqişələr bu məktəblə Sanazaryan məktəbində cərəyan edirdi.   Məktəblər və kitablardan sonra erməni yazıçıları tərəfindən hər il nəşr edilən səlnamələr də diqqətəlayiqdir. Bunlardan Teotik adında birinin hər il İstanbulda çıxardığı “Armenon Daresevisi” adlı səlnaməsi sadəcə, erməni komitəçilərin rəsmlərini, bunların şeir və məqalələrini erməni məsələsinə həsr edən xaricilərin rəsmlərini ehtiva edirdi.    

 

  Bəxtiyar Adiloğlu

 

  “KarabakhİNFO.com”  

11.04.2014 16:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*