Azərbaycanca

ÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLAR

30.12.2013 | 18:01

1388411430_sdc11205Ötən gün Qarabağ qazisi Zaur Həsənov dəfn olunub. Dəfn mərasimində “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı baş redaktor Zaur Qəriboğlunun rəhbərliyi ilə baş redaktorun müavinləri Zaur Əliyev, Hidayət Qəriboğlu, jurnalın redaktoru Mehman Həsən və Qarabağ bölgə müxbiri Hafiz Səfərov iştirak ediblər.

Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənov qarşılaşdığı sosial problemlər ucbatından dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə özünü yandırmışdı. Dəfn mərasiminə dövlət rəsmiləri, millət vəkilləri, qazilər və gənclərdən ibarət iki minə yaxın insan qatılıb. Qarabağ qazisinin belə acınacaqlı şəkildə ölümü ölkə ictimaiətində şok yaradıb. Bəzən bu amildən sui-istifadə halları da baş verir. Qazinin ölümündən milli ruhun, vətənpərvərliyin zəifləməsi üçün təbliğat işləri də aparılmaqdadır. Məsələ ilə bağlı “KarabakhİNFO.com” e-jurnalı olaraq Qarabağ qazilərinin münasibətini öyrəndik.

 

Akif Nağı: “Mən belə düşünürəm ki, Qarabağ torpaqları yalnız hərbi yolla geri qaytarılmalıdır. Ona görə də gənclərdə milli ruh, müharibəyə, savaşa hazırlıq yüksək səviyyədə olmalıdır. Təbii ki, Qarabağ qazisinin yaşadığı sıxıntılar ucbatından bu şəkildə özünü öldürməsi cəmiyyətdə, xüsusilə də gənclər arasında ruh düşkünlüyünə səbəb olur. Bu bir siqnaldır. Qarabağ qazilərinə, əlillərə diqqət artırılmalıdır. Onların sosial problemləri həll olunmalıdır.”

 

Etimad Əsədov: “Baş verən hadisə çox üzücüdür. Belə bir hadisınin baş verməsini biz istəməzdik. Bu cür halların baş verməməsi üçün ilk növbədə müharibə veteranlarına diqqət və qayğı artırılmalıdır. Düşünürəm ki, baş verən bu hadisədən sonra bu məsələyə diqqət artırılacaq. Ruh düşkünlüyünün yaranmasını qətiyyən istəmirik. Bizim üçün öncə vətəndir. Azərbaycanın güclənməsi, ölkədə stabilliyin qorunması vacibdir. Mən belə dşünürəm ki, Zaur Həsənov tək özünün deyil, bütün müharibə veteranlarının yaşam savaşının memarı oldu, simvolu oldu. Allah ona rəhmət etsin.”

 

ÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLAR

Firudin Məmmədli: “Gənclərdə milli vətənpərvərlik hissinin yüksək olması vacibdir. Bu kimi təbliğatlar Qarabağ müharibəsi zamanı sovet rəhbərliyi tərəfindən də aparılırdı. Nəticədə bu bizim məğlubiyyətimizə səbəb oldu. O dövrdə bu kimi təbliğatların nəticəsində hər min adamdan 5-6-sı döyüşməyə gedirdi. Vətən hər şeydən öncədir. Nə bir qazinin ölümü, nə verilən şəhidlər bizi ruh düşkünlüyünə salmamalıdır. Əksinə daha da mübariz etməlidir. Bu vətən, bu torpaq bizimdir.”

 

Elməddin Səfərov: “İndiki gəncliyimiz ağıllı, savadlı gənclərdir. Mən vətəni 16 yaşımdan qorumağa başlamışam. Bizim vətəndən umacağımız olmayıb. Amma yaşamaq hər birimiz haqqıdır. Eyni zamanda Qarabağ qazilərinin sosial vəziyyətləri yaxşılaşdırılmalıdır. Onu da qeyd edim ki, biz bu gün bir deyil, iki qazimizi itirmişik. İlham adlı daha bir qazimiz qarşılaşdığı çətinliklər ucbatından vəfat edib. Bizim ümidimiz dövlətədir. İnanırıq ki, bu məsələlərə ən yüksək səviyyədə baxılacaq və öz həllini tapacaqdır. Gənclərə üzümü tutaraq demək istəyirəm ki, vətən qarşılıqsız sevilir. Biz bu vətən uğrunda heç bir qarşılıq gözləmədən vuruşmuşuq. Bu gün də vuruşmağa hazırıq.

 

Məlum hadisəyə dövlət başçısı İlham Əliyevin münasibəti göz önündədir. Hansı tərəfin haqqlı və haqqsız olmasına baxmayaraq, dövlət başçısı ona yaraşan şəkildə Qarabağ qazisinin bütün sosial problərini öz üzərinə götürdü. Və bununla da bir daha hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu bəyan etdi.

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

 

ÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLARÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLARÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLARÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLARÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLARÖZƏL-Qarabağ qaziləri münasibət bildirdi- FOTOLAR

 

 

 

30.12.2013 18:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*