Azərbaycanca

Özgəsinə quyu qazan özü düşər

02.09.2014 | 12:00

mina 4444Ötən gün yerli vaxtla saat 18:00-da cəbhədə Ermənistan ordusu mühəndis-istehkam işləri apararkən hərbi hissənin zabitləri – podpolkovnik Lernik Babayan, kapitan Vahan Sarkisyan, leytenant Ovanes Kortinyan və əsgər Andranik Babayan mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

 

Qeyd edək ki, hadisə baş verən hərbi hissə Ermənistanın Tavuş vilayəti ərazisində yerləşir. Erməni tərəfi dövlət sərhədindən Azərbaycan Ordusunun kəşfiyyat qruplarının sızmasının qarşısını almaq məqsədi ilə mühəndis-istehkam işləri aparır və bəzi əraziləri yenidən minalayır.

 

 

Qeyd edək ki, minaya düşən erməni hərbçiləri cəbhədə mina basdırırmış . Bu zaman Azərbaycan atalar sözü olan “özgəsinə quyu qazan özü düşər” ifadəsi yada düşür.

 

 

“KarabakhİNFO.com”

 

 

02.09.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*