Azərbaycanca

Pakistan bir İslam dövləti kimi daim haqq-ədalətin tərəfində olub

19.09.2013 | 16:06

1379592109_d11Bu gün Pakistanla Azərbaycan arasında sıx dostluq münasibətləri mövcuddur. Pakistan yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımayır və Qarabağ məsələsində Azərbaycana açıq dəstək verir. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına eksklüziv müsahibəsində iki ölkə arasındakı münasibətlərdən danışdı.

– Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub ki, diplomatik münasibətlərin qurulduğu ilk gündən bu əlaqələr bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində sıx əməkdaşlıq edir, biri-birlərinin mövqelərini qarşılıqlı dəstəkləyirlər. Azərbaycan ilə Pakistan arasında çox yüksək səviyyəli siyasi münasibətlər mövcud olduğu halda, əfsuslar olsun ki, iqtisadi-ticarət əlaqələri hələ də arzu olunan səviyyədə deyil. İki ölkə arasında birbaşa uçuşların olmaması, tranzit problemlərinin mövcudluğu, maliyyə köçürmələrində müşahidə edilən çətinliklər və bu kimi digər məsələlər iqtisadi əməkdaşlığın inkişafına mənfi təsirlərini göstərən amillərdəndir. Cari ildə Azərbaycan-Pakistan ticarət mübadiləsi 15 milyon dollar olub və təbii ki, bu rəqəm bizi qane etməyir. Artıq hər iki tərəf ölkələrimiz arasında mövcud olan xoş məramın xalqlarımızın rifahının artırılmasına istiqamətləndirilməsinin vacibliyini qeyd edir və bu istiqamətdə müəyyin işlərin görüləcəyi gözlənilir.

 

– İki ölkə arasındakı hərbi əməkdaşlığın səviyyəsini necə dəyərləndirirsiniz və bunu daha da inkişaf etdirmək olarmı?

 

– Sevindirici haldır ki bu istiqamətdə də ölkələrimiz arasında qarşılıqlı anlaşma inkişaf etməkdədir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında imzalanmış saziş bu əlaqələrin hüquqi bazasını təşkil edir. Azərbaycan silahlı qüvvələrinin zabitləri Pakistanın müxtəlif ixtisaslaşdırılmış hərbi məktəblərində təlim keçirlər. Eyni zamanda, Azərbaycanın müdafiə sənayesi nazirliyi Pakistanın müvafiq qurumu ilə sıx əlaqədədir ki, bu sahədə də əməkdaşlıq qarşılıqlı səmərə əsasında genişlənməkdədir. Hər iki ölkənin səfirliklərində hərbi attaşe ofisi fəaliyyət göstərir ki, bu qurumlar silahlı qüvvələr arasında əlaqələndirici funksiyasını yerinə yetirməkdədirlər.Pakistan bir İslam dövləti kimi daim haqq-ədalətin tərəfində olub

 

– Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımayır. Bu dövlətin Azərbaycana xüsusi münasibəti var. Bu münasibət nədən qaynaqlanır?  

 

– Bu münasibət qədim tarixə söykənən əlaqələr, oxşar mədəniyyət, adət-ənənələr və şübhəsiz ki bizi birləşdirən İslam dininə əsaslanır. Pakistan bir İslam dövləti kimi daim haqq-ədalətin tərəfində olub. Bundan əlavə dövlət başçılarının və yüksək rütbəli rəsmilərin qarşılıqlı səfərləri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanda həyata keçirilən humanitar layihələr iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib, xalqlar arasında qarşılıqlı məhəbbət yaradıb. Məhz buna görə də, Pakistan Ermənistan – Azərbaycan münaqişəsi məsələsində prinsipial mövqe tutub, Ermənistanla heç bir əlaqə qurmayıb, 2012-ci ildə Xocalı soyqırımını rəsmi olaraq tanıyıb, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd- şərtsiz çıxmasını tələb edən qətnamə qəbul edib.

 

– Pakistan QHT-ləri və əhalisi Azərbaycan və Qarabağ problemindən nə dərəcədə məlumatlıdır?

 

– Pakistanın dövlət qurumları, xüsusilə, xarici işlər nazirliyi Dağlıq Qarabağ probleminin təfərrüatları ilə tam şəkildə tanışdır və birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyirlər. Pakistanın QHT-lərinin əksər hissəsi də bu münaqişənin detalları ilə məlumatlıdır. Bu, əsasən Pakistanın böyük şəhərlərində fəaliyyət göstərən QHT –lərə şamil edilməlidir. Lakin, eyni zamanada Pakistanın spesifikasına, əhalisinin çox böyük olduğunu və onların əsasən kənd yerində yaşadıqları və bəzi hallarda kütləvi informasiya vasitələrindən uzaq olduqları səbəbindən geniş kütlələrin yalnız şəhərlər və qəsəbələrdə yaşayan əhalisi bizim bu problem haqqında məlumatlıdırlar.

 

– Qarabağla bağlı təbliğat işləri necə gedir, bu istiqamətdə hansı işləri görürsünüz?

 

– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin Pakistanın geniş ictimaiyyətinə çatdırılması səfirliyin fəaliyyətinin prioritet məsələlərindəndir. Belə ki, mütəmadi olaraq Pakistanın aparıcı televiziya kanallarında müsahibələr işıqlandırılır, Dağlıq Qarabağ problemi ilə əlaqədar keçirilən müxtəlif konfranslar nümayiş olunur, elektron və çap mediasında bu mövzu haqqında materiallar və Pakistanın tanınmış ictimai-siyasi xadimlərinin müsahibələri dərc olunur. Eyni zamanda, Kayde Azam, Preston, Müasir Dillər, Qucrat, Fatma Cinnah, COMSATS və digər aparıcı universitetlərində, həmçinin mərkəzi kitabxanada Xocalı soyqırımının və 20 yanvar hadisələrinin ildönümünə həsr edilmiş konfranslar keçirilib. Bütün bunlara əlavə olaraq Azərbaycan-Pakistan Fondu, Azərbaycan-Pakistan Gənclər Təşkilatı, səfirliklə sıx təmasda olan Pakistanın QHT-ləri, siyasətçiləri, ictimai xadimləri, alimləri Dağlıq Qarabağ mövzusunda geniş təbliğat aparmaqdadırlar.

 

Pakistan bir İslam dövləti kimi daim haqq-ədalətin tərəfində olub– Qarabağla bağlı digər müsəlman ölkələrinin də daha çox – Pakistan qədər dəstəyini almaq üçün hansı addımlar atılmalıdır? Pakistan bu məsələdə rol oynaya bilərmi?

 

-Zənnimcə Azərbaycanın xarici işlər nazirliyi, səfirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar bu istiqamətdə geniş fəaliyyət aparır və bu istiqamətdə nailiyyətlər əldə ediblər. Pakistanın bu məsələdə roluna gəldikdə isə, şübhəsiz ki, bütün dünyada və xüsusi ilə də müsəlman aləmində böyük nüfuza malik olan Pakistan, digər müsəlman ölkələrinin Dağlıq Qarabağ məsələsində daha fəal olması üçün böyük təsir imkanlarına malikdir və bu istiqamətdə daim öz yardımını edib.

 

-Cənab səfir, digər sahələrdə əməkdaşlığımız qaneedicidirmi?

 

-Ölkələrimiz arasında mövcud olan sosial, mədəni və humanitar sahələrdə əməkdaşlığımız haqqında danışmaq istəyirəm. 2012-2013-ci illərdə, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı icra olunub. Bu proqram çərçivəsində, kimsəsizlər evlərində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavar şəhəri serebral iflic institutunda və Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilib, Kulsum İnternational klinikasında açıq ürəkdə əməliyyatlar aparılıb. Daha sonra, fond tərəfindən Peşavar qanköçürmə klinikası  müasir avadanlıq və laboratoriya ilə təchiz edilib təcili, tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi alınıb, Xayber fondunun göz xəstəxanasının yeni binasının inşası üçün maddi yardım edilib. Ramazan ayında Pakistanın bütün əyalətlərində yerləşən uşaq evlərində iftar süfrələri təşkil edilib, qurban bayramında isə şimal-qərb regionunda yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanılıb. Bütün bunlara əlavə olaraq, 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərər çəkmiş Rara qəsəbəsində inşa edilmiş qızlar məktəbi 2013-cü ildə əsaslı təmir olunub, məktəbin sahəsi genişləndirilib. Qeyd etməliyəm ki, Pakistan tərəfinin təşəbbüsü ilə Rara hökumət məktəbinə cari ilin sentyabr ayında Mehriban xanım Əliyevanın adı verilib. Əlamətdar hadisədir ki, 2012 –ci ildə Pakistanda həyata keçirilən humanitar layihələrə görə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın ən nüfuzlu qəzetlərindən olan və bir milyon tirajla nəşr olunan “Daily Times” qəzeti və “Qadın Könüllülər təşkilatı” tərəfindən “Humanizmin Simvolu. 2012-ci ilin adamı” mükafatı ilə təltif olunub. Qeyd etməliyəm ki, həyata keçirilmiş bütün bu layihələr Pakistan xalqı və siyasi rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb, ölkələrimiz arasındakı münasibətlərə öz müsbət təsirini göstərib.

 

 

Əli Zülfüqaroğlu

 

“KarabakhİNFO.com”

19.09.2013 16:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*