Azərbaycanca

Parisdə Xocalı konserti – FOTO

24.02.2015 | 13:11

84446

Faciə qurbanlarının xatirəsinə həsr olunan konsert təşkil edilib

 

 

 

 

 

 

 

 

 

Parisin Adyar konsert salonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan konsert təşkil edilib.

 

 

Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova çıxış edərək ermənilərin Xocalıda törətdikləri soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu diqqətə çatdırıb, müasir silahlarla silahlanmış erməni hərbçilərinin müdhiş gecədə kimsəyə aman verməyərək yüzlərlə xocalılını qətlə yetirdiklərini və yaraladıqlarını, əsir götürdüklərini bildirib.

 

 

Müşavir azərbaycanlıların qanına susayan ermənilərin bu vəhşiliyinə beynəlxalq təşkilatlar tərəfindən siyasi qiymət verilməməsindən təəssüf hissi keçirdiyini qeyd edib.

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Avropanın bir çox ölkələrində və şəhərlərində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirildiyini xatırladan cəmiyyətin Paris ofisinin rəhbəri xanım Marie-Laetitia Gourdin Parisdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan konsertin də həmin tədbirlərin davamı olduğunu diqqətə çatdırıb.

 

 

 

d25bd7866ce1Marie-Laetitia Gourdin fevralın 25-dən 26-na keçən gecə vəhşiləşmiş erməni hərbi birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə əhalisi yeddi minə yaxın olan və Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı şəhərini yerlə-yeksan etdiyini, 613 sakini qətlə yetirdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilərin hətta günahsız insanlara-qadınlara, uşaqlara və yaşlılara belə aman vermədiklərini söyləyib.

 

 

 

fffe36ddba59Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən keçirilən “Xocalıya ədalət!” kampaniyasının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətini vurğulayan ofis rəhbəri ermənilərin işğal altındakı Azərbaycan ərazilərində tarixi və mədəni abidələri, musiqi beşiyi hesab olunan Şuşanı dağıtdıqlarını bildirib.

 

 

 

a578892f0662Sonda gənc skripkaçı Nəzrin Rəşidovanın rəhbərlik etdiyi FeMusa orkestrinin və azərbaycanlı tarzən Arslan Növrəslinin ifasında Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

 

 

 

 

 

 

 

 

AzərTac

 

 

 

24.02.2015 13:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*