Azərbaycanca

“Pazırıq” Türk xalçasının 2500 illik yubileyinə həsr edilmiş tədbir

10.01.2012 | 12:22

1349076236_skil0000“Pazırıq” Türk xalçasının 2500 illik yubileyinə həsr edilmiş tədbir 

Ağdam rayonunun Quzanlı qəsəbəsində eramızdan əvvəl V əsrdə toxunmuş Pazırıq xalçasının 2500 illik yubileyi ilə əlaqədar, xalçanın toxunduğu Qarabağda, Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrının Böyük zalında tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Ağdam rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə ”Azadlıq Hərəkatçıları” İctimai Birliyinin keçirdiyi tədbirdə Ulu öndərimiz Heydər Əliyevin tarixə qızıl həriflərlə yazılan müdrik kəlamı xatırladıldı:“Azərbaycan dünyaya günəş tək doğacaq”. Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Müstəqil Azərbaycan Respublikasının bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, xalqının keçmişinə, mədəni irsinə güvənərək bu müdrik kəlamı bəyan edən Ulu Öndərimizin gələcəyimizə olan böyük inamının təzahürü olduğu qeyd olundu.
Layihənin rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz müdafiyə taktikasından imtina edib hücum taktikasına keçməliyik” fikrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bu yönümdə Pazırıq xalçasının açdığı imkanlardan danışdı. T.Novruzov bildirdi ki, bu xalçanın işığında biz xalqımızın təhrif olunmuş tarixi ilə bağlı həqiqətləri öyrənə, öyrədə və əsil kimliyimizi bütün dünyaya sübut edə bilərik.
Pazırıq xalçasının tədqiqatçısı, Professor Firidun Cəlilov xalçada təsvir olunan ornomentlərin xalqımızın tarixi ilə bağlı məqamlarına toxundu. Dünya tarix elminin atası hesab olunan Heredotun və digər tarixi mənbələrin verdiyi imkanları əsas götürərək xalqımızın doğru- düzgün tarixini yazmağın mümkünlüyünü qeyd etdi.
Xalçaşunas alim, Professor Kübra Əliyeva Pazırıq xalçasının toxunma üsulları, burda istifadə olunan işarələrin Qarabağ xalçaçılıq məktəbi ilə birbaşa bağlılığı haqqında geniş məlumat verdi. Xalçaşunas, Ağdam xalçaçılıq birliyinin sədri Aybəniz Cəfərova son vaxtlar Qarabağ xalçalarının üslubu əsasında yeni xalçaların toxunması işinə diqqətin zəifləməsindən narahatlığını bildirərək bu problemin tezliklə aradan qaldırılacağına ümidvar olduğunu vurğuladı. Tədbirin sonunda Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini Rövşən Hüseynov belə bir tədbirin işğal zonasında, cəbhə bölgəsində təşkil olunduğuna görə minnətdarlığını bildirməklə son illər Ağdam rayonunun müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışdı.
Ağdam rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən “Şur” ansamblı solistlərinin “Qarabağ”, “Azərbaycan oğluyam”, “Sarı gəlin” mahnıları, milli musiqimizin şah əsərlərindən olan “Qarabağ şikəstəsi”, Ağdam Dövlət Dram Teatrının aktrisası Xəyalə Qurbanovanın və teatrın aktyoru Baloğlan Zeynalovun, eləcə də məktəbli İmaməddinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi Əsmər Qasımovanın söylədikləri şeirlər və ifaları tədbirin bədii-estetik təsirini daha da gücləndirdi.

 

 

10.01.2012 12:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*