Azərbaycanca

“Petisiya kampaniyasına qarşı erməni lobbisinin atdığı addımlar gücsüzdür”

11.02.2013 | 18:11

1360591908_yusif_babanliYusif Babanlı: “Petisiyada səslərin yığılması Prezident Obamanın rəsmi şəkildə Xocalı soyqırımına dair bəyanat vərməsinə çağırışdır”

Məlum olduğu kimi, bu il yanvarın 26-da amerikalı azərbaycanlılar və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dostları ABŞ-da Ağ Evin rəsmi veb səhifəsində Xocalı soyqırımının tanınmasına dair petisiya yerləşdiriblər. Bu addımın atılmasında məqsəd prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanımasıdır. Bunun üçün fevralın 25-ə kimi petisiyaya 100.000 səs toplanması vacibdir. Hələlik bu səsi toplaya bilməmişik. Düzdür, ilk günlər səsvermədə iştirak edənlər çox az idi. Amma son günlər səsvermədə aktivlik artıb. Bu aktivliyin yaranmasında həm ölkə daxilində, həm də diasporumuz tərəfindən aparılan təbliğat işlərinin böyük əhəmiyyəti var. Hər halda daha da artıq fəal olmalıyıq ki, lazım olan son rəqəmi toplaya bilək. “KarabakhİNFO.com” səsvermənin gedişi ilə bağlı ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və baş katibi Yusif Babanlının eksklüziv müsahibəsini təqdim edir.

– Yusif müəllim, petisiya kampaniyasının aparılması ilə bağlı vəziyyət necədir?

– Yanvarın 26-da ABŞ Azərbaycanlılar Şəbəkəsi petisiyaya səsyığma və imzatoplama kampaniyasına başlayıb. Bununla yanaşı, hər il olduğu kimi, təşkilatımız məktub kampaniyasına da başlayıb. Məktub kampaniyası Amerika ictimayyətinə Xocalı soyqırımı haqqında dolğun məlumat vərməyi nəzərdə tutur, və bundan əlavə qanunvericilərdən Xocalı soyqırımı haqqında qətnamələri qəbul etməyə çağırır. Petisiya kampaniyası Xocalı soyqırımının tanınmasının vacibliyini Ağ Evin administrasiyasının diqqətinə çatdırmaq və Prezident Barak Obamnı bu soyqırım ilə bağlı bəyanat verməyinə çağırır. Üzvlərimiz hər iki kampaniyada iştirak edir. Buna əlavə olaraq, Amerika azərbaycanlılar, habelə xaricdə və Azərbaycanın özündə yaşayan soydaşlarımız özləri kampaniyaya qoşulub, sosial şəbəkələr və Azərbaycan mediası vasitəsi ilə azərbaycanlıları və Azərbaycanın dostlarını bu petisiyaya imza atmağına çağırır. Artıq on beş gün ərzində 80 000-dən çox imza toplanıb. Hədəf 100 mindir.

– Ümumiyyətlə, səsvermənin aktivliyindən razısınızmı?

– Axır bir neçə gündə birdən çoxlu səs toplaması qənaətbəxş olsa da, hələ hədəf rəqəminə çatmamışıq. Əgər internetdə, sosial şəbəkələrdə, forumlarda mövcud olan azərbaycanlıların sayını nəzərə alsaq (məsələn, “Facebook”da Azərbaycan

istifadəçilərinin sayı artıq 1 milyonu keçib), 100 min imza daha tez yığılmalı idi. Onu da qeyd edim ki, bir neçə fəal insan bu petisiyanın səs yığmasında böyük rol oynayıb. İmza atan soydaşlarımız o insanlar kimi fəal olsa idi, imzaların sayı 100 mini bir neçə günə keçərdi.

– Bununla bağlı diasporumuz nə etməlidir?

– Diaspor üzvləri bununla bağlı həddindən artıq fəal olmalıdır. Hər bir üsulla (eləktron poçtla, sosial şəbəkələrdə, çağırışlarla) bu məlumatı soydaşlarımızla bolüşməli, onları dərhal kampaniyada iştirak etməyə çağırmalıdırlar. Ağ Evin saytında qeydiyyatdan keçib, petisiyaya qol çəkməyin vaxtı bir dəqiqədən artıq deyil, amma hədəf rəqəmə çatsaq, tarixi hadisənin baş verməsinə müvəffəq ola bilərik.

 Hansı yeni cağırış metodlarında istifadə olunmalıdr?

– Hər bir metod işlənilməlidir. Adi elektron poçt mesajlarından tutmuş telefon zəngləri, xəbər agentliklərinin məqalələri, sosial şəbəkələrdə çağırışlara kimi. Harada ki azərbaycanlı və Azərbaycanın dostları var, bu məlumat geniş yayımlanmalıdır. Bu anda, hər kəs ikiqat aktiv olub, hətta iş yerində də əməkdaşlarını petisiyaya imza atmağını xahiş etməlidir. Fəal insanların petisiyaya imzaların sayının artırılmasında yardımı əvəzsizdir.

– Lazım olan səs tam yığılsa ABŞ Konqressində Xocalı soyqırımı ilə bağlı hər hansı sənəd qəbul oluna bilərmi?

– Xeyir, ABS Konqressinin qətnamələri ancaq Nümayəndələr Palatasının üzvləri tərəfindən irəli sürülüb, Konressdə səs verilib, qəbul oluna bilər. O nümayəndələri da bu işə cəlb edən onların seçiciləridir. Yəni, buna nail olmaq üçün bizim 2008-ci ildən başladığımız məktub kampaniyaları vasitəsi ilə bizim təşkilatın üzvləri öz qanunvericiləri ilə təmas yaradıb, öz səsini ifadə edirlər. Məhz bu kampaniyalar vasitəsi ilə artıq bir neçə ştatın konqresslərinin Xocalı soyqırımını tanıyan qətnamələrini almışıq.

Petisiyada səslərin yığılması yalnız Prezident Obamanın rəsmi şəkildə Xocalı Soyqırımına dair bəyanat vərməsinə çağırışdır. Bəyanat verilərsə, bu, ABŞ prezidentinin Xocalı soyqırımına aid birinci rəsmi bəyanatı olacaq.

– Bildiyimiz kimi erməni lobbisi ABŞ-da daha güclüdür. Ermənilər bu kampaniya ilə bağlı hər hansı əks təblğat aparırlarmı?

– Erməni lobbisi səylərini əsirgəmir. Məhz bu petisiyaya qarşı onların atdığı addımlar gücsüzdür. Çünki səs toplumu və artmasına onlar təsir göstərə bilməzlər. Öz məktub kampaniyaları vasitəsi ilə onlar ancaq Prezident administrasiyasını bəyanat verməməyə çağıra bilərlər. Lobbinin əsas təbliğatı ABŞ-ın Konqressində

baş verir. Bu səbəbdən, Konqressdə hələ Xocalı soyqırımının qəbul edilməsi məsələsi müzakirə olunmayıb. Qeyd edim kimi, indiyənə kimi, USAN-in üzvləri tərəfindən 200 mindən artıq məktub göndərilib, Massaçussets, Texas, Maine ştatların parlamentlərindən bir neçə qətnamə əldə edilib, bunların içində Xocalı soyqırımının tanınması, 20 Yanvar şəhidlərinin yad edilməsi, azərbaycanlıların Amerikada etnik azlıq kimi tanınması. Bundan əlavə, Nevada, New Mexico və New Jersey ştatlarının qubernatorlarından Xocalı və 31 mart Azərbaycanlıların soyqırımı günü dəfələrlə bəyannamə şəklində əldə edilib və s. Ötən həftə isə Pennsilvaniya konqressmeni Bill Şuster və Tennessi ştatının konqressmeni Stiv Kohen Xocalı faciəsi haqqında çıxış edib bəyanat veriblər.

 Belə bəyanatlar ermənilərdə hansısa qıcıq yaradırmı?

-Qısa cavab verim. On illər boyu, erməni diasporu cavabsız antiazərbaycan və antitürk fəaliyyətlərindən bəhrələnirdilər. Bu fəaliyyət artıq bir monopoliya formasını almışdı. Azərbaycanın inkişafi, Azərbaycanın diplomatik missiyalarının fəaliyyəti, ildən ilə böyüyən və uğurla fəaliyyət göstərən Azərbaycan diasporu onları təbii ki, qıcıqlandırır. Erməni yalanlarının ifşa edilməsi, Azərbaycan həqiqətlərinin qətnamə şəklində üzə çıxarılması, ABŞ rəsmilərinin Azərbaycan diasporunun tədbirlərində iştirak etməsi, qonaq olmasi təbii ki, erməni lobbisində ciddi narazıçılıq yaradır və yaratmalıdı. Artıq ermənilərin bu monopoliyanı tutması qaldı keçmişdə.

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

 

 

11.02.2013 18:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*