Azərbaycanca

Petrosyan həqiqəti dedi

02.03.2015 | 14:57

84996

Sabiq prezident: “Biz dostların yardımından məhrum olacağıq”

 

 

 

 

 

 

Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ermənistanın siyasətini sərt tənqid edib.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  ANS PRESS-ə istinadən məlumatına görə, o, qondarma erməni soyqırımının tanınmasının Ermənistan üçün problemlər yaradacağını bildirib.

 

“Bu bəyannamə Ermənistanın xarici dünya ilə əlaqələrinə çox pis təsir göstərəcək. Qarabağ münaqişəsinin həllindən tutmuş, Ermənistan-Türkiyə münasibətlərinə qədər bir çox məsələlərdə problemlər yaşayacağıq. Bu bəyannaməyə görə biz nəinki dünya ictimaiyyətində özünə rəğbət yaradacaq, hətta dost ölkələrin yardımından da məhrum olacağıq”, – deyə Levon Ter-Petrosyan mitinqdəki çıxışında bildirib.

 

O həmçinin bir çox erməni siyasətçilərini bu həqiqəti gördükləri halda susmalarına görə qınayıb. Erməni Milli Konqresinin lideri bəzi diaspora nümayəndələrinin onu dəstəklədiklərini də deyib. “Mən bilirəm ki, mənim kimi fikirləşən insanlar çoxdur. Amma məni onların susmağı təəccübləndirir.

 

Erməni diasporunun bəzi nümayəndələri də gizli kanallarla məni dəstəklədiklərini bildiriblər.

Lakin məndən adlarını gizli saxlamağı istəyiblər”, – deyə Levon Ter-Petrosyan xalqa müraciət edib.

“KarabakhİNFO.com”

02.03.2015 14:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*