Azərbaycanca

PKK – erməni əməkdaşlığı.

01.10.2012 | 19:13

1349100640_pkkPKK – erməni əməkdaşlığı.


1980 – ci illərdə erməni terror təşkilatları xarici ölkələrin etirazlarının artmasına görə özfəaliyyət taktikalarını dəyişdirərək PKK terror təşkilatı ilə əməkdaşlıq etməyə başlayıblar. 1984-cü ildə baş verən Eruh və Şəmdinli basqınları ilə PKK irəli verilmiş və bu yolla ASALA-erməni terror arxa plana çəkilmişdir. Ermənilər ilə PKK arasındakı əlaqələri ortaya çıxaran bəzi dəqiq faktlar bunlardır:
1. PKK terror təşkilatı 1980-ci ilin 21-28 aprel tarixlərini “Qızıl həftə” elan etmiş və 24 aprel tarixini “erməni soyqırımı” günü kimi yad edərək tədbirlər keçirməyə başlamışdır;
2. 8 aprel 1980-ci ildə Livanın Sidon şəhərində PKK və ASALA terror təşkilatları birgə mətbuat konfransı keçirmiş və konfransın nəticəsi kimi bir bəyanat yaymışdır. Ancaq bu hadisə çoxsaylı etirazlara səbəb olduğundan hər iki terror təşkilatı əlaqələri qanunsuz şəkildə gizli olaraq həyata keçirməyi planlaşdırdı. Toplantı 9 noyabr 1980-ci ildə Strasburqdakı Baş Konsulluğumuza, 19 noyabr 1980-ci ildə isə Romadakı Türk Hava Yolları bürosuna edilən hücumlarının məsuliyyətini PKK və ASALA terror təşkilatları birgə öz üzərlərinə götürüblər;
3. PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan Ermənistan Yazıçılar Birliyi tərəfindən “Böyük Ermənistan xəyali fikrinə olan faydalarından ötrü” fəxri üzvlüyə seçilmişdir;
4. Erməni Xalq Hərəkatının tərkibində bir çox Avropa ölkəsində olduğu kimi Kürdüstan Komitəsi qurulmuşdur;
5. 4 iyun 1993-cü ildə Erməni Hnçak partiyası, ASALA və PKK terror təşkilatı üzvlərinin PKK terror təşkilatının Qərbi Beyrutda yerləşən mərkəzində toplantı keçiriblər.
Erməni-PKK əlaqəsi ilə bağlı digər bir fakt isə 6-9 yanvar 1993-cü il tarixində Beyrutdakı iki ayrı kilsədə keçirilən və Livan Erməni ortadoks kilsəsinin rəhbəri, Erməni partiyası nümayəndələri, eyni zamanda 150 gəncin iştirak etdiyi tədbirlərdə çıxışlar zamanı işlədilən aşağıdakı ifadələrdir:
1. Hələlik Türkiyəyə qarşı sakit davranmaq lazımdır;
2. Erməni toplumu getdikcə böyüməkdə və iqtisadi cəhətdən güclənməkdədir;
3. İnkişaf etdirilən təbliğat fəaliyyətləri sayəsində bütün dünyada “soyqırım” daha yaxşı tanınmağa başlanmışdır;
4. Ermənistan dövləti qurulmuşdur, hər keçən gün ərazilərini genişləndirir və əcdadlarının intiqamlarını mütləq alacaqlar;
5. ABŞ başda olmaqla digər qərb ölkələri də Qarabağda aparılan müharibədə erməniləri haqlı hesab edirlər. Bu fürsətdən istifadə etmək lazımdır və Qarabağda vuruşan erməni gənclərinin sırasına yeniləri də qatılacaqdır;
6. Daxili mübarizənin davam edəcək (Türkiyənin PKK terror təşkilatı ilə apardığı mübarizə nəzərdə tutulur), ölkənin iqtisadiyyatı sıfır nöqtəsinə gələcək və vətəndaşlar mərkəzi hakimiyyətə qarşı çıxacaq;
7. Türkiyə bölünəcək və bir kürd dövləti qurulacaq;
8. Ermənilər kürdlərlə olan əlaqələrini yaxşı şəkildə davam etdirməli və kürtlərin mübarizəsini davametdirməlidir;
9. Bu gün türklərin əlində olan torpaqlar, sabah ermənilərin əlində olacaq.

PKK Terror Təşkilatının Ermənistandakı Mətbuat Orqanları

Ermənistanda “Reya Taze” və “Bota Redaksiyası” adlı qəzetlərinin PKK terror təşkilatının nəzarətindəki ril əlifbasında yazıldığı və təşkilatın təbliğatı ilə məşğul olduğu məlumdur. Bu qəzetlər Türkiyə və Avropadan gələn PKK terror təşkilatı üzvləri tərəfindən dərc olunur.

PKK – ASALA əlaqələri.
Beynəlxalq səviyyədə olan erməni terrorizmi 1973-cü ildə meydana gəlmiş və 1974-cü il Kipr sülh hərəkatından sonra xaricdə olan vətəndaşlarımıza və nümayəndəliklərimizə qarşı sabotaj, sui-qəsd və basqın tipli terror hərəkətləri ilə özünü büruzə verməyə başlamışdır.
ASALA erməni terror təşkilatı başda olmaqla 1984-cü ilə qədər öz terror aktlarını davam etdirmiş və 1970-ci illərdə müxtəlif qanuni siyasi birliklər içində özünü göstərməyə başlayan kürdçülük hərəkatı PKK ilə əlaqələrini genişləndirəndən sonra, ASALA öz yerini kürd-türk demədən öldürə bilən, qətliamlarla özünü tanıtmağa çalışan Abdullah Öcalanın başçılıq etdiyi bu təşkilata vermişdir.
Ancaq bu tarixdən əvvəl də PKK-ASALA terror təşkilatları arasında əməkdaşlıq olub, birgə həyata keçirilən terror aktları həyata keçirilib. Hər iki terror təşkilatlarının yaydığı bəyanatlar, onların üzvlərinin PKK terror təşkilatının düşərgələrində təlim keçməsi, bundan başqa PKK terror təşkilatının Erməni Daşnaksütyun partiyası ilə əlaqəsinin olması artıq məlum olub.
PKK-ASALA terror təşkilatlarının əməkdaşlığının əsas məqsədi marksist-leninist ideologiyası əsasında Şərqi və Cənub-şərqi Anadolu bölgələrimizdə dövlət qurmaqdır. İki təşkilatın da hədəf aldığı bölgələri gözönünə gətirdikdə onların hədəflərinin toqquşduğunu görürük. Bu məsələ iki terror təşkilatından birinin digərinə xidmət etdiyi fikrini gücləndirir.
Əldə olunan sənədlər nəticəsində Bekaa və Zeli düşərgələrində erməni terror təşkilatı ASALA və PKK terror təşkilatı yaraqlılarının bir yerdə təlim keçdikləri faktı ortaya çıxmışdır.

PKK ilə ermənilər arasında 1987-ci ildə bağlanan müqavilə.

1987-ci ildə separatçı terror təşkilatı PKK ilə ermənilər arasında bir müqavilə imzalanmışdır. Müqavilənin müddəaları bunlardır:
1. Ermənilər PKK terror təşkilatı daxilində təlim fəaliyyəti iilə məşğul olacaqlar;
2. PKK terror təşkilatı hər il adambaşına 5000 ABŞ dolları ödəniləcək;
3. Ermənilər kiçikmiqyaslı terror aktlarında iştirak edəcəklər.
Bağlanan bu müqavilə nəticəsində ermənilərin fəallaşması nəticəsində, PKK-ASALA əlaqələrindən məsul olan Hermez Samurouyan adlı şəxslə birlikdə 18 aprel 1990-cı il tarixində keçirilən toplantıda aşağıdakı qərarlar qəbul edilmişdir:
1. PKK və ASALA terror təşkilatları artıq müştərək şəkildə idarə olunacaq;
2. Türkiyədə təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarında kəşfiyyatı ermənilər aparacaq;
3. Əldə olunan torpaqlar bərabər şəkildə bölünəcək;
4. Düşərgə xərclərinin 75%-ni ermənilər ödəcəyək;
5. Türkiyənin ən böyük şəhərlərində terror aktları həyata keçiriləcək.
1992-ci ilin oktyabrından etibarən Türkiyənin Şimali İraqda yerləşən PKK-ya qarşı həyata keçirdiyi sərhəddənkənar anti-terror əməliyyatlarında terror təşkilatına böyük zərbələr vurulması və onların burada yaşama imkanlarını itirməsindən sonra təşkilatın bir sıra qruplarının İran və Ermənistana keçməsi ilə PKK terror təşkilatı Ermənistanda aktiv fəaliyyətə başlamışdır. PKK terror təşkilatının Avropa təmsilçilərindən bir qrupunun Ermənistana gedərək PKK üzvlərinin Qars bölgəsindən Ermənistana qeyri-qanuni şəkildə rahat şəkildə girib-çıxmaları üçün erməni nümayəndələri ilə razılıq əldə etməsi də məlumdur. SSRİ-nin dağılması ilə Ermənistanın müstəqillik əldə etməsi nəticəsində PKK terror təşkilatını Ermənistanda kürdlərin yaşadığı yerlərdə yerləşmək imkanı əldə etmişdilər. Burada onlara maddi-mənəvi yardım edilmişdi. Bundan başqa 19-20 may 1992-ci ildə bir qrup PKK terror təşkilatı üzvünün ermənilərlə bərabər azəri türklərinə qarşı vuruşmaq üçün 3 avtomobillə Urmiyadan Ermənistana doğru hərəkət etdiyi də aşkarlanan faktlar içərisindədir.

Mənbə: ermenisorunu.gen.tr

Türkcədən uyğunlaşdırdı: Söhrab İsmayılov

 

01.10.2012 19:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*