Azərbaycanca

Polyak əsilli Şamaxılı memar haqqında kitab-albom çıxdı

24.01.2013 | 14:36

1359023859_kitab-elxanKarabakhİNFO.com-un verdiyi xəbərə görə, Şamaxının millət vəkili Elxan Süleymanovun fərdi saytı 3 dildə yeni kitab çap edib. Azərbaycan, polyak və ingilis dillərində işıq üzü görən “Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi” kitabı polyak əsilli şamaxılı memar Yevgeni Skibinskiyə və onun 1899-cu ildə Bakıda yaratdığı binaya həsr edilib.

 Nəşrin ideyası Elxan Süleymanova məxsusdur. Mətnin və dizaynın müəllifi Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin və Fərid Xayrullinin fotoları yer alıb.

Nəşr Şamaxının millət vəkilinin təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfər zamanı təqdim ediləcək. Xəbər verildiyi kimi, Polşaya səfər edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov, Sənaye və Energetika Naziri Natiq Əliyev, millət vəkilləri, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov, o cümlədən ölkəmizin AvroNest PA-da nümayəndə heyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir. Elxan Süleymanov səfərdə əsas məqsədin Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etmək olduğunu bildirib.

 

KarabakhINFO.com

24.01.2013 14:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*