Azərbaycanca

Prezident: “Ermənistan və Türkiyə öz aralarındakı problemi danışıqlar vasitəsilə həll etməlidir”

26.01.2015 | 17:33

dddd

Ann Brassör erməni jurnalistinin uydurma “soyqırım” mövzusunda sualını cavablandırıb

 

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassörün mətbuat konfransında ona uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü və AŞPA-nın bu məsələyə münasibəti ilə bağlı sual ünvanlanıb.

 

 

 

Ermənistan jurnalistinin sualını cavablandıran A. Brassör cavabında dünyada və Avropa məkanında bir çox münaqişənin mövcud olduğunu təəssüflə qeyd edərək bildirib ki, tərəflər bu məsələni öz aralarında danışıqlar vasitəsilə həll etməlidir:

 

 

 

“Ümid edirəm ki, hər iki tərəf bu məsələnin həll yolunu tapmaq üçün səylərini əsirgəməyəcək. Hər iki ölkənin danışıqlar vasitəsilə qarşılıqlı anlaşma əldə edəcəyinə ümid bəsləyirəm”.

 

 

 

 

 

APA

 

 

26.01.2015 17:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*