“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizlə Avropa İttifaqının əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“KarabakhİNFO.com”