Azərbaycanca

Prezident İlham Əliyev: “Təhlükəsizlik Şurasının qətnaməsi bəzən kağız üzərində qalır”

29.10.2014 | 11:04

aliyev-gencler forumu“Azərbaycanın gözəl gələcəyi var. Gənclərimiz bu gün sərhədlərimizi müdafiə edir, işğalçılardan torpaqlarımızı qoruyur. Ermənistanın işğalçılıq siyasətindən gənc azərbaycanlılar da ziyan çəkib”.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

 

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırım törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib”.

 

 

BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident qeyd edib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu söyləyib.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

29.10.2014 11:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*