Azərbaycanca

Prezident “Qarabağ” futbol klubu ilə bağlı sərəncam imzalayıb

18.12.2014 | 10:14

eliyev serencamPrezident İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Prezidentin rəsmi saytına  istinadən məlumatına görə, ölkə başçısı “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayırıb.

 

 

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

“KarabakhİNFO.com”

 

 

18.12.2014 10:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*