Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının AtərTAc-a istinadən verdiyi məlumata görə, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamdan irəli gələn maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.
“KarabakhİNFO.com”