Azərbaycanca

Prokuror erməni diversantın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

04.05.2015 | 12:14

arsen_bagdasaryan_mehkeme_070415

Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkən 10 nəfər çıxış edərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş ediblər.

Dövlət ittihamçısı Anar Mirkişiyev bildirib ki, A.Baqdasaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. Prokuror erməni diversantın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A.Baqdasaryanın vəkili Ramiz Abdullayev məhkəmədən bir neçə saat vaxt istəyib. Məhkəmə prosesinin davamı bu gün saat 17:30-a təyin olunub.

Qeyd edək ki, Ermənistanda xüsusi təlim keçən A.Eduardoviç Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Trend.az

04.05.2015 12:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*