Azərbaycanca

Psixi xəstə: Zori Balayan türk düşmənidir

03.07.2013 | 16:02

1372852669_zor-balayanQafqazda milli zəmində münaqişələrin başlanmasında, qızışdırılmasında erməni “ziyalı”larının, xüsusən  də, yazıçı və alimlərinin böyük rolu, daha doğrusu, günahı olub. Məsələn, Zori Balayan, Nalbandyan, Ovenesyan,  Aqanbekyan və sairə  kimilərinin. M. S. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqanbekyanın erməni  xalqına olan müraciətində səslənən sözlər daşnak əhval-ruhiyyəsinin bariz ifadəsidir: “Bizim düşmənimiz  türklərdir, çalış həmişə onlarla bir yerdə ol və fürsət düşən kimi onlara əzab ver, torpaqlarına sahib çıx və orada  məskunlaş”.

Belə erməni “ziyalı”larından türkə düşmən kəsilənlərdən birincisi Zori Balayandır. O, 10 fevral 1935-ci ildə Xankəndi şəhərində anadan olub. 1957-ci ildə orta məktəbi burada bitirmişdir. Babası Markos Balayanın tərbiyəsin alan Zori xatirələrində yazır:

“Babam uşaqlıqdan mənə deyirdi: “Zori, türklər sənin düşmənindir. Eyni zamanda yunanlar, gürcülər də. Hər zaman çalış ruslarla dost ol. Onlarla əlbir ol. Türkün hər zaman başın əz. Onlar bizim tarixi torpaqlarımızı əllərimizdən aldılar. Bizə qarşı soyqrım törətdilər. Sən bu qisası unutma, unutdurma.”

 

Markos Balayan Zorinin atası Hayk Balayan və Hoar Balayana dəfələrlə tapşırıq verirdi ki, Zorini türkə düşmən kimi böyütsünlər. Tibb bacısı işləyən Zorinin anası onu hərdən özü ilə xəstəxanaya aparır, burada bir-birlərilə dava nəticəsində yaralanan erməniləri göstərir və ona bunu türklərin etdiyin deyirdi. Bütün uşaqlığı boyu türklərin “vəhşi və qəddar” olması ideyası ilə böyüyən Zori məktəb illərində Azərbaycanlılardan uzaq durmağa çalışırdı. 1937-ci ildə Zorinin atası Hayk Sovet hökumətinin əleyhinə apardığı fəaliyyətə və xarici ölkələrlə əməkdaşlığa görə 58-ci maddə ittihamı ilə Komiyə sürgün edilir. 1939-cu ildə istintaq zamanı xaricdəki ermənilərlə əlaqələrinin olduğun etiraf edən Hayk Balayan Daşnaksütün ilə əməkdaşlıq etdiyin deyir. 1923-cü ilin yanvarında İrəvanda Daşnaksütyunun Ermənistanda olan üzvlərinin toplantısında Daşnaksütyun partiyasının Ermənistanda fəaliyyətinin dayandırılması barədə qərar qəbul etməsindən sonra türk və azərbaycanlıları qətlə yetirmək planı olan “Nemezis əməliyyatı”na dəstək verən Hayk Balayan Qarabağda olan bəy nəslinin siyahısın və fəal kommunistlərin siyahısın Daşnaklara verdiyin boynuna alır. Bundan 2 il sonra, 1939-cu ildə Hayk Balayan Komidə ermənilər tərəfindən qətl edilir.

Zorinin anası Hoar bu hadisədən sonra oğluna atasının ölümündə türklərin günahkar olmasını deyir və ona güclü olmağı tapşırır. Zori idmanla məşğul olmağa başlayır. 1943-cü ildə ermənilər arasında gizli iş aparmaq, azərbaycanlı xəstələrə qarşı qeyri tibbi yanaşma göstərmək və digər ittihamlar əsasında Balayanın ailəsin Mərkəzi Asiya və Altay vilayətinə sürgün edirlər. Zori və qardaşı Boris bibisinin (atasının bacısı) himayəsində qalırlar. Bütün ailəsinin başına gələnlərdən azərbaycanlıları günahkar sayan Zori Balayan  türklərə qarşı nifrətlə böyüyür və   bu qisasın alınması üçün zamanını gözləyir.

Anası azad olandan sonra, 1957-ci ilə qədər Əndicanda qalan Zori idman müəllimi və həkim terapevt kimi işləyir və tez-tez Qarabağa gəlir, Xocalı, Ağdam, Şuşa, Əsgəran və digər əraziləri gəzir, onların rəsmini və xəritəsini çəkirdi.

1980–ci illərin əvvəllərində yazılan “Ocaq” əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan “türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir”.

Zori Balayan «Ocaq» əsərində türkləri insan əti yeyən, qaniçən kimi göstərmiş, onları ermənilərin böyük düşməni kimi qələmə vermişdir. Dəhşətlisi isə odur ki, küyə düşmüş erməni xalqı da belə sərsəmlərin felinə uyaraq «Ocaq» əsərini qızlarına cehiz verirlər.

1985-ci ildən başlayaraq dünyanın bir çox ölkəsinə gedən Zori Balayan 97 milyon, 160 min dram (265.000) dollar pul alaraq erməni diasporunun  sıx olduğu bölgələrə gedir, antitürk təbliğatı aparır və yaxın zamanlarda ermənilərin “Böyük  Ermənistan” ideyasının reallaşacağına hazır olmağa çağırır.

Bundan sonra Balayan Qarabağ separatçılarına qoşularaq “Miatsum” hərəkatının liderlərindən biri olur. 1988-ci ildə Balayan Silva Kaputikyanla birgə Moskvada Mixail Qorbaçovla görüşür və ondan “Qarabağ məsələsini” Ermənistan SSR–in xeyrinə həll etməsini xahiş edir. Bu görüşdən sonra şairə Silva Kaputikyan daha irəli gedərək heç nədən çəkinmədən  televiziya vasitəsilə əməl dostlarına müraciət etdi: “ “Böyük Ermənistan” yaratmaq üçün türkü son nəfərə kimi qırmalısan”

 

 1988-ci ildə şovinistlərin yaratdığı qara tufan nəticəsində soydaşlarımızın Ermənistan adlanan, amma əslində türklərin dədə-baba yurdu olan yerlərdən sürətlə, vəhşiliklə qovulması həyata keçirildi. Zori Balayanın planları baş tuturdu. Yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü, körpələr qurd-quşa yem oldu. Ermənilər bu qəlb dayandıran “mənzərələri” qəhqəhə və gülüşlə qarşıladılar. Bu azmış kimi, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya doldurub hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan yuvarlayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirildi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrində boruya dolduraraq hər iki tərəfini bağladılar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəldilər.

1990-cı ildə Z.Balayanın dəstəyi ilə yaradılan və onun şərəfinə «Zorik» adlanan

terror qrupu Azərbaycan Respublikasının ali hakimiyyət nümayəndələrinin uçduğu

vertolyotun Qarakənd səmasında vurulması kimi terror aksiyasını həyata keçirib və bu aksiyada onun sağ əli Monte Melkonyan olub.

Bütün bu baş verənlər Zori Balayanın diqtəsi altında həyata keçirilirdi. O çalışdığı mediada bütün qüvvəsi ilə antitürk fəaliyyəti aparırdı və öz jurnalında belə bir başlıqlı yazı vermişdi: “Xocalı Dağlıq  Qarabağın boğazında olan xərçəng xəstəliyidir”. O, zaman bu başlıqlı yazını adi qəbul etsək də, Xocalı faciəsindən sonra aydın olur ki, soyqrımın əsas ssenaristlərindən biri də Zori Balayan idi. Bu faciə illər boyu planlaşdırılmış idi və 26 fevral 1992-ci ildə dünyada vəhşətin inanılmaz olduğu Xocalı soyqrımı həyata keçirildi. Hadisə baş verən günü Xocalıda olan Zori Balayan rus generalları ilə birgə kənardan hadisəni izləyir və əmrlər verirdi. Bir yazısında Zori Balayan 26 fevralda baş verənlərlə bağlı xatiərsin belə yazır:

“…sadəcə xalqının qəlbi sökülən və acının atəşinə atılan erməni bu sətirlərdən qürur və məmnuniyyət duya bilir. Mən də vətəndaş namusunun və kişinin müqəddəs vəzifəsinin əmrilə bu üfunət iyi verən Monqol uşaqları ilə hesablaşırdım. Biz Xaçaturla onların saxlanıldığı yerə gedərkən, əsgərlərimiz uşaqlardan birini artıq pəncərəyə mıxlamışdı. Səs-küy salmaması üçün Xaçatur öldürülmüş anasının döşünü onun ağzına saldı. Daha sonra bu 13  yaşlı türkə qarşı onların atalarının bizim uşaqlarla davrandığı kimi davrandım. Başından, qarnından və döşündən dərisini soydum. Yeddi dəqiqədən sonra qan itkisindən öldü. İlk peşəm həkimlik olduğu üçün humanistəm və buna görə də həmin uşağa verdiyim əzablara görə mutluluq duymadım. Ancaq ən azından, xalqımın qisasının  bir faizini aldığım üçün ruhum alovlanırdı. Xaçatur onun vücudunu parçalara ayırdı və bu türkün kökü olan köpəklərə atdı. Axşamüstü eyni oyunları daha üç türkün başına gətirdik.

 

Daha sonra uşaqlıq dostum mayor belə dedi: “Biz heyvan deyilik. Ancaq soyuqqanlı olmalıyıq. Türk cəlladlarıınn əlilə öldürülən qurbanların ruhları sakitləşdirilməlidir”.

 

  Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim.  Xaçatur da çox tərləmişdi, amma mən onun gözlərində və digər əsgərlərimizin gözlərində intiqam və güclü humanizmin mücadiləsini gördüm. Ertəsi gün biz kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz və ruhumuzun dünən  gördüyümüz çirkabdan təmizlənməsi üçün dua etdik. Ancaq biz Xocalını vətənimizin bir parçasını işğal edən 30  min nəfərlik çirkabdan təmizləməyi bacardıq”

Hadisədən sonra Qarabağda uzun müddət qalan Zori Balayan  təbliğat və ideoloji iş aparmağa başlayır. O, Xocavənd  rayonu Kəndkürd (ermənilər isə Kəndxord adlandırır) yaşayır və əsir düşənlərə qarşı amansız rəftarı ilə seçilirdi. Bir sənəddə yazılır ki, Füzuli rayonu Gorazilli kənd sakini Nuxiyeva Fəridə Vaqif qızının kənddəki toy məclisinə hücum edərək onu, atası Nuxiyev  Vaqif Qutais oğlunu, anası Tamaşanı, uşaqları Mətanət, Arzu və 19 nəfər digər  kənd sakinlərini girov götürmüşlər. Ermənilər onları Hadrutda, Xankəndində, sonra isə Şuşa türməsində saxlayaraq müxtəlif işgəncələr verirlər. Bu işgəncələr bir başa Zori Balayanın diqtəsi ilə edilirdi. Nəticədə işgəncələrə dözməyən Vaqif Nuxiyev vəfat edir.

Əsir düşən bəzi  azərbaycanlıları öz tərəfinə çəkməyi bacaran Zori Balayan Bakıda bir teror hadisəsini planlaşdırır və bunun üçün əsirlər içində olan Azər Aslanovu öz təsiri altına almağı planlaşdırır. 13 yanvar 1994 cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib, belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının girov olduğu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, Yerevan-Mineralniye Vodı-Bakı marşrutu ilə Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Terror aktının planı isə Zori Balayana məxsus idi.  Bu hadisədən sonra dostları ilə məclis keçirən Zori Balayan çaxır stəkanın qaldıraraq tost  deyir: “Bakıda partlayış zamanı  sanki, mən azərbaycanlı meyitlərinin üstüylə gəzirdim. Gün olsun bütün azərbaycanlıların meyidi üzərində gəzək”

 

Bu gün insan adlandırılmağa heç bir məziyyəti olmayan Zori Balayan isə əlinə

qələm alaraq Azərbaycan xalqının ünvanına ağzına gələn hədyanları, söyüşləri yazmaqda davam edir. 2002-ci ildən başlayaraq  Avropada  Xocalı faciəsi ilə bağlı Zori Balayan tərəfindən yazılmış, həmçinin Xocalı faciəsini erməni faciəsi kimi əks etdirən kitablar, broşüralar çap etdirərək müxtəlif dövlət və hökumət orqanlarına paylayır.

2001-ci ilin 9 yanvarında Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gələndə

Şəhidlər Xiyabanını ziyarət etmişdi. On bir gün sonra isə “Nezavisimaya qazeta”da “Molçaniye-i qresno i opasno” adlı yazısı çap edilmişdir. Həmin vaxt öz hiddət və qəzəbini çox kobud sözlərlə ifadə edən Zori Balayan V.Putini ittiham edirdi və heç vəchlə razılaşa bilmirdi ki, Rusiya Prezidenti nəyə görə Şəhidlər Xiyabanında ehtiramla baş əyib.

 Bu gün Ermənilər işğal etdikləri torpaqlarda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsas ideoloqlarından biri, yazıçı “zori balayan” üçün villa inşa ediblər. Xocavənd rayonunun Qarakənd kəndində inşa olunmuş villanın tikintisində azərbaycanlıların dəfn edildiyi qəbiristanlıqlardan məzarların üstündəki mərmərlərdən istifadə olunub. Villa bütünlüklə mərmərdən tikilib. Ermənilər məzarların üstündən sökdükləri mərmərləri digər tiklilərdə də istifadə edirlər.

Zori Balayan hər dəfə ermənilər ilə söhbət zamanı “Yol” kitabında yazdığı sözləri təkrar edir- “yaddan çıxarmayın, kinli olun və həmişə yadınızda saxlayın ki, erməniləri məhz «türk barbarları» məhv etdilər, onların ucbatından siz bütün dünyaya səpələnmisiniz”

Yazımı İsveçrənin məşhur şərqşünas alimi Adam  Mesinin “Müsəlman intibahı” kitabında yazdığı sözlərlə bitirmək istəyirəm: “Ağ qulların ən pisi ermənidir. Əgər erməni qulunu bircə saat işsiz qoysan, onun xasiyyəti həmin anda ziyankarlığa, pisliyə sövq edəcəkdir”

 Zaur Əliyev

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru

 

KarabakhİNFO.com

 

03.07.2013 16:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*