Azərbaycanca

Putin ermənilərin pulunu kəsir

28.02.2015 | 17:25

 

75159Ermənistanın kənd əhalisi kütləvi miqrasiyaya doğru gedir

 

 

 

Bu ilin yanvar ayında Ermənistana edilən fərdi pul köçürmələri 50 faiz azalıb.

 

“KarabakhINFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə  istinadən məlumatına görə, bu barədə Ermənistanın “Haykakan jamanak” qəzeti yazıb. Qəzetin yazdığına görə, azalan pul köçürmələri 37 milyon dollara düşüb və bu, Ermənistan mərkəzi bankının proqnozlaşdırdığından xeyli aşağı göstəricidir. Mərkəzi bank köçürmələrin yalnız 30 faiz azalacağını proqnozlaşdırmışdı. Ermənistana transfertlər əsasən Rusiyadan gəlir və son aylarda bu ölkədə baş verənlər oradakı erməni əmək miqrantlarının da qazancını azaldıb

.

Nəticədə, onların Ermənistana göndərdikləri pulun miqdarı azalıb və əhali ciddi şəkildə yoxsullaşıb. “Göndərilən pullar bizim sosial-iqtisadi vəziyyətmizə ciddi təsir göstərir. Fərdi transfertlərin illik miqdarı Ermənistanın dövlət büdcəsinə bərabərdir”, – deyə “Haykakan jamanak” qəzeti yazır. Ermənistan əyalətlərinin sakinləri əsasən miqrantların göndərdiyi pulun hesabına yaşayır. Yaranmış durum kənd yerlərinin sakinlərini evlərini bağlayaraq bir dəfəlik Rusiyaya köçməsinə səbəb olur.

Hazırda Ermənistanda mövjud olan 900 kəndin 200-ü tamamilə boşalıb, bir neçə yüzündə isə yalnız icra nümayəndələrinin ailəsi qalıb.

“KarabakhİNFO.com”

28.02.2015 17:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*