Azərbaycanca

Putin Qarabağı bizə qaytarır

18.02.2015 | 16:11

66199

Nikitin: “Sonda Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”

 

 

 

 

 

 

 

“Azərbaycanla Rusiya arasında dostluq münasibətləri var. Bu onunla sübut olunur ki, AŞPA-dakı nümayəndə heyətlərimiz ABŞ ekspansiyasına (ilhaq-red) qarşı vahid cəbhədən səs verirlər”.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  ANS PRESS-ə istinadən  məlumatına görə, bunu Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Nikitin deyib.

 

 

c9438ae13898

O bildirib ki, bu yaxınlarda Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının lideri Gennadi Züqanov Azərbaycanda olub və prezident İlham Əliyevlə görüşüb. Bundan əvvəl isə komitənin deputatları tam tərkibdə Bakıya gəlib:

 

 

“Biz belə nəticəyə gəlmişik ki, Azərbaycan postsovet məkanında yeganə ölkələrdən biridir ki, orada rusfobiya yoxdur. Azərbaycanda bütün millətlərdən insanlar yaşayırlar. Biz çox ümid edirik ki, Azərbaycan gələcəkdə Avrasiya İqtisadi İttifaqına qoşulacaq”.

 

 

Nikitin həmçinin Dağlıq Qarabağ məsələsinə də toxunub. O bildirib ki, Rusiya prezidenti və Dövlət Dumasının sədri tərəfindən hər iki ölkə üçün çox ağrılı problemin həlli istiqamətində tədbirlər görülür: “Azərbaycan və Ermənistan arasında optimal variant tapmaq barədə işlər görülür. Düşünürəm ki, sonda Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”,- deyə Nikitin söyləyib.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

18.02.2015 16:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*