Azərbaycanca

Qələbə qazanmaq üçün döyüş ruhu ən vacib amillərdəndir

26.09.2013 | 16:03

1380196567_sdc11058“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı Qarabağ qazisi Rəfael Abbasovun müsahibəsini təqdim edir.  

 

– Rəfael müəllim, özünüz haqda qısa məlumat verməyinizi istərdik…  

 

Mən – Abbasov Rəfael Rasim oğlu 1963-cü ildə Ağdam rayonu Seyidli kəndində anadan olmuşam.Ailəliyəm və iki övladım var. 1988-ci ildən xalq hərəkatına qoşularaq Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə bir başa iştirak etmişəm.Hal hazırda 2-ci qurup Qarabağ əliliyəm.   –

 

Hansı döyüşlərdə iştirak etmisiniz?  

 

– İlk dəfə xalq cəbhəsi yarananda Qatır Məmmədlə birlikdə Əsgəran istiqamətində gedən döyüşlərdə, eləcə də Xoramurd,Xanabat,Canyataq,Gülyataq və digər döyüşlərdə iştirak etmişəm.İlk dəfə olaraq Xoramurd kəndini ermənilərdən biz almışıq.1990-cı ildə o əraziləri ruslar qoruyurdular.Biz Fred Asifin batalyonu ilə Qaracı qəbristanlığından yürüşə başlayaraq birbaşa Xoramurda hücuma keçdik və saat 3 radələrində Xoramurdu ələ keçirdik.Yenidən Xanabat istiqamətinə hərəkət etməyə başladıq.Demək olar ki, bu ərazidə olan döyüşümüz ən ağır və çox itki verdiyimiz döyüşlərdən biri oldu.Bizə xəbər gəldi ki, Xanabata çıxmaq lazımdır.Bizdə Xanabata hücuma keçdik və döyüşə-döyüşə Armudluq deyilən yerə gəldik. Xanabatın yarısına kimi getmişdik ki,bizi mühasirəyə aldılar və ağır itkilər verdik.Çox ağır döyüşümüz oldu, çünki əsgərlərimiz yeni döyüşdən çıxmışdılar və yorğun idilər. Ermənilər dağın elə bir yerində idilər ki, bizi asanlıqla atəşə tuturdular.Biz isə günorta çağı ora hücuma keçmişdik. Bu isə çox təhlükəli idi. Xanabat istiqamətinə qalxanda irəlidə 3 zirehli texnikamız hərəkət edirdi.Düşmənlər dağın tən ortasını yarmışdılar.Yalnız bir gediş yolu var idi, o da irəli. Bizim birinci texnikamızı içəri buraxdılar, ikincisini isə vurdular.Beləcə, döyüş başladı.Saat 5 – ə işləyərdi. Əsgəranın girəcəyində Qılıncbağ deyilən yer var idi. Xanabat və  Xoramurdun üstündə kilsə yerləşirdi.Bizə bu üç istiqamətdən atəşə başladılar.Bu zaman biz ağır döyüş keçirdik və xeyli itki verdik.Sizi inandırım ki,döyüş necə gedirdisə sanki yağış yağırdı. Bu döyüşdə mən də ayağımdan yaralandım və müalicə almaq üçün hospitala gətirildim.Müalicə aldıqdan sonra yenidən döyüşə qayıtdım.Bundan sonrakı ikinci böyük döyüşüm Əsgəran döyüşü oldu.Xocalı soyqrımının səhəri əks hücuma keçdik.Qaraqaya,Naxçıvanik istiqamətindən cəbhəni yarıb 130-140 nəfər Xocalı sakinini rəhmətlik Canpolad Rzayevin köməkliyi ilə əsirlikdən xilas etdik.Elə həmin döyüşdə Canpolad Rzayev şəhid oldu.Mən Qaraqaya istiqamətindən hücuma keçdim ,Canpolad isə Naxçıvanik istiqamətindən.Biz Qaraqayanın yanına çatanda xəbər gəldi ki, Canpoladı tankın üstündə vurublar şəhid olub.     – İkinci dəfə hansı döyüşdə  yaralanmısınız?   – İkinci dəfə mən Əsgəran ərazisində gedən döyüşlərdə iştirak etdim və bu döyüşdə düşmən tərəfindən vuruldum.Biz Əsgəran bölgəsinə əsasən zirehli texnikalarla hücuma  keçdik.Əsgəranın  birinci postunu keçdik,pivə zavod deyilən yerdən döyüşərək irəlilədik.Demək olar ki,Əsgəranı yarısına kimi almışdıq.Elə bu döyüşlər əsnasında mən ikinci dəfə sinə və kürək nahiyəsindən yaralandım.  

 

1380196934_izobrazhenie-021-Arxa-arxaya verib döyüşdüyünüz döyüş yoldaşlarınızdan kimləri xatırlıyırsınız?  

 

– Çox yoldaşlarım olub – Cəbrayıl, Xudu , Sabirabad rayonundan topçu İlqar , Baxşeyiş kişi (hal-hazırda Azərbaycanın milli qəhrəmanıdır), Nadir ,Qurd Cəbrayıl,Qəmlo Füzuli və s. Çoxunun adını çəkmək olar. Döyüşçü yoldaşlarımdan sağ qalanlar da oldu,yaralananlar da,şəhid olanlar da. Cəbrayıl Canyataq-Gülyataq döyüşlərində sol ayağını itirdi, Xudu Naxçıvanikdə, İlqar Əsgəran döyüşündə,Qurd Cəbrayıl Xoramurd döyüşündə şəhid oldu.Bu yoldaşlarım çox cəsarətli döyüşçülər olub. Allah hamısına rəhmət etsin,məzarları nurla dolsun.  

 

 – Bildiyimiz kimi sizin qardaşınız Abbasov Füzuli 2-ci qurup Qarabağ əlilidir.Zəhmət olmasa , onun haqqında da bizə məlumat verin.  

 

– Abbasov Füzuli Rasim oğlu 1989-cu ildən başlayaraq bir çox döyüşlərdə fəal iştirak edib.Artileriyanın komandiri idi.Sonra Qərvənddə 1-ci batalyonun komandiri oldu.Xoramurdda,Xanabatda,Naxçıvanikdə,Aranzəmində, Əsgəranda,Qaraqayada,Canyataq-Gülyataqda və başqa döyüşlərdə iştirak etmişdir.İlk dəfə Xoramurd ərazisində gedən döyüşlərdə sağ qolundan yaralandı.Buna baxmayaraq, yenidən Canyataq-Gülyataq döyüşlərinə qatıldı.Sözü gedən ərazidəki döyüşdə ikinci dəfə çiyin nahiyəsindən güllə yarası aldı.Sağaldıqdan sonra 1994-cü ilə kimi  döyüşlərdə əzmlə iştirak etdi..Hal-hazırda ailəlidir, üç övladı var və 2-ci qurup Qarabağ əlilidir.

 

  – Sizin fikrinizcə döyüşmək üçün daha vacib olan silah-sursatdır, yoxsa döyüş ruhu?  

 

1380196815_izobrazhenie-020-Bilirsiz, hər hansı bir insanı döyüşə hazırlamaq üçün əvvəlcə onun vətənpərvərlik ruhunu qaldırmaq lazımdır.Yəni, döyüşmək üçün döyüş ruhu ən başlıca və vacib amillərdən biridir.Döyüş ruhu gərək yüksək olsun ki,döyüşçülər zəfər üçün döyüşə bilsinlər.Döyüşə gedən hər bir insanın qəlbində düşmənə qarşı kin-küdurət olmalıdır.Hansısa bir döyüşdə əsgərlərin silahı olsun, döyüş ruhu olmasın, o döyüşdə qələbə çalına bilməz.Mənim fikrimcə, insanda əsas vətənpərvərlikdir,silah isə ikinci dərəcəlidir. 

 

  -Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu yüksəltmək üçün sizcə nələr etmək lazımdır?  

 

1380197051_sdc11054-Bu günkü gündə telekanallarda şou praqramlar daha geniş yer tutur nəinki hərbi verlişlər.Bu şou praqramların yerinə hərbi ruhlu verlişlər olsa daha yaxşı olar.Mənim fikrimcə, döyüş bölgələrindən tez-tez hərbi ruhlu verlişlər çəkilib yayımlanmalıdır.Cəbhə bölgələrində olub orada olan abu–havanı gənclərimizə çatdırmalıdılar.Orada olan əsgərlərə konsertlər versələr ,onlarla müsahibə aparsalar,onların düşmənlə necə mübarizə apardığı barədə söhbət edib verlişlər hazırlasalar  gənclərimizin də döyüş ruhu getdikcə artmağa başlayar.Qarabağ döyüşlərində iştirak edən döyüşçülərlə ,qazilərlə söhbət edib onların keçdiyi döyüş yolu ilə bağlı verlişlər hazırlasalar daha yaxşı olar.Bütün saydıqlarımız öz yerini tapsa gənclərimiz hədsiz dərəcədə vətənpərvərlik ruhuna sahib olarlar.  

 

– Qarabağın işğaldan azad olunmasına inanırsınızmı?  

 

– Bəli, mən buna tam əminliklə deyə bilərəm ki,inanıram.Mənim fikrimcə, inşallah bu yaxınlarda, çox çəkməz Qarabağı işğaldan azad edərik.Başda ali baş komandanımız olmaqla biz işğalda olan 20 faiz torpaqımızı geri qaytaracağıq.  

 

 

 

 Hafiz Səfərov  

“KarabakhİNFO.com”     

26.09.2013 16:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*