Azərbaycanca

Qənirə Paşayeva: “Avropa Şurası zamanında Ermənistana təzyiq etsəydi, yaşanan faciələr bəlkə də baş verməzdi”

03.10.2014 | 11:18

bb627b956d0d55989c084a977178a7c8Avropa Şurası Parlament Assambleyasında məruzəçi M. Schennachın hazırladığı “Assambleyanın monitorinq prosedurunda irəliləyişlər” adlı məruzəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva assambleyanın işğalçı Ermənistana təzyiq göstərməməsini kəskin tənqid edib.  Qənirə  Paşayeva məruzədə son aylar bölgədə gərginləşən vəziyyətin öz əksini tapmamasından narazılığını bildirib:

 

 

“Cənab məruzəçi, mən sizin və assambleya üzvləri həmkarlarımızın diqqətinə sənəddə öz əksini tapmayan bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm və assambleyanı təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərlərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq, heç bir nəticə və irəliləyiş yoxdur. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Mən sizin diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram. Sentyabr ayında Ermənistanın atəşkəs rejimini mütəmadi olaraq pozaraq mülkü insanları snayperlərlə hədəfə alması nəticəsində bir neçə mülkü vətəndaş öz evində, öz həyətində yaralandı. Ermənistanın atəşkəsi pozduğu zaman mülkü vətəndaşları erməni snayperlərindən, atəşlərindən qoruyan 13 Azərbaycan əsgəri şəhid oldu. 13 gənc insan Ermənistanın təxribatlarının qarşısını alarkən öz həyatlarını itirdi. Avropa Şurası bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər işğalçı Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin, 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi, bəlkə də belə böyük faciə baş verməyəcəkdi. Mən ümid edirəm ki, məruzəçi də daxil olmaqla, sizin hər biriniz regionda vəziyyətin daha da gərginləşməsini, gənc insanların öldürülməsini, gənc insanların həyatlarını itirməsini istəmirsiniz və bu məsələyə çox ciddi yanaşaraq önəmli addımlar atacaqsınız. Biz sizi işğalın bitməsi, Azərbaycan torpaqlarının azad olunması istiqamətində ciddi addımlar atmağa, Ermənistana ciddi təzyiq göstərməyə çağırırıq”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

03.10.2014 11:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*