Azərbaycanca

Qənirə Paşayeva azərbaycanlı əsirlərlə bağlı beynəlxalq təşkilatlara səsləndi

16.07.2014 | 10:30

qenire..

Kəlbəcərdə ermənilər iki kəlbəcərlini Dilqəm Əhmədov və Şahbaz Quliyevi girov götürməsi azərbaycanlılar kimi BMT, ATƏT, Minsk Qrupu da daxil olmaqla, beynəlxalq təşkilatları və ictimaiyyəti də ciddi narahat etməli və təcili addım atmalıdırlar. İnsanı öz həyatını riskə atmağa nə vadar edə bilər? Torpağının, evinin həsrəti.

Beynəlxalq Təşkilatlar və İctimaiyyət anlamalıdırlar ki, öz evindən köçkün düşmüş insanlar artıq dözə bilmir və öz həyatlarını riskə atmaq bahasına da olsa doğulduğu, həyatının böyük bir hissəsini keçirdiriyi torpağı, əlləri ilə tikdiyi evini, yaxınlarının qəbirlərini görmək istəyir, artıq dözə bilmirlər. Kəlbəcər onların ata-baba torpaqlarıdır, ermənilərin deyil və bu insanların öz evlərinə getməsində qeyri-qanuni heç bir şey yoxdur. Qeyri-qanuni işi Kəlbəcəri işğal edib, oranı işğalda saxlayan və Kəlbəcərli qardaşlarımızı girov götürən ermənilər edirlər. Kəlbəcərli qardaşlarımızın girov götürülməsi Ermənistanla bərabər indiyədək münaqişənin tənzimlənməsi istiqamətində heç bir ciddi addım atmayan beynəlxalq təşkilatların, özəlliklə ATƏT-in Minsk qrupunun də suçudur. İndiyədək işğalçı Ermənistandan işğal etdiyi torpaqları azad etməsini tələb etsəydilər bu kimi hallar yaşanmazdı. Ermənistan girovlara qarşı insanlıqdan kənar əməlləri ilə bir daha çirkin xislətlərini ortaya qoydu. Beynəlxalq Təşkilatlara, Qızıl Xaça səslənir və tələb edirik ki, girov götürülmüş qardaşlarımızın azad olunması üçün təcili tədbirlər görsünlər, duyarsız qalmasınlar. Onlar onsuz da uzun illərdir köçkün həyatı yaşamaqla ağrı və əzab içində yaşayırlar. Onlara daha artıq əzab verilməsini kəskinliklə qınayırıq. Ermənilərin öz torpaqlarına gedən mülki azərbaycanlıları mühakimə etmək hüququ yoxdur. Nə ilə mühakimə edəcəklər? O torpaqlar Azərbaycanındır, o insanlar isə evlərinə gediblər.İstənilən azərbaycanlının öz ərazisinə getməyə tam hüququ çatır. Hamımız Qızıl Xaç,beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrlərini qardaşlarımızın geri qaytarılması üçün lazımi addımlar atmağa çağırırıq və artıq yetər deyirik. Bu insanların ağrısını artıq anlayın. sadəcə bircə dəqiqə özünüzü onların yerində hiss edin.

“KarabakhİNFO.com”

16.07.2014 10:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*