Azərbaycanca

Qərb ermənilər haqqında

03.03.2013 | 11:07


1363157764_armenia_flagBaşqa  ölkələri  sevən  və  ya  nifrət  edən  millətlər  əsarətə

məhkumdur, onlar  öz  maraqları  barədə  unudurlar”

Corc  Vaşınqton,

Amerikanın  ilk  prezidenti

  Qərb müəlliflərinin ermənilər haqqında ilk dürüst məlumatları  XVIII əsrdə yaranmışdır.  Alman alimi İ.Q.Georgi (1729 – 1802) geniş ekspedisiyada iştirak etmək üçün 1768-ci ildə Rusiya imperiyasına dəvət olunmuşdur.  O, dövlətin bütün ərazilərini gəzmiş, Qafqaza da səfər etmişdir.  Öz kitabında səyahət haqqında İ.Georgi yazırdı ki, rus çariçası II Yekaterina (1762 – 1796) erməni köçkünləri Krımdan mərkəzi quberniyalara köçürmüş, bir neçə illik vergilərdən azad edərək Rusiyaya onlardan qabaq köçmüş ermənilərin yararlandığı bütün mənfəətləri vermişdir.

         Erik Fayql: “Erməni knyazı Aşotun tacqoyma mərasimində ərəblər və bizanslar ona hakimiyyətin fərqlənmə nişanlarını təqdim etdilər.  Ermənistan yarımüttəfiq bufer dövlət kimi ərəb və bizansların arasında çiçəklənirdi və bu vəziyyətdən razı idi.  Öz hakimiyyətinin real səddini tanıya bilən erməni knyazlarının dərrakəsi ermənilərin əminəmanlığının daha bir zəmanəti idi”.  1045-ci ildən bəri Ermənistan tarixi bölgəsi Şərqi Anadoluda bir dənə də olsun müstəqil və ya yarımüstəqil erməni knyazlığı olmamışdır. Ermənilərin özünü idarə etməsindən əsər-əlamət qalmamışdır.

         Möhtəşəm Süleyman (1520 – 1566) Rodos adasını, Azərbaycanı və bütün Qafqazı, həmçinin Mesopotamiyanı ram etmişdir.  Ermənilər üçün bu ekspansiya həqiqətən xoşbəxt imkan idi – daima müzəffər ordunun izləri ilə gedərək ənənəvi yaşayış məskənlərindən yüz dəfə üstün olan ərazilərdə ticarət və sənətlə məşqul olurdular.  Frensis E. Vilyard erməniləri sülhpərvər, başqalarına pislik etmək istəyi olmayan insanlar kimi qələmə verir.  Saysız qiyamları gedişi zamanı çox sayda istifadə silahların yığılmasını nəzərə alsaq belə bəyanatları qara yumor kimi qiymətləndirmək olar.

         1896-ci il ermənilərin törətdiyi dəhşətli terror aktları ilə əlamətdar olmuşdu: girovların götürülməsi ilə müşayət olunan Osmanlı bankına sensasiyalı basqını misal çəkmək kifayətdir.  Erməni – Osmanlı simbiozunun qızıl əsri – XV əsrdən XİX əsrədək ermənilər sultanın ən sədaqətli millətidir.  İstanbuldakı erməni patriarxlığını sultan özü təsdiq edib. İstanbul istila ediləndən 8 il sonra sultan Mehmet Fateh (1444 – 1481) pravoslav ermənilərin baş yepiskopu Ovakimi Bursadan İstanbula çaöıraraq onu patriarx təyin etdi.  Patriarx Ovakim Osmanlı imperiyasının bütün vətəndaşlarının dini başçısı (hətta dünyavi) oldu.  Onun hakimiyyəti Eçmiadzin və ya Qisdəki erməni katalikosundan qat-qat yüksək idi.  Erməni xalqının tarixində heç bir erməni patriarx Ovakim (və onun XIX əsrə qədər davamçıları olan) qədər nüfuzlu və qabiiyyət sahibi olmamişdır.

         Öncədən ermənilər yunanlarla müqayisədə osmanlı sultanı ilə yola gedirdilər.  Onlar osmanlılarla danışıq tonunu tapmışdılar və onların gücü artmaqda idi.  Məhz ermənilər imperiyanın  sikkəçiliyini təmin edirdi.  Hətta İstanbulda imperiyanın xəzinəsinin mühasibatlığı erməni dilində aparılırdı.  Konstantinopolun 1453-cü ildə sultan Mehmet Fateh tərəfindən ələ keçəndən və erməni pravoslav baş yepiskopunun Bursadan Konstantinopol patriarxiyasına köçürülməsi Osmanlı imperiyasının erməniləri üçün “qızıl əsrin” başlanması oldu.   Çox zaman sözün əsl mənasında …bir sıra cüssəli möhtəşəm tikinti layihələri osmanlı hakimlər üçün erməni memarlar inşa etmişdir.

         “Sədaqətli erməni icması” tərifi Osmanlı imperiyasında davamlı ifadə oldu.  Çox zaman ermənilər siyasi maxinasiyaların qurbanı, Moskva və Sankt-Peterburqun apardığı şahmat oyununda piyadaya dönmüşdülər.  İrəvan bölgəsinin ermənilərinin farsların idarəçiliyi altından çıxıb Rusiyanın nəzarətinə keçməsi faktı ağır nəticələr verdi: ruslar erməniləri hansı məqsədlərlə istifadə etdiklərini başa düşürdülər.  1828-ci ildə Eçmiadzin erməni katalikosunun igamətgahı Rusiyanın hakimiyyəti altına keçir.  Hər dəfə Rusiyaya cəlladlar lazım olduqda o, əlləri bulaşmasın deyə ermənilərin köməyindən istifadə edirdi.  1839-cu ildə Ərzrumun istilası buna aydın nümunədir – vüsəlmsnların qırılmasında günahkar ermənilər idi.  O vaxt ermənilər ruslar üçün əhəmiyyət kəsb edirdi.  Onkarın “beşinci sütun” kimi xidmət etməsi nəzərdə tutulmuşdur.

         Rusiya utanmadan erməni ruhanilərini və erməni peşəkar inqlabçılardan istifadə edirdi.  Əvvəl ermənilərin nümayəndələri Ədirnədə ruslarla əlaqə saxlayırlar.  Müharibənin əvvəlində ermənilər yekdil öz vətənləri – Türkiyənin tərəfində idi, osmanlılar Plevna ətrafında darmadağın edildikdən sonra Rusiyanın siyasətini dəstəklədilər.  Ermənilər yaranmış vəziyyətdən istifadə edərək osmanlı düşərgəsindən ruslar tərəfə keçdilər.  Hadisələrin dönüşü Osmanlı imperiyası təhlükədə olan zaman baş vermişdi, baxmayaraq ki, ermənilər onlara müharibənin əvvəlində sədaqətli olacaqları barədə söz vermişdilər.  Osmanlılar heç vaxt bu xəyanəti unutmadılar, o vaxtdan ermənilər və osmanlılar arasında münasibətlər gərginləşdi.

         XIX əsr milli dövlətlərin zəfəri və eyni zamanda demokratik çoxluğun əsri oldu.  Ermənilər isə başqa bir hadisədir.  Belə olan halda erməni ekstremizmi əmələ gəlir.  Rusiya və onun missionerləri tərəfindən təhrik edilən, real faktları qəbul etmək istəməyən qəsdçilər qrupu – kilsə xadimləri, ziyalılar, inqlabçılar hay-küy yaratmaq daha da ağılsız vasitələrə əl atırdı.  “Armenakan” partiyası 1885-ci ilin payızında Vanda yaranmışdır və öz qəzeti var idi.  Partiyanın məqsədi müqəddəratını inqlabi vasitələrlə həll etmək idi.  Vanda və onun ətrafında “Armenakanın” üzvlərinin müasir silahları var idi.  Onları partizan müharibəsi aparmaq sənətini öyrədirdilər və onları “ümumi qiyama” hazırlayırdılar.  Bunun üçün maliyyə tələb olunurdu, çox maliyyə və çox qurban.

         Van gölü ətrafındakı Axtamar monastırının rahibi pulu hissə-hissə daxil etməyi qərara almışdır.  O, pulun hamısını verməkdən imtina etmişdir, çünki ermənilərin osmanlı imperiyasında xoşbəxt yaşadığını hesab edirdi.  Onun bu hərəkəti həyatı bahasına başa gəldi – o və onun katibi öldürülüb, sonra isə şaqqalanmışdır.  Onların meyitləri gölə atılmışdı.  Rahibin xələfi canfəşanlıqla tələb olunan məbləği verdi.  O dövrdə əksər osmanlı ermənilərinin passiv davranışı barədə unutmaq olmaz.

         Hər şeydən əvvəl sülhə can atırdılar, amma lal müşahidəçilər idi, çünki terrorçular ilə qarşıdurma yaratmaq istəmirdilər.  Onillklər ərzində onlar azsaylı fanatiklərin sırasında mövcud olmuşdular.  Bu fanatiklər icmanı ermənilərin müstəqilliyi ilə bağlı absurd, xəyali və təhrif edilmiş ambisiyalar ilə qidalandırırdı.  Bu ambisiyalar qeyri-real idi, çünki Osmanli imperiyasının heç bir yerində ermənilər çoxluq təşkil etmirdi.

         Ekstremistlər bir az da harınlaşaraq müsəlman və ermənilər arasında fərq qoymadan onları terrorla təhdid edirdilər.  I-ci Cahan müharibəsi başladıqdan sonra onlar amıq-aşkar vətəndaş müharibəsi yaratdılar.  Ermənilərin tarixində dəhşətli nəsə vardır: “Şəhərdə yaşayıb, əla təhsil almış əksər ağıllı ermənilər bir ovuc fanatiklərə onları manipulyasiya etməsinə və aldatmağa imkan verdi“.  Bu çoxluq özünü sanki “müdaxilə qüvvələri” və ya “azadlıq carçıları” epitetlərini özünə şamil etmiş terrorçuların əməllərindən bixəbərdir.  Onlar öz kapitalları, təhlükəsizliyi, həyatlarına görə qorxurdular, belə ki, etirazsız terrorçu qrupları maliyyələşdirir, növbəti bomba partladıqda günahsız və hörmətli vətəndaşları məhv edəndə özünü bir şey olmamış kimi aparırdılar.

         Bizim qarşımızda Fransanın Xarici işlər nazirliyinin qeydiyyat nömrələri və kodlarla doldurulmuş sənədlər seriyası vardır.  Sənədlər açıq-aşkar sübut edir ki, “günahsız” ermənilərə qarşı şişirdilmiş sentimental münasibət təbliğat gedişidir.  Onlar nəinki Osmanlı imperiyasının xarici, hətta ölkənin arxa cəbhəsində imperiyanı çökdürmək məqsədini güdən döyüşkən millət idi.  Ermənilər bir neçə onillik mövcud olan milli suverenliyi iki min əvvəl itirmişlər.  Onların yarımüstəqil knyazlıqları bizanslar tərəfindən (1045 – ci ildə) və ya məmlüklərin hakimiyyəti altına (Kilikiya, 1830-cu ildə) keçmişdir.  Osmanlılar Anadolunu fəth edəndə, ermənilərin etnik əksəriyyət və ya müstəqillik kölgəsi olan əyalət mövcud deyildi.  Onların dini və dilçi icma kimi yaşamağına görə osmanlıların dini və milli dözümünə borcludurlar.

         Bir çox başqaları kimi o, (A.C.Toynbi, ingilis tarixçisi və sosioloqu – M.M.) Osmanlı imperiyasının iqtisadi və intellektual həyatının erməni təhsil potensialı və fəhlə qüvvəsindən asılı olması barədə yanlış fikirləri bölüşürdü.  Ermənilər üçün bu ölümcül fikir oldu.  Ermənilər özünü əvəzedilməz hesab etməyə başladılar və Osmanlı imperiyasının iqtisadiyyatını və infrastrukturunun onlarsız dağılacağına əmin idi.  Müharibədən sonra (I Cahan müharibəsi – M.M.) erməni terrorizmi özünün kulminasiya nöqtəsinə çatdı.  Bu dəfə “tarixi ərazilərdə” “Böyük Ermənistan” 2000 il əvvəl bir neçə onilliklər ərzində tarixən hər-hansı erməni çoxluğu təşkil etməyən bölgələrdə mövcud olmuş çarlığın yenidən qurulması məqsədi qoyulmuşdu.

         Yeni məqsəd cümlə türklərlə, ələxsus türk xalqı ilə qisasçılıq mübarizəsini nəzərdə tuturdu. Bakının neft yataqlarına və Azərbaycana görməmişcəsinə nəinki ruslar və britaniyalılar göz dikmişdilər, ermənilər də azərbaycan neftinə etmək arzusunda idi, bu iqtisadiyyatın inkişafına, ən əsası – Gürcüstan və Azərbaycana qarşı müharibəyə (1919 – 1920-ci illərdə –M.M.lazım idi.  Bu məqsədə çatmaq üçün onlar ingilislərə, sonra fransızlara və ən nəhayət “ağlarla” “qirmiziların” münaqişəsinə ümid edirdilər.  Stepan Şaumyan Bakının erməni kommunistlərinin rəhbəri olaraq bolşevik hakimiyyəti formalaşdırmışdı, onun məqsədi azərbaycanlıları qovmaq və ya məhv etmək məqsədini güdürdü.  Məqsədi Bakını nəyin bahasına olursa olsun “erməniləşdirmək” idi. 

         Şaumyan müəllimi Stalinin əmrlərinə itaətlə əməl edirdi.   Bolşevikləri, müsəlmanları, gürcüləri, abxazları, ingilisləri və almanların anlaşılmaz münasibətlərindən canını qurtarmaq qayğılanan Anastas Mikoyanın fiquru sezilirdi.  O buna müvəffəq oldu: ticarət naziri Mikoyanı gürcü Cuqaşvili əhv etdi.  Mikoyan – Cuqaşvili ittifaqı son dərəcə qəribə gürünürdü, çünki Bakı nefti və Azərbaycan əraziləri uğrunda mübarizədə gürcülər müəyyən məqsədləri güdürdü.  İlk mərhələdə ingilislərin erməniləri Bakının istilası zamanı müttəfiq kimi istifadə etməsi özünü doğrultdu.  Ermənilər Azərbaycanın paytaxtını və onun nefr yataqlarını ələ keçirmək üçün əlindən gələni edirdilər.  Burada çoz sayda erməni, ələxsus rəhbər vəzifələrdə ermənilərin hərbi və siyası imtiyazı onların iqtisadi üstünlüyü ilə müqayisə etmək olardı.

         Sovet hakimiyyətinin gəlişi sözsüz ki Ermənistan Respublikasını sovetlərin nəzarəti altına keçirdi, necə ki “rus Ermənistanı” tam olaraq çarizmin nəzarətində olmuşdu.  Ermənilər üçün bunun böyük fərqi yox idi.  Böyük miqdarda müsəlman və erməni qanı tökdükdən sonra ermənilər özləri üçün adı vəziyyətdə idi.  Tək fərq onların çar hakimiyyəti deyil, bolşeviklərin əli altında olmaları idi.  Erməni kilsəsinin əla təşkilatı, tükənməz maliyyə vəsaiti və bacarıqlı, savadlı əməkdaşları vardır.  Aydındır ki, onların həyati məqsədi ruhanilərin maksimal qeyri-məhdud və effektiv hakimiyyətinin yaradılmasıdır, kilsənin rəhbəri, yəni katalikos əslində hökmdar idi.

         Erməni tarixinin kulminasiya anı incəsənətdə, memarlıqda və rəssamlıqdakı nailiyyətləri kilsənin gücünün zirvədə olan vaxtıdır.  Absurd, amma səciyyəvi fenomen Azərbaycanın mərkəzində kommunistlərin himayəsində olan ermənilər, bolşevikləri neft ilə təmin etmək və Bakıda erməni hökmranlığını qorumaq üçün sover respublikası yaradır (Şaumyanın rəhbərliyi altında – M.M.)  Dro (Drastamat Kananyan, 1884-cü ildə İqdırda doğulmuşdur (burada Ararat dağına qalxmaq üçün əlverişli yol var idi).  19 yaşında o, daşnak partiyasına qoşularaq Zəngəzurda azərbaycanlılara qarşı vuruşmuşdu.  O, knyaz Nakaşidze (Bakının qradonaçalniki (şəhər rəisi) – M.M.) və qeneral Əlixanovu (terrorçularla vuruşmuşdur – M.M.) öldürərək Türkiyəyə qaçmışdır.  6 il təhlükəsiz türk sürgünündə olub, 1914-cü ildə müharibə başlandıqda sovet imperiyasına, azərbaycanlılara qarşı vuruşmaq üçün qayıtmışdır.

         1918-ci ildə o qonşu ölkəyə hücum edən erməni ordusuna başçılıq etmişdir.  1920-ci ilin sonunda o Ermənistan Müdafiə naziri təyin olunur və Terteryanla birlikdə ölkəsinin bolşeviklərə təslim etməsi aktını imzalamışdır.  Dro 1 həftə hərbi diktator olmuşdur.  Stalin Moskvada onu qarşılayaraq  bir qədər əvvəl gürcü Cuqaşvilini xilas edən Dronu xatırlamışdır:  “Onun (Dro – M.M.) millətçiliyə həsr olunmuş, bircə dənə də olsun qurban verməyən, əxlaqsız həyatı Dronu erməni xalqının qanlı tarixində fəaliyyət göstərən ən məşum fiquru hesab etməyə əsas verir”.  Erməni terrorçuları ehtirasla “böyük erməni haqqında” xülya edirlər.  Onlar üçün belə dövlətin qısa vaxt ərzində 2000 il əvvəl ermənilərin çoxluq təşkil etdikləri coğrafi məkanda mövcud olmasının əhəmiyyəti yoxdur.

         Erməni xalqının ağlı çevikdir.  Onların təhsil səviyyəsi əməksevərliyinə görə ortadan yüksəkdir.  Beləliklə erməni terrorçularının qəbul etdiyi kadrlar adi insan deyildir.  Onlar öz vəzifələrini artistcəsinə elə yerinə yetirirlər ki, jurnalistlər, tarixçilər, kinematoqrafçılar, televiziya işçiləri cinayətkarı ifşa etməkdə gücsüzdülər.  Erməni terrorçularının hazır ritual sözü var: “Törədilmiş terror hərəkətinə görə məsuliyyət daşıyan terror təşkilatını 1915-ci ilin soyqırımı doğrultur”.  Bu “reklam elanı”, əfsuslar olsun qan və pul ilə ödənilir.

         Aleksandr Karreler“Ermənilərin siyasi və olemoqrafik parçalanması baxımından, kilsə onların etnik eyniyyətinin və mədəni ənənlərinin qorunmasında həlləedici rolunu oynamışdır.  Apostol qriqorian kilsəsi çoxdankı müstəqillik iddiasını dəstəkləyərək ermənilərə… seçilmiş millət haləsi vermişdir”.

         Robert Qulen“Bir gecə yerevanda dostum Knunyants  küçəsindəki 22 saylı yaşayış evinin arxasındakı xarabazarlığı göstərərək dedi ki, əvvəllər burada azərbaycan məscidi yerləşirdi.  Talan zamanı o dağıdılmış və buldozerlə yerlə tənlənmişdir.  Vaxtaşırı azərbaycanlıları onun xalqına qarşı törətdiyi soyqırım və müxtəlif barbarlıqları sadalayan növbəti ermənini dinlədikdə mən dağıdılmış o məscid haqqında söhbət salırdım.  Bunun cavabında həmişə göstərilən misalı qətiyyətlə və qəzəblə inkar edirdilər.  Hətta, yenidənqurmadan bir neçə il əvvəl siyasi dustaq olan Ali Sovetin İnsan hüquqları üzrə komissiyanın prezidenti Rafael Papayan iddia edirdi ki, bu hadisə həqiqət ola bilməz:  “Sözsüz dezinformasiyadır, şəhərdəki yeganə məscid indiyədək yerində durur və mən onu sizə göstərə bilərəm”.  O yalan demirdi, sadəcə nə baş verdiyini bilmirdi, bu barədə erməni mətbuatı dinmirdi, Yerevanın sakinləri isə bunu müzakirə etmirdi.  Bu fakt sivil qurbanların imicinə ziyan vura bilərdi”.

         Corc Oruell “Özünü yunan adlandıran erməni məni bir misalı xatırlamağa vadar etdi:  “İlana yəhudidən cox inan, yəhudiyə çox inan, nəinki yunana, erməniyə heç vaxt etibar eləmə”.

         Bruno Koppeters:  “Ermənistanda titul millət XX əsrin 80-ci illərinin sonunda əhalinin 90% təşkil edirdi, o vaxtdan bəri digər millətlərin nümayəndələrinin xeyli hissəsi məcburi emiqrasiyasından sonra o bir azda artdı”.

         Erməni qüvvələri Azərbaycanın ərazilərini işqal etdikdən sonra yarım milyondan çox azərbaycanlı evlərini tərk eləməyə məcbur oldular.  Əvvəl bu siyasət müharibənin və ya yerli əhali arasında zorakılığın kortəbii partlayışının nəticəsi kimi qələmə verilirdi.  Lakin qaçqınların geri qayıtmasına mane olan başçıların səddləri vəziyyətin belə olmasında onların məsuliyyət daşımasını sübut edirdi.  Qeyd etmək lazımdır ki, bu məsələdə çar və sovetlərin köçürülmə və məcburi emiqrasiya siyasətində vərəsəlik izlənilir.  Bu siyasət fərqli olsada sovet dövrünün deportasiya tarixində bu aksiyaların təşkilatçılarının həqiqi niyyətlərini asanca aşkar eləmək olar.

         Demokratlaşma bir qədər məsulliyyət haqqında məsələni kölgədə qoydu.  Bundan başqa o sovetlər zamanında da siyasi müzakirələrin vacib mövzusu olan “kollektiv müharibə” anlayışın da görkəmini dəyişdi.  Belə əsas var var ki Dağlıq Qarabağ Ermənistan ilə federasiya quran de-fakto dövlətdir.  Dağlıq Qarabağ və Ermənistan arasında əlaqələr ümumi konstitusiya deyil, ikitərəfli razılaşma əsasında qurulur.  Hökumət və parlamentlər əməkdaşlığı formallaşdırıblar.  Belə spesifik federativ əlaqələr Azərbaycan ilə sülh razılaşması olduqda belə zəifləyən deyil.  Dağliq Qarabağ başçıları Ermənistanla siyasi birləşmə ümidindən əl çəkən deyil.  Dağlıq Qarabağ BMT, ATƏT, MDB, NATO-nun nəzarət etdiyi Avroatlantik əməkdaşlıq üzrə şura, təhlükəsizlik üzrə beynəlxalq təşkilatlarla xüsusi münasibətləri var.  Dağlıq Qarabağ bu təşkilatlarda bilavasitə təqdim olunmasada, onun maraqlarını Ermənistan hökuməti müdafiə edir.  Bundan savayı Dağlıq Qarabağın zəmanəti vardır ki, Öfyrəndi və Bakı arasında yeni münaqişə başlayarsa onun ərazisini Ermənistan qoruyacaqdır.  Hərdən Dağlıq Qarabağı müstəqil dövlət adlandırırlar, lakin o de-fakto müstəqilliyinin xüsusi formasıdır.  Dağlıq Qarabağ büdcəsinin yarısı Ermənistandan gələn tarnsfertlərin hesabına təmin olunur.

         Yuxarıda ərz etdiklərimizlə əlaqədar SSRİ-nin dağılmasındn əvvəl müasir qərb tarixçisi- sovetoloqu və yazarı A.Q.Avtorxanovun fikiri çox simptomatikdir: “Ermənistan və Azərbaycan arasındakı çəkişməyə gəldikdə Qarabağın kimə, hansı Moskva vassalı – erməni və ya azərbaycnlılara tabe olmalıdır, bu boş və zərərli mübahisədir.  Ermənilər onu yanlış mövqedən, başı çıxardıb, saçlar üçün ağlamazlar xalq zərbməsəlini unudurlar”.    

Müsəlman  Musa 

Наследие, № 4 (40), 2009 

03.03.2013 11:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*