Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə Xarici İşlər Nazirliyi tərəfindən buraxılan təqvimdə Çanaqqala yerinə İrəvandakı “erməni soyqırımı” abidəsinin fotosu qoyulub
KarabakhİNFO.com beynəlxalq elektron jurnalının APA-ya istinadən verdiyi məlumata görə, faktla bağlı Türkiyə Xarici İşlər Nazirliyi təhqiqata başlayıb və təqvimin paylanması dayandırılıb.
Qeyd edək ki, ermənilər Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd ediləcəyi 24 aprel tarixində qondarma “soyqırım”ın 100-cü ildönümünü anmağa hazırlaşırlar.
Təqvimdə Çanaqqala zəfəri və keçirilən tədbirlərlə bağlı fotolar yer alıb. Aprel ayı bölümündə yerləşdirilən abidənin fotosu illər əvvəl İrəvanda “soyqırım”ın ildönümü zamanı çəkilib.
“KarabakhİNFO.com”