Azərbaycanca

Qarabağ atları haqqında kitab nəşr edildi

24.09.2014 | 18:02

79887Avropa ölkələrində Qarabağ atları haqqında kitab nəşr edilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının maliyyə və təşkilat dəstəyi ilə Qarabağ atları haqqında kitabın nəşrinə dair layihə həyata keçirilib.

 

 

Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı və tarixçisi, “ Beynəlxalq At Oyunları Səfiri- 2014” tituluna layiq görülmüş Jan-Lui Quronun (Jean- Louis Gouraund) müəllifi olduğu “Qarabağ atları” adlı kitab, nəzərdə tutulduğu kimi cari ilin avqust ayında, Fransanın Normandiya regionunda keçirilən Ümumdünya At Oyunları yarışları ərəfəsində nəşr edilib. Adı çəkilən kitab fransız və ingilis dillərində 3000 tirajla buraxılıb. Kitabda Qarabağ atlarının xüsusiyyətləri,bu cinsin keçdiyi tarixi inkişaf yolu, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində demək olar ki, yer üzündən itmək təhlükəsi yaşaması barədə məlumatlar öz əksini tapıb.

 

 

Bununla əlaqədar olaraq, cari ilin 2 sentyabr tarixində Ümumdünya At Oyunlarının keçirildiyi Kan şəhərində (Aşağı Normandiya regionunun inzibati mərkəzi) “Qarabağ atları” kitabının ilk təqdimetmə mərasimi olmuşdur. Mərasimə Beynəlxalq at Oyunlarının münsiflər heyəti, iştirakçıları və mətbuat nümayəndələri dəvət edilib.

 

 

Təqdimat mərasimini “Qarabağ atları” kitabının müəllifi J.L.Quro açıb. O, ötən ilin dekabr ayında YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunması üzrə hökümətlərarası komitəsinin Bakıda keçirilən sessiyası zamanı Azərbaycanın qədim “çovqan oyunu” ilə əlaqədar aparılmış müzakirələrdə iştirak etdiyini bildirib. Çovqan oyunundan söhbət açaraq, bu yarışların Qarabağ cinsli atlar üzərində keçirildiyini vurğuyıb və YUNESKO-nun çovqan oyununu bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınması qərarı ilə bağlı Qarabağ atlarına böyük maraq yarandığını bildirib. J.L. Quro, bu tarixi hadisədən sonra Qarabağ atları haqqında kitabın hazırlanması qərarına gəldiyini qeyd edib.

 

 

Daha sonra söz Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyova verilib. Səfir çıxışında Fransada Qarabağ atlarına həsr edilmiş ilk kitabın nəşrinin əlamətdar hadisə olduğunu vurğulayıb, kitabın ilk təqdimatının məhz Normandiyada keçirilməsindən və Kan şəhərində Baynəlxalq At Oyunları ilə eyni vaxta təsadüf etməsindən məmnunluğunu söyləyib. Bu gözəl layihəni gerçəkləşdirən J.L.Quro və kitabın hazırlançmasında yardımçı olan hər bir kəsə minnətdarlığını bildirib.

 

 

Səfir, 80-ci iilərin sonlarından başlayaraq, qonşu Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və təbii irsin məhv edildiyini təəssüflə qeyd edib, işğal səbəbindən Qarabağ atlarının öz doğma torpaqlarından didərgin düşdüyünü və hətta son illərədək yer üzündən itmək təhlükəsi yaşadığını bildirib. Xalqımızın öz mədəni və təbii irsini qorumaq üçün göstərdiyi səylər nəticəsində Qarabağ cinsli atların yetişdirilməsi işində yeni inkişaf mərhələsinin başladığını deyib. Qarabağ atlarıyla oynanılan Azərbaycanın qədim idman növü Çovqanın YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə Qarabağ atlarının yenidən beynəlxalq aləm tərəfindən tanınmasına böyük təkan verdiyini xüsusi vurğulayıb.

 

 

Tədbirdə “Beynəlxalq At Oyunları-2014” Təşkilat Komitəsinin baş ditrektoru Fabien Qrobon, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov və Azərbaycan Respyblikasının Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev iştirak ediblər. “Qarabağ atları” kitabının təqdimatının həmçinin Parisdə təşkil ediləcəyi nəzərdə tutulub.

 

“KarabakhİNFO.com”

 

 

24.09.2014 18:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*