Azərbaycanca

“Qarabağ azad olunmayana qədər Ermənistanla sərhədlər açılmayacaq”

20.02.2015 | 17:46

koTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasını təmin etməli olan protokolların Ermənistan tərəfdən geri çağırılmasına münasibət bildirib

 

 

 

 

 

 “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı   Modern.az-a istinadən xəbər verir ki, Çavuşoğlu sərhədlərin açılmasını Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarının azad olunması ilə əlaqəli olduğunu deyib:

 

 

“Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Bu günə qədər Ermənistan Azərbaycan torpaqlarını azad etməyib. Bu tələb yerinə yetirilməyənə qədər protokolların ratifikasiyası mümkün deyil”.

 
Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan 2008-ci ildə imzalanan Ermənistan-Türkiyə protokollarını parlamentdən geri çağırıb.

 

 

 

 “KarabakhİNFO.com”

 

 

 

20.02.2015 17:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*