Azərbaycanca

“Qarabağ – Diaspor, Soyqırım və Terror” kitabı nəşr edildi

08.12.2014 | 15:38

kitab z.aliyevSiyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi və Azərbaycan Turizm İnstitutunun baş müəllimi Əliyev Zaur Bilal oğlunun “Qarabağ – Diaspor, Soyqırım və Terror” adlı sayca 7-ci kitabı Avropa nəşriyyatı tərəfindən 450 səhifə həcmində çap edilib. Kitabın ön sözün müəllifi Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi Strasburq universitetinin Türk tədqiqatları şöbəsinin müdiri Stefan de Tapia, elmi redaktoru fəlsəfə elmləri doktoru Rəna Mirzazadə, rəyçilər AVCİYA- təşkilatının I vitse Prezidenti Vəli Əlibəyov, KarabakhİNFO.com beynəlxalq elektron jurnalın baş redaktoru, yazar Zaur Qəriboğlu və “Xəzər” Azərbaycan İsveç Dostluq Cəmiyyətinin sədri Leyla Kianidir. AVCİYA-Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və KarabakhİNFO.com beynəlxalq elektron jurnalının maliyyə dəstəyi ilə nəşr edilən kitabda Dağlıq Qarabağın tarixi, işğal olunan rayonların tarixi, erməni terrorizmi, diaspor siyasəti, regional əməkdaşlıq, Xocalı soyqırımı, 31 mart soyqırımı, deportasiya, əsassız erməni iddiaları, erməni terror təşkilatları, böyük dövlətlərin siyasəti, geosiyasət və digər məsələlər öz əksini tapıb. Tarixən Rusiya dövlətinin ermənilərə olan himayədarlıq mövqeyi və bunun nəticəsində onların azərbaycanlılara qarşı mübarizə aparmalarına və hətta azərbaycanlıların öz doğma yerlərindən çıxarılması məsələri də kitabda tədqiq edilib.

 

 

Sizlərə təqdim edilən kitab yuxarıda qeyd edilən məsələləri qismən də olsa açıqlayacaq və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan türklərinin iki əsrlik faciəsini və Dağlıq Qarabağda və digər rayonlarda azərbaycanlıların başına gətirilən faciələri dünya ictimaiyyətinin üzərinə çatdırmaq məqsədinə xidmət edir.

 

 

Kitabda Ermənistan Azərbaycan torpaqlarının işğal etməsinin beynəlxalq hüquqi analizi edilir, siyasi və tarixi yanaşma göstərilir. Kitabda eyni zamanda tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “Böyük Ermənistan” əfsanəsinin yaradılması, Qərb və Rusiyanın təsiri, İran, Türkiyə, Fransa kimi dövlətlərin problemə yanaşması araşdırılır. Erməni əsirliyində olan azərbaycanlılara münasibət, terrorçu ermənilər, onların məkrli planları, digər terrorçu təşkilatlarla əməkdaşlığı kimi məsələlərə ətraflı toxunulur. Azərbaycan diasporunun fəaliyyəti, lobbiçilik və türk diasporları arasında əməkdaşlıqda kitabda araşdırılan istiqamətlərdəndir.

 

 

Qeyd edək ki, müəllif Ağdam rayonunda anadan olub, Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsində bakalavr və magistr, AMEA-da siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktoranturada təhsil alıb. “Beynəlxalq münasibətlərdə diasporların rolu”. Bakı: Nurlan, 2001, 150 s., “Dünya diasporları” Bakı: Qismət, 2005,349 s., “Diaspor: izahlı sözlük və məlumat kitabı” 2007, “Yurd”, 376 s., və Türkdilli xalqların diasporları. Bakı, “Adiloğlu”, 296, “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırım” Bakı, «Avropa»nəşriyyatı 2014. 156 s. kitablarının müəllifidir. Hazırda KarabakhİNFO.com beynəlxalq elektron jurnalında baş redaktorun I müavinidir.

 

 

“KarabakhİNFO.com”

 

 

08.12.2014 15:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*