“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı erməni mediasına istinadən xəbər verir ki, iyun ayının 5-də İrəvanın müxtəlif məhəllələrinin aldanmış sakinləri hökümət evinin qarşısında növbəti etiraz aksiyasını keçiriblər.Amiryan küçəsinin köhnə sakini ermeni müxbiri ilə söhbəti zamanı ərinin Qarabağ müharibəsi iştirakçısı olduğunu qeyd edib və bildirib ki, buna baxmayaraq baş nazir Ovik Abraamyanın bu ərazidə mehmanxana inşa etdirməsi üçün onları öz evlərindən didərgin salıblar. “Biz sakitcə evimizdə yaşayırdıq, Qarabağ erməniləri buraya gələrək bizi qaçqın vəziyyətinə saldılar. Bu ölkə deyil, nə qədər ki, Qarabağ qəbiləsi məhv edilməyib, biz qaçqın olaraq qalacağıq” deyə sakinlər öz etiraz səslərini ucaldıblar.