Azərbaycanca

“Qarabağ gündəliyi” işıq üzü gördü

24.01.2013 | 16:06

1359029172_qat“KarabakhİNFO.com” e-jurnalının verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” toplusunun növbəti, 8-ci buraxılışı çapdan çıxıb. Buraxılışda ötən ilin son 6 ayı ərzində Qarabağ ətrafında baş vermiş hadisələr, şərhlər, münasibətlər, faktlar yer almışdır. 2012-ci ilin 2-ci yarısı üçün aşağıdakı 10 ən vacib hadisəni qeyd etmək olar:

1)  QHT- hökümət dialoqunun keçirilməsi; 2) ATƏT Minsk qrupunun fəaliyyətsizliyinin daha geniş miqyasda etiraf olunması; 2) Cəmiyyətdə müharibə tələblərinin daha tez-tez səsləndirilməsi; 4) Üzdəniraq “xalq diplomatiyası” cəhdlərinin genişlənməsi; 5) İşğalçı Ermənistanın Xocalı (Xankəndi) aeroportu ilə bağlı məsələni gündəmə gətirməsi; 6) Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxması; 7) Qəbələ RLS-in fəaliyyətinin dayandırılması; 8) Hərb və sülh yollarına dair Qarabağ debatlarının keçirilməsi; 9) Azərbaycan rəhbərliyinin müharibə ehtimalı fikrini daha qəti səsləndirməsi. 10) Azad Qarabağ Uğrunda Alyansın təşəbbüs ilə “Qarabağ Naminə Həmrəylik Forumu”nun keçirilməsi. “Qarabağ gündəliyi”nin 8-ci buraxılışının nüsxələri dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən Milli Məclisə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasına, QHT Şurasına, universitetlərə, kitabxanalara göndərilib.

 

KarabakhİNFO.com

 

24.01.2013 16:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*